Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   111
Tərcümə və dil sistemindəki 
səviyyələıu
 
Tərcümənin  mahiyyətini  şərh  edərkən  dedik  ki,  o,  məxəz 
dildə  yazılnuş  mətnin  hədəf  dilə  transformasiya  prosesidir,  bu 
prosesdə məxəz mətnin məzmunu dəyişməz qalır. Bu o deməkdir 
ki, tərcümə prosesində ifadə tərzi dəyişir, məxəz dilin vahidləri 
hədəf dilin oxşar vahidləri ilə əvəz olunur, ancaq məxəz mətnin 
məzmunu, mətnin daşıdığı informasiya nisbətən, dəyişməz qalır. 
Beləliklə, bu qənaətə gəlirik ki, nəzəriyyəçi, yaxud təcrübəsindən 
asılı olmayaraq tərcüməçinin əsas vəzifəsi məxəz dildə tərcümə 
olunacaq  minimal  vahidləri  tapmaqdır.  Bu  vahidlər  tərcümə 
nəzəriyyəsində adətən tərcümə vahidi hesab edilir. 
Tərcümə  vahidi  tərcümə  nəzəriyyəsində  mürəkkəb 
məsələlərdən biridir. Bununla əlaqədar çoxlu fikirlər var. Bəziləri 
hətta  belə  vahidlərin  olmadığını  iddia  edirlər.  Tərcümə  vahidi 
dedikdə məxəz mətndə elə vahidləri nəzərdə tuturuq ki, onların 
tərcümə  mətnində  qarşılığını  tapmaq  mümkündür.  Ancaq  onun 
ayrıca  götürülmüş  komponentinin  tərcümə  mətnində  qarşılığı 
olmaya  da  bilər.  Onlar  mürəkkəb  quruluşa  da  malik  ola  bilər, 
məxəz  dildəki  daha  kiçik  vahidlərdən  ibarət  ola,  ayrılıqda 
götürüldükdə  tərcümə  olunmaya  da  bilər,  yəni  məxəz  dildə 
özlərinə məxsus,  nisbətən müstəqil mənaları olsa belə, tərcümə 
mətnində onların qarşılığını tapmaq mümkün olmaya da bilər. 
Dildə minimal mənalı vahid morfemdir, bəzən belə olmaya da 
bilər:  1)  elə  hallar  var  ki,  mənalı  vahid  rolunda  mor-  fem  yox, 
dilin daha yüksək səviyyəsi olan söz, ifadə, hətta cümlə çıxış edir; 
2) morfemdən yüksək səviyyədə olan söz, ifadə, cümlə semantik 
cəhətdən seqmentlərə bölündükdə, yəni onların komponentləri (o 
cüıyri^dən morfomlorin özlə. 


rinin nisbi mənası olduqda), əksər hallarda hədəf dildə bölünməz 
vahidlərə  uyğun  gəldikdə,  onların  komponentləri  məxəz  dilin 
oxşar  komponentlərinə  uyğun  gəlmir.  Belə  olduqda  tərcümə 
vahidi morfem (çox vaxt hətta söz və ifadə) yox, hədəf dildə daha 
yüksək səviyyədə olan vahiddir. 
Beləliklə,  dil  səviyyələrində  hər  hansı  bir  vahid  tərcümə 
vahidi ola bilər. Dilçilikdə adətən bir ierarxiya (hierarchy) təşkil 
edən  aşağıdakı  dil  səviyyələrinin  mövcudluğu  hamı  tərəfindən 
qeyd olunur: fonem, (yazıda qrafem), morfem, söz, fraza, cümlə 
və mətn səviyyələri. 
Basil  Hatim  və  İan  Mason  (14)  semiotik  vahidi  tərcümə 
vahidi  kimi  təqdim  edir,  bunun  üçün  tərcüməçi  məxəz  mətndə 
onu bir işarə kimi tanıyır {Identification), sonra onun haqqında 
məlumat toplayır {information), mənasını açıqlayır {explication) 
və nəhayət tərcümə {transformation) edir. 
Bunlardan  əlavə  bir  qrup  nəzəriyyəçilər  sözü  {word), 
digərləri isə anlamı {sense) tərcümə vahidi kimi təqdim edir və 
hər  iki  qrup  öz  fikrini  əsaslandırmağa  çalışır.  Bütün  bu 
deyilənlərə  baxmayaraq  tərcümə  prosesində  dil  səviyyələrini 
diqqətdən kənarda qoymaq olmaz. 
Fonem  (qrafem)  səviyyəsində  tərcümə.  Bildiyimiz  kimi, 
fonem  özünün  mənası  olmayan,  lakin  sözlərdə  mənaları 
fərqləndirməyə  qadir  ən  minimal  dil  vahididir.  Bununla  belə, 
tərcümə  praktikasında  elə  hallara  rast  gəlirik  ki,  məhz  fonem 
(qrafem) tərcümə vahidi kimi çıxış edir, belə ki, məxəz dildəki 
fonemlər  (qrafemlər)  hədəf  dildəki  qarşılığı  ilə  əvəzlənir,  bu 
şərtlə  ki,  onlar  akustik  və  tələffüz  məxrəcləri  baxımından  eyni 
olsunlar, məsələn, President Bush - Prezident Buş. Ancaq bu belə 
olmaya  da  bilər,  çünki  ingilis  dilindəki  fonemlərin  sayı  44, 
qrafemlərin  sayı  iyirmi  altıdır,  Azərbaycan  dilində  fonemlərlə 
qrafemlərin  sayı  bərabərdir.  İngilis  və  Azərbaycan  dillərinin 
fonem  və  qrafemlərinin  arasındakı  bu  uyğunsuzluq  xüsusi 
isimlərin (adların) tərcüməsində çətinlik yaradır. Məsələn, ingilis 
dilində Mr, Bird, Mr, 
18. 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin