Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   111
Byrdf  Mr.  Burd  adlarının  hamısı  eyni  cür  (bə:d)  oxunur.  Lakin 
onlar qrafem baxımından fərqlidir. Belə olan halda həmin adları 
Azərbaycan  dilində  necə  ifadə  elməli?  Ümumiyyətlə,  adların 
transformasiyasında fonetik prinsip, yəni hər ad necə səslənməsi 
əsas götürülürsə-transkripsiya, hərflərin (qrafemlərin) uyğunluğu 
əsas götürülürsə-transliterasiya üsulundan istifadə olunur. Bu son 
üsulun da çətinlikləri var, çünki ingilis dilindəki sözlər yazıldığı 
kimi oxunmur. Məsələn, Bush sözünü transformasiya edərkən iki 
əvvəlki  hərf  (bu)  transliterasiya,  sonrakı  sh  isə  transkripsiya 
olunur, bir adın  transformasiyasında həm  transkripsiya, həm  də 
transliterasiya  üsulundan  istifadə  olunur.  Ümumiyyətlə,  biz  bir 
çox  ingilis,  fransız  və  digər  avropa  mənşəli  şəxs  adlarını 
Azərbaycan  dilindəki  qəzet  və  jurnallarda,  rəsmi  sənədlərdə  e 
xuyur,  radio  və  televiziyada  eşidirik,  sonra  isə  lazım  gəldikdə 
bunları əksinə tərcümə etməli oluruq. Həmin adların imlasından 
xəbərimiz  olmadıqda,  transformasiya  çətinləşir.  İkinci  çətinlik 
orasındadır ki, bəzən bu adların sahibi dövlət başçıları və yüksək 
rütbəli dövlət rəsmiləri olur. Şübhəsiz ki, onların heç birinin öz 
adının  yanlış  yazılmasından  xoşu  gəlməz.  Məsələn,  keçmiş 
Fransa  prezidentlərinin  adlan  François  Mitterrand-Fransua 
Miterran,  Jacques  Chirac-Jak  Şirak  kimi  işlədilmişdir. 
Məlumldur  ki,  bir  sıra  tanınmış  adamların  adı  izahlı  və 
ensiklopedik lüğətlərə düşür, bu iki ad da o qəbildəndir. Ancaq 
həmin  lüğət  və  ensiklopediyalar  bütün  adları  əks  etdirmir.  Öz 
təcrübəmizə müraciət edək: İki min birinci ilin aprelində ABŞ-m 
Florida  ştatmdakı  Ki-  Vest  (Key  West)  şəhərində  ATƏT-in 
Minsk  qrupunun  həmsədrlərinin  (ABŞ,  Fransa,  Rusiya)  iştirakı 
və  ABŞ-m  vasitəçiliyi  ilə  Azərbaycan  və  Ermənistan 
prezidentlərinin  Dağlıq  Qarabağ  münaqişəsini  sülh  yolu  ilə 
nizama salmaq üçün görüşü və danışıqları keçirildi. Danışıqlarda 
ABŞ  tərəfindən  Keri  Kavano,  Kondoliza  Rays,  Kolin  Pauel, 
Riçard  Çeyni,  Fransa  tərəfindən  Jan  Jak  Qilyarmo  iştirak 
edirdilər.  Bu  adlar  Azərbaycan  və  rus  dillərində  qəzet  və 
televiziya vasitəsilə 
19 


bizə  məhz  bu  cür  təqdim  olunmuşdu.  Roads  Leading  to  Peace 
kitabını  tərtib  və  tərcümə  edərkən  bu  adların  transformasiya 
problemi  ilə  üzləşdik,  son  nəticədə  həmin  günlərdə  Ki-Vestdə 
çıxan  qəzetləri  araşdırıb  bu  adların  Carey  Ca-  vanaughy  Jean 
Jacques  GaiHardCj  Condoleeza  Rice,  Colin  Powell,  Richard 
(Dick) Cheney olduğunu müəyyənləşdirdik. 
Şəxs  adlarının  transformasiyasında  üçüncü  üsul  tarixi 
prinsipdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, bir sıra adlar 
vaxtı  ilə  yazılış  və  oxunuşlarından  fərqli  şəkildə  rus  dilinə 
transformasiya  olunmuş,  sonra  da  həmin  şəkildə  Azərbaycan 
dilinə  keçmişdir.  Məsələn,  Charles-Kari,  George-  Georq, 
WUliam-Vilhelm,  James-Yakov  kimi  verilmişdir.  Əslində  onlar 
adi insanlar üçün Çarizt CorCy Vilyamy Ceyms- dir. 
Müəyyən  tərcüməçilər  bunun  yanlış  olduğunu  iddia  edərək 
həmin  adlara  düzəliş  vermək  istəyirlər,  ancaq  sağlam  düşüncə 
bunun əksinədir, çünki tarixdə bu adla tanınmış adamların adına 
düzəliş  verməklə,  tarixin  özündə  bir  yanlışlıq  yaradılmış  olar. 
Bunu bizim Bakı toponimi haqqında da demək olar. Bu ad qərb 
dünyasına  rus  dili  vasitəsilə  Baku  kimi  təqdim  olunmuşdur, 
bunun indi Bakı kimi təqdim olunmasına lüzum varmı? 
İndidə toxunulan bir sıra adlar müxtəlif dillərdə müxtəlif cür 
verilir. 
Məsələn, 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin