Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə19/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   111
i/'Ekvivalentlik anlayışı 
Valentlik anlayışı hamıya kimyadan məlumdur, valentlik hər 
hansı elementin molekul əmələ gətirmək üçün digər elementlərlə 
birləşə bilmək imkanıdır. Məsələn, oksigenin iki valenti var, yəni 
bir  oksigen  atomu  iki  hidrogen  atomu  ilə  birləşərək  su  (H
2
O) 
əmələ  gətirir.  Ekvivalentlik  bərabər  valentliyə  malik  olmaq 
deməkdir. Tərcümədə ekvivalentli- yin bir mənası da adekvatlıq, 
uyğunluq 
deməkdir. 
Tərcümənin 
səviyyələri 
anlayışı 
ekvivalentlik, hərfi və sərbəst tərcümə anlayışları ilə sıx bağlıdır. 
Ümumiyyətlə danışdıqda, ekvivalentlik anlayışı, eləcə də hərfilik 
və  sərbəstlik  müəyyən  bir  dil  səviyyəsinə  şamil  edilə  bilməz, 
yaxşı tərcümə hər bir konkret halda tələb olunan dil ierarxiyası 
səviyyəsində  düzgün  tərcümə  vahidinin  seçilməsi  zərurətini 
ortaya  qoyur.  Ekvivalent  tərcüməyə  ekvivalentlərə  əsaslanan, 
ekvivalentlər əsasında qurulmuş tərcümə də demək olar. Eugine 
Nida  iki  ekvivalent  növü  göstərir:  formal  ekvivalent  (formal 
equivalence)  və  dinamik  ekvivalent  (dynamic  equivalence). 
Formal ekvivalent dedikdə məxəz və tərcümə mətnləri arasında 
mümkün qədər yaxın forma və məzmun uyğunluğu. 
28 


dinamik  ekvivalent  isə  hədəf  mətnin  oxucusuna  məxəz  mətnin 
ekvivalent  təsiri  başa  düşülür,  yəni  məxəz  mətn  öz  oxucusuna 
hansı təsiri bağışlayırsa, hədəf mətn də öz oxucusuna eyni təsiri 
bağışlamalıdır.  Hədəf  dilin  normalarına  riyaət  etməklə  məxəz 
mətnin 
məzmununu 
dəyişmədən 
onun 
hədəf 
dilə 
transflomasiyasına ekvivalent tərcümə deyilir. 
Məxəz  mətnin  məzmunu  dəyişmədən  və  hədəf  dilin 
normalarına  riayət  etməklə  aşağı  səviyyədə  aparılmış  tansfor- 
masiya  hərfi  tərcümə  (literal  translation)  adlanır.  Belə  ki,  əgər 
ingilis dilindəki The terrestorial globe is a member of the solar 
system cümləsindəki is a member söz birləşməsini üzvüdür kimi 
Azərbaycan dilinə tərcümə etsək, onda hərfi tərcümə alınır, çünki, 
söz kontekstə daxil edilmədən hərfən tərcümə edilmişdir. Əslində 
yuxarıda  deyildiyi  kimi  cümlənin  tərcüməsi  belədir:  Yer  kürəsi 
günəş  sistemindəki  (sisteminə  daxil  olan)  planetlərdən  biridir. 
Hərfi  tərcümənin  qüsurundan  danışarkən  XIV  əsr  ərəb 
tərcüməçisi  Salah  əl-Din  Səfədi  özündən  əvvəlki  ərəb 
tərcüməçiləri  haqqında  yazır:  “Onlar  yunan  dilindən  tərcümə 
edərkən  hər  bir  sözü  ayrılıqda  götürür  və  onun  mənasını 
müəyyənləşdirirdilər.  Ərəb  dilində  ona  ekvivalent  tapır  və 
yazırdılar. Sonra isə o biri sözü götürür və eyni əməliyyatı yerinə 
yetirirdilər. Mətn qurtarana qədər bu hal davam edirdi. Bu üsul iki 
cəhətdən  qüsurludur.  1)  Hər  bir  yunan  sözü  üçün  ərəb  dilində 
ekvivalentin olması fikri yanlışdır; 2) bir dilin cümlə quruluşu o 
bi- rininki ilə eyni deyil. Digər tərəfdən, bu fikir də yanlışdır ki, 
cümlədəki, mətndəki sözlərin mənası cümlənin anlamını (sense), 
mətnin məzmununu təşkil edir (14)”. 
P.Nyumark  (19)  hərfi  və  sözbəsöz  tərcüməni  bir-birindən 
ayıraraq yazır ki, hərfi tərcümə düzgün tərcümədir və heç vəchlə 
ondan vaz keçilməməlidir, bu şərtlə ki, o, orijinaldakı referensial 
və praqmatik ekvivalentləri əks etdirsin. Hərfi tərcümə haqqında 
digər  fikir  bundan  ibarətdir  ki,  hərfi  tərcümə  yolverilməzdir 
(inadmissible), çünki bu zaman ya məxəz mətnin məzmunu təhrif 
olunur, ya da hədəf dilin norma- 
29 


lari pozulur. Bütün hərfi tərcümə halları səhv sayılır. Buna misal 
olaraq  ingilis  dilində  cold-blooded  murder  sözbirləşmə-  sinin 
rus  dilində  хладнокровное  убийство  {soyuqqanlılıqla 
törədilmiş  qətl)  sözbirləşməsinin  tərcüməsi  və  morfemik 
uyğunluq  (соМ-хладно,  ЫооАеА-кровъное)  göstərilir  və 
deyilir  ki,  tərcümə  (transformasiya)  morfem  səviyyəsində  yox, 
söz  səviyyəsində  aparılmalıdır.  İkinci  misal  kimi  regular  ass 
verilir və deyilir ki, bir çox tərcüməçilər onu регулярный осел 
kimi çevirmişlər(60), bu yanlış tərcümədir, çünki burda tərcümə 
söz səviyyəsində yox, sözbirləşməsi səviyyəsində apardılmalıdır 
və  круглый  осел  (zırrama,  eşşəyin  yekəsi)  kimi  tərcümə 
olunmalıdır. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin