Xüsusi missiyalar
Xüsusi missiya dedikdə, müəyyən məsələlər üzrə danışıqlar aparmaq və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədilə (məsələn, yubiley təntənələrində və ya dəfn mərasimlərində iştirak etmək üçün) başqa bir dövlətə onun razılığı ilə göndərilən rəsmi nümayəndə heyəti başa düşülür. Beynəlxalq konfmnslarm və ya beynəlxalq təşkilatlann orqanlannın işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri buraya aid edilmir.
Xüsusi missiyalann hüquqi statusu beynəlxalq adət normalan ilə və az sayda iştirakçısı olan Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası ilə nizama salınır. Konvensiyada prinsip etibarilə qəbul edilir ki, diplomatik nümayəndəliklərin və onlann diplomatik heyətinin malik olduğu imtiyaz və immunitetlər xüsusi missiyalara və onlann heyətinə şamil edilir. Bununla belə, Konvensiyada bir sıra məhdudiyyətlər öz əksini tapmışdır. Belə ki, 25-ci maddəyə görə, yerli hakimiyyət nümayəndələri, yanğm və ya digər təbii fəlakət olduqda, xüsusi missiyanın yerləşdiyi binalara missiyanın başçısının razılığı olmadan daxil ola bilərlər.
Konvensiyada (21-ci maddə) nəzərdə tutulur ki, xüsusi missiyaya dövlət başçısı, hökumət başçısı, xarci işlər naziri və ya dövlətdə yüksək mövqe tutan digər şəxs rəhbərlik etdiyi və ya onun işində iştirak etdiyi hallarda bu şəxslər qəbul edən dövlətdə və ya hər hansı üçüncü dövlətdə, beynəlxalq hüquqla (yəni faktik olaraq beynəbcalq adət normalan ilə) tanınan imtiyaz və immunitetlərə malik olurlar.
Dostları ilə paylaş: |