Göründüyü kimi, A.Səhhət fikri saxlayaraq orijinalı tam
milliləşdirmişdir,
kvartet-sazəndələr,
alt,
bas,
skripka
Azərbaycan milli musiqi alətləri
tar, kaman, saz ilə
əvəzlənmişdir. Səbəb nədir? A.Səhhətin dövründə Azərbaycan
oxucusu hələ rus musiqi alətlərinin hamısını tanımırdı, bu adı
çəkilən alətlər onlar üçün müəmma idi. Ona görə də təmsilin bu
şəkildə təqdim olunması onun başa düşülməsini asanlaşdırırdı.
Sərbəst tərcümə hərfi tərcümədən daha məqbuldur, çünki
sərbəst tərcümə nə mətnin məzmununu təhrif edir, nə də hədəf
dilin normalarını pozur. Onun çatışmayan cəhəti məxəz mətnin
məzmununu dəqiqliklə verməməsindədir, çünki tərcümə
prosesində məxəz mətndəki informasiyanın bir qismi itir, bu da
qaçılmazdır. Şer tərcüməsində, xüsusilə lirik şeirlərin
tərcüməsində bu hal özünü aydın göstərir. Məsələn, vaxtı ilə
M.Lermontov C.Bayronun My
Soul is
Dark şerini rus dilinə
tərcümə etmişdir.
My soul is dark-ohl. Quickly string
The harp I yet can brook to hear.
And let thy gentle fingers fling Its
melting murmurs o^er mine ear.
If in this heart a hope be dear.
That sound shall charm it forth again:
If in these eyes there lurk a tear.
T
IPI
//
flow, and cease to burn my brain.
But bid the strain be wild and deep.
Nor let thy notes of joy be first:
I tell thee, minstrel, I must weep.
Or else this heavy heart will burst;
For it hath been by sorrow nurs*t.
And ached in sleepless silence long:
And now His doomed to know the worst.
And break at once-or yield to song.
Hərfi tərcüməsi:
31
Orijinaldan xəbərsiz oxucu üçün bu yaxşı tərcümədir, o, hətta
orijinal kimi də təqdim oluna bilər. Lakin orijinalla tanış olduqda
və onu tərcümə ilə müqayisə etdikdə məlum olur ki, məxəz
mətndəki informasiya heç də tərcümədə tə- mamilə öz əksini
tapmayıb: insan ağlayanda yüngülləşir: musiqi qəmli insanı daha
da qəmləndirə, ya da şənləndirə bilər, bu fikirlər tərcümədə
yoxdur.
Sərbəst tərcümə prosesində hədəf mətn çox vaxt mütərci-
minkiləşir. Hərfi, yaxud sərbəst tərcümədən istifadə olunması
əsərin üslubundan, jannndan asılıdır. Bədii tərcümədə sərbəstlik
mümkündür və bu o qədər də mübahisə doğurmur, lakin rəsmi,
hüquqi və diplomatik sənədlərin tərcüməsində sərbəstliyə yol
verilə bilməz.
Nəzəri ədəbiyyatda hərfi və sərbəst tərcümə anlayışlarından
əlavə
rank-bound və unbound translation terminləri də
(Catford)
işlədilir.
Rank-bound eyni dil səviyyələrinin ekvi- valentliyinə
əsaslanır, ideal tərcümədir və ona nail olmaq çəlindir.
Unbound
qarışıq dil səviyyələri, fraza və cümlələrin ekvivalent Uy inə
əsaslanır (11).
Bunlardan əlavə, nəzəri ədəbiyyatda
hecaba-heca (syllable to
syllable), səsbəsəs (sound to sound) tərcümələrinin də adı çəkilir.
Dostları ilə paylaş: