Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   111
referensial məna, çünki bu məna həmin dildə danışan insanların 
həyat  təcrübəsini  əks  etdirir,  bundan  sonra  ikinci  yerdə 
praqmatik məna durur. Eyni şeyi eyni formada qəbul etsək də 
həmin şeyə münasibət təmamilə müxtəlif olur. Məsələn, ölmək 
və  gəbərmək  fellərinin  hər  ikisi  eyni  şeyi  ifadə  etsələr  də, 
müxtəlif  subyektiv  münasibətləri  ifadə  edir.  Üçüncü  yerdə  isə 
intralinqvistik məna durur, çünki tərcümə prosesində məxəz 
14 ^ 


mətndəki sözlərin intralinqvistik mənaları hədəf dildəki sözlərin 
intralinqvistik  mənaları  ilə  əvəzlənir.  Biz  hətta  intralinqvistik 
mənanın  transformasiya  olunmamasından  da  danışa  bilərik.  Bu 
üç  mənanın  tərcümə  mətnində  transformasiyası  əsasən  məxəz 
mətnin növündən asılıdır. Əsasən faktual informasiyadan ibarət 
mətnlərdə başlıca diqqət referensial mənanın transformasiyasına 
yönəldilib,  konseptual  məlumatın  əsas  rol  oynadığı  mətnlərin 
tərcüməsində praqmatik mənaya üstünlük verilir. 
^Tərcümənin  praqmatik  aspekti.  Praqmatika  anlayışı  təkcə 
praqmatik  məna  ilə  məhdudlaşmır.  Praqmatika  anlayışı 
praqmatik  mənadan  daha  genişdir,  ünsiyyət  prosesində  iştirak 
edənlərin mətni dərk etmə dərəcəsi, linqvistik və ekstralinqvistik 
təcrübəsindən  asılı  bütün  problemləri  əhatə  edir.  Ünsiyyət 
prosesində  iştirak  edənlərin  ekstralinqvistik  təcrübəsi,  hazırlığı, 
dünya  bilgiləri  {world  knowledge)  onların  məxəz  dili 
anlamalarına müəyyən qədər kömək edir. Ola bilər ki, məxəz və 
hədəf  dillərdə  danışanların  ekstralinqvistik  bilikləri  üst-üstə 
düşməsin, məxəz və hədəf dillərdə danışanların ekstralinqvistik 
bilikləri fərqli olsun. Bunun nəticəsində məxəz dilin daşıyıcıları 
üçün  aydın  başa  düşülən  bir  çox  şeylər  tərcümə  dilinin 
daşıyıcıları üçün az, yaxud tam anlaşılmaz olsun, yaxud əksinə. 
Məsələn,  tələbələrin  başa  düşmədiyi  bir  cümlə  bizə  təqdim 
edilmişdi. Orda kimsə Canute-a bənzədilirdi. Tələbənin fon biliyi 
cümləni  başa  düşməyə  imkan  vermirdi.  Bunun  üçün  biz 
Lonqman lüğətinə (17) baxıb ordakı məlumatı oxuyuruq. Canute 
(995-  1035)  -  King  of  England  from  1016  till  1035,  who  also 
be-ca-  me  king  of  Denmark  and  Norway.  According  to  an  old 
story, King Canute once tried to show how powerful he was by 
ordering  the  sea  to  stop  moving  towards  the  land.  People 
sometimes  mention  this  story  when  they  are  talking  about 
something that is  so  powerful that it is  useless  to try to  stop  it. 
Əgər  tərcüməçi  bunu  nəzərə  almasa,  ən  dəqiq  tərcümə  belə 
istənilən təsiri bağışlaya bilməz, çünki tərcümə nəzərdə tutulduğu 
in 
15
"=^ 


sanlar  üçün  anlaşılmazdır.  Ona  görə  də  praqmatik  amil 
tərcümədə tam adekvatlıq  əldə etməyin  ən mühüm şərtlərindən 
biridir.  Həm  də  yadda  saxlamaq  lazımdır  ki,  bütün  mətnlərdə 
praqmatik  amilin  eyni  dərəcədə  nəzərə  alınması  vacib  deyil. 
Alman  tərcümə  nəzəriyyəçisi  A.  Nyubert  (19)  mətnlərdəki 
praqmatik  amilləri  nəzərə  alaraq  bütün  mətnləri  dörd  qrupa 
bölür: 
1.  elmi-texniki  mətnlər  (bu  mətnləri  mütəxəssislər eyni  cür 
başa düşürlər) 
2.  qəzet məqalələri və ölkənin özü üçün nəzərdə tutulan bəzi 
mətnlər,  belə  mətnlərin  məzmunu  o  qədər  də  asanlıqla  başa 
düşülmür: 
3.  bədii mətnlər 
4.  ölkənin  xarici  siyasətinin  təbliğindən  bəhs  edən  mətnlər 
və elanlar 
İ.R.Qalperin  (10)  ifadə  olunmuş  məlumata  görə  mətnləri 
əsasən  iki  yerə  bölür:  məzmun  etibarilə  faktual  informasiyalı 
mətnlər  {content  factual)  və  məzmun  etibarilə  konseptual 
informasiyalı mətnlər {contenhconceptual). Bunların birincisinə 
informasiya  yükü  daha  çox,  emosionallıq,  çoxmənalılıq  və 
obrazlıhq az olan mətnlər, ikinciyə isə əsasən bədii ədəbiyyat və 
ona yaxın olan mətnlər daxildir. 
P.Nyumark mətnləri üç qrupa bölür: 1) ciddi bədii ədəbiyyat 
(serious  imaginative  literature-lirik  şer,  roman,  pyeslər);  2) 
mötəbər  bəyanatlar  (authoritative  statements),  siyasi  nitq  və 
sənədlər, nizamnamə və hüquqi sənədlər, elmi fəlsəfi əsərlər 3) 
tərcümeyi-hal, 
hekayələr, 
oçerklər, 
şəxsi 
yazışmalar 
(authobiographies, essays, personal correspondence). 
Nəzəriyyəçilər  arasında  mətnləri  bədii  {art)  və  pragmatik 
ipragmatic) kimi iki qrupa bölənlər də var. Bunu bəzən ünvanlı 
və ünvansız mətn adlandıranlar da var. Şübhəsiz ki, bədii mətnin 
əksər hallarda ünvanı yoxdur, ancaq mağazadan televizor alanda 
ona  istifadə  qaydaları  da  əlavə  olunur  ki,  bu  da  həmin  istifadə 
qaydalarının kimə ünvanlandığını 
16 / 


göstərir. Tərcümənin növlərindən bəhs etdikdə bu məsələyə yenə 
qayıdacağıq. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin