Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması



Yüklə 0,96 Mb.
səhifə101/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   219
beynelxalq huquq

Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması

Konsullar, bir qayda olaraq, xarici işlər idarəsi tərəfindən təyin olunur. Təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd - konsul patenti verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu vəzifə, konsul dairəsi və konsulluğun yerləşdiyi yer göstərilir. Konsul patenti diplomatik kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir. Həmin dövlət (adətən, xarici işlər idarəsi), əgər təyin olunmuş şəxsə etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazə - ekzekvatura verir. Ek- zekvatura ya aynca sənəd, ya da konsul patentinin üzərində təs- diqləyici yazı şəklində olur. Ekzekvaturanm verildiyi andan konsul missiyası başlanmış sayılır.

Konsulluq dairəsinin hüdudlan və ya konsulluq idarəsinin başçısının dərəcəsi dəyişərkən, o, yeni patent və ekzekvatura almalıdır. Konsulluğun heyətinin digər üzvləri üçün bu, tələb olunmur; lakin qəbul edən dövlətin xarici işlər idarəsi onlarm təyinatı barədə məlumatlandırılmalıdır.

Diplomatik nümayəndəliklərin konsul şöbələrinin müdirləri üçün, bir qayda olaraq, konsul patentinin göndərilməsinə və ekzek- vaturanın alınmasına ehtiyac yoxdur. Diplomatik heyətin digər üzvləri kimi, onlann təyin olunması haqqında qəbul edən dövlətin müvafiq orqanına, sədəcə olaraq, məlumat verilir.

Konsulun missiyası aşağıdakı hallarda sona yetir:


    1. onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağmlması;

    2. konsulun persona non grata elan olunması;

    3. konsul patentinin müddətinin başa çatması;

ç) konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması;

    1. konsulluq idarəsinin bağlanması;

    2. konsulluq münasibətlərinin xitam olunması;

ə) təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması.

    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin