mə faktı meydana gəlir. Başqa sözlə, burda transformasiya
termini ancaq iki dilin sinxron təsvirinə tətbiq edildikdə bu
mənada işlədilə bilər, bu zaman biz iki dil arasında müəyyən
əlaqələrlə üzləşirik, bu iki dildən biri
məxəz (source)y digəri isə
tərcümə (target) dili, yaxud
hədəf dil adlanır, birincisi orijinalın,
ikincisi isə tərcümənin dilidir. Bu dillərin ikisi birlikdə
işçi dillər
(working languages) adlanır, məxəz dil
passiv (passive)y tərcümə
dili isə
aktiv (active) dil adlanır. Müvafiq
olaraq məxəz mətn
(source text), tərcümə mətni, hədəf mətn (target text) terminləri
meydana gəlir. Məxəz mətn məxəz dildə yazılmış olur,
mütərcim
müəyyən tərcümə transformasiyalarından istifadə etməklə hədəf
dildə yazılmış bir mətn yaradır. Bütün bu linqvistik və
interlinqvistik əməliyyatların cəmi linqvistik anlamda tərcümə
prosesini təşkil edir. Beləliklə,
tərcümə transformasiyanın bir
növü,
daha
dəqiq
desək,
dillərarası
(interlinguistic)
transformasiya kimi səciyyələndirilə bilər.
Deyilənləri ümumiləşdirirərək demək olar ki,
tərcümə
nəzəriyyəsinin predmeti dillərarası transformasiya prosesininin
elmi təsviridir, daha doğrusu
məxəz dildəki mətnin hədəf dildəki
ekvivalent mətnə çevrilməsi prosesinin elmi təsviridir. Linqvistik
tərcümə nəzəriyyəsinin məqsədi yuxarıda deyilən mənada
tərcümə prosesini modelləşdirməkdir.
‘
Tərcümənin mahiyyəti. Tərcümədə həmişə iki mətn olur.
Birinci
orijinal (məxəz-source) mətndir ki, o, ikinci mətndən
(tərcümə, hədəf-target) asılı olmadan mövcuddur. İkinci mətn
{target
text)
müəyyən
əməliyyatların
{dillərarası
transformasiyaların) köməyi ilə birinci (source) mətnin əsasında
yaradılır. Birinci mətnin dili
məxəz (source), ikinci mətnin dili
hədəf (target) dil adlanır.
Nəyə görə, hansı əsaslarla hədəf mətni məxəz mətnin
ekvivalenti adlandıra bilərik? Nə üçün
My sister is married
cümləsi
Bacım ərdədir cümləsinin ekvivalentidir, ancaq həmin
cümlə
Bacım Moskvada yaşayır cümləsinin ekvivalenti deyil? Bu
cümlələri
tutuşdurduqda məlum olur ki, dillərara-
8