Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   111
Mary-Məryəm-Mariə, 
Jesus-lsa-İsus, 
Abraham-İbrahim-Avraam, 
Moses-Musa-Moisey, 
Jozeph- 
Yusif-Djozef  Jacob-  Yaqub-  Yakob,  Judas-  Yuhənnas-İuda, 
Jew-Yəhudi-Yevrey,  Gabriel-Cəbrayıl-Qabriel  və  s.  Hətta 
müxtəlif  dillərdə  eyni  mənalı  adlar  da  var:  Allahverdi- 
Theodore-Boqdan-Fedor  və  s.  İngilis  dilindən  bu  cür  adları 
transformasiya  edərkən  İncildəki  adları  adi  adamların  adı  ilə 
eyniləşdirmək  düzgün  deyil,  Beləki,  adi  adlar  Abraham- 
Abrakam, Moses-Mozes, İsaak-Ayzek kimi verilməlidir. 
Morfem  səviyyəsində  tərcümə.  Morfologiya  qramatikada 
sözlərin quruluşunu öyrənən bir sahədir. Aşağıdakı misallar- 
20 


da sözlərin hamısı müəyyən seqmentlərə (morfemlərə) bölünür və 
hər birinin öz müstəqil mənası var: 
Unkindness - un-kind-ness eyirxahsızlıq - xeyir-xah-sız-hq 
Dogs - dog-s 
itlər - it-lər 
Walking - walk-ing gəzən - gəzmək - gəz-ən (mək) Yes  yes 
Sonuncu morfem sözdaxili qrammatik quruluşa malik deyil, 
biz onu əmələ gətirən səslər baxımından (yes) təhlil edə bilərik, 
lakin bu səslər ayrılıqda götürüldükdə məna daşımır. Ancaq onun 
əksinə olaraq kind, dog, walk (xeyirxah, l^y g^z) sözlərinin, eləcə 
də  un,-ness,-s,-ing  (-sızhq,  -lər,-ən  (-  mək)  affıkslərinin  mənası 
var:  -un  (-sız)  -inkar,  -ness  (-lıq)  -  vəziyyət,  keyfiyyət,  -s(lər)- 
cəm, -ing {-ən, mək) - davamlılıq {duration) mənalarını ifadə edir. 
Sözün  kiçik  mənalı  elementlərə  bölünmüş  hissələri  morfem 
adlanır.  İngilis  dilində bütün  sözləri morfemlərə  bölmək olmur, 
məsələn,  qaydasız  (irregular)  fel  və  ismin  eyni  qayda  ilə 
düzəlməyən cəm forması: go-went-gone; am, is, are, was, were, 
been; foot-feet; man-men. Azərbaycan dilində vəziyyət əksinədir. 
Məsələn: bağ-bağı-bağmdan-garden-his/her garden-from his/her 
garden. Burda his, her-onun, from isə-dan/dən anlayışlarını ifadə 
edir. Bu misallarda müstəqil semantik məna  {free, unbound) və 
qrammatik  məna  ifadə  edən  (bound)  morfemlər  var.  İngilis 
dilindən  Azərbaycan  dilinə  və  əksinə  tərcümə  etdikdə  heç  də 
həmişə bu müstəqil və asılı morfemlər məxəz və hədəf dillərdə 
üst-üstə  düşmür.  Bu  da  əsasən  onunla  əlaqədardır  ki,  ingilis  və 
Azərbaycan  dilləri  müxtəlif  dil  qruplarına  daxildir.  Birisində 
qrammatik  kateqoriyalar  inkişaf  edib,  o  birində  yox.  Məsələn, 
Azərbaycan  dilində  ismin  cəmi  -lar,-lər  şəkilçisi  ilə  düzəldiyi 
halda,  ingilis  dilində  ismin  cəmi  həmişə  -s,  -es  morfemləri  ilə 
düzəlmir,  Azərbaycan  dilində  şəxs  əvəzliyi  üçüncü  şəxsdə  cins 
bildirmədiyi  halda  ingilis  dilində  şəxs  əvəzliyi  cins  bildirir 
{his,her, its). Buna görə mütərcim həmişə kontekstdən asılı olaraq 
əvəzliklə ismi əvəz etməli olur. Məsələn, He gave his book to her. 
Burda üç 
21 


əvəzliyin (he, his, her) hamısı о və onun variantları ilə tərcümə 
oluna bilər (o onun kitabını ona verdi, o öz kitabım ona verdi) O, 
onun,  öz  ancaq  şəxs  bildirir  və  əvəzetmə  belə  də  aparıla  bilər. 
Jack  gave  his  book  to  Jane,  Jack  gave  BilVs  book  to  Jane, 
Quruluş  etibarilə  bir-birinə  yaxın  dillərdə  morfoloji  yaxınlıq  o 
birilərindən  daha  çoxdur.  Tədqiqatçılar  həmişə  belə  bir  misalı 
nümunə 
gətirirlər: 
backbencher-back- 
bench-er 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin