Bcynelxalq hüquq normasının anlayışı
Bcynolxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydalara deyilir.
Beynəlxalq hüquq normalarını dövlətlərin öz qarşılıqlı münasibətlərində əməl etdikləri digər normalardan, o cümlədən hüquqi xarakter daşımayan beynəlxalq adət normalanndan və nəzakət normalarından (diplomatik etiket qaydalarından) fərqləndirmək lazımdır. Həmin normalar dövlətlər üçün məcburi deyildir və onlara əməl olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur.
Beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin (subyektlərin) həmin hüquqa uyğun olaraq öz üzərinə götürdüyü vəzifədən (öhdəlikdən) ibarətdir. Doğrudur, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalanndan irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qoran, BM'l' Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada etdiyi bəyanat da müvafiq öhdəliklər doğura bilər.
Beynəlxalq hüquq nonnalan, yuxarıda qeyd etdiyimiz kimi, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. La-
kin xüsusi vurğulamaq lazımdır ki, hor hansı ümumi beynəlxalq hüquq normasının, yoni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heç də bu dövlətlərdən hər birinin razılığı tələb olunmur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq ondan qabaq artıq təşəkkül tapmış və hamılıqla qəbul edilmiş nonnadan imtina edə bilməz və ona riayət etməyə borcludur. Məsələn, dövlətimiz müstəqillik qazandığı andan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, soyqırım aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq öz üzərinə götürmüş sayılırdı.
Dostları ilə paylaş: |