partikulyar beynəlxalqhüququayırmaq olar. Beynəlxalq məhkomə təcrübəsində çox geniş istifadə olunan «ümumi beynəlxalq hüquq» termini vasitəsilə bütün dövlətlər üçün məcburi olan beynəlxalq hüquq normalan ifadə olunur. Bu normalara hamılıqla tanınmış prinsiplər vo ya hamılıqla tanınmış normalar da deyirlər. Partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildü. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin beynəbcalq hüququ pozması dedikdə, biz bunu əslində həmin dövlətin bu vo ya digər səviyyədə öz üzərinə götürdüyü beynəbcalq öhdəliyi pozması kimi başa düşməliyik.