went into this phone booth. I felt like giving somebody a buzz- /
left my bags right outside the booth so that I could watch them.
(Salinger. The Catcher in the Rye)
Pensilvaniya vağzalında düşən
kimi telefon budkasına qaçdım. Telefonla heç olmasa bir nəfərlə
çənə vurmaq həvəsinə düşmüşdüm. Çamadanlarımı bayırda elə
yerə qoydum ki, içəridən görə bilim (T.Vəliyev)
Bu misalda məxəz mətndəki sözlərin heç də hamısı hədəf
mətndəki sözlərlə üst-üstə düşmür. Buradakı artikllar, sözönü,
hətta şəxs əvəzliyi tərcümədə öz əksini tapmamış, onların mənası
digər vasitələrlə ifadə olunmuşdur. Bir qayda olaraq müəyyən
qədər mürəkkəb cümlələri tərcümə edərkən müxtəlif qrammatik
və leksik amillər söz səviyyəsində tərcümə etməyə imkan vermir
və bu üsulla edilən tərcümədə məxəz və hədəf
mətnlərdə sözlərin
uyğunluğu minimuma enir.
/Sözbirləşməsi səviyyəsində tərcümə. Tərcümənin ən çətini
sabit sözbirləşmələrinin tərcüməsidir. Məlumdur ki, sabit
sözbirləşməsinin mənası onu əmələ gətirən komponentlərin
mənasından asılı deyil, yəni onların tərkibində elə sözlər var ki,
əksər hallarda onları söz səviyyəsində tərcümə etmək mümkün
deyil, çünki sabit sözbirləşməsi özü tərcümə vahidi kimi çıxış
edir. Məsələn:
at a glance- ilk baxışdan, dərhal; to miss the
boat-imkanı əldən vermək; the ennuch rule-ABŞ-da bəzi ştatların
konstitusiyalarında qubernatorun iki dəfədən artıq həmin vəzifəyə
seçilməsinə imkan verməyən müddəa; to come to the wrong shop -
ünvanı səhv salmaq və s. Sabit söz- birləşmələrində söz
səviyyəsində tərcümə o zaman mümkündür ki, məxəz və hədəf
dillərdə həmin sabit sözbirləşmələrinin komponentləri uyğunluq
təşkil etsin. Məsələn:
to play with fire - odla oynamaq, to put
oneself in somebody's place-özünü kiminsə yerinə qoymaq; to get
one's revenge-qi- sasını almaq və s.
Təkcə sabit sözbirləşmələri yox, sərbəst sözbirləşmələri də
tərcümə vahidi ola bilər. Belə
halda sərbəst sözbirləşmə-
24
sinin mənası onu əmələ gətirən komponentlərin mənasından asılı
olur. Misal üçün:
to come late-gecikmək; to get dressed-
geyinmək; book parcel-banderol, gold watch-qızıl saat; to watch
the TV program-televiziyada müəyyən bir proqrama baxmaq.
Selincerin “The Catcher in the Rye” əsərindən bir neçə misala
baxaq:
I improved her game immensely though-Mənim köməyimlə
artıq əvvəlkindən çox yaxşı oynayırdı.
The one with glasses made me give back to her-Eynəklinin
görünüşü məni cəzb etdi, ona tərəf döndüm.
He always shaved twice, to look gorgeous.
Həmişə beləydi,
üzünü iki dəfə qırxardı ki, yaxşı görünsün.
He's got his superior attitude all the time-Həmişə öz
səviyyəsini saxlayırdı, özünü hamıdan ağıllı aparırdı.
Bu misallarda ingilis dilindəki sərbəst sözbirləşmələri
tərcümə vahidləri kimi çıxış edir, çünki onların ibarət olduğu
sözlərin Azərbaycan mətnində heç bir qarşılığı yoxdur. Burada
uyğunluq bütöv söz birləşməsi səviyyəsində yaranır, ancaq birinci
və ikinci misallarda quruluş baxımından lazım olan əvəzliklər
istisnahq təşkil edir.
Sözbirləşməsi səviyyəsində tərcümə çox geniş yayılnuş
tərcümə növüdür. Çox vaxt elə nümunələrə rast gəlinir ki, məxəz
cümlədəki bir neçə söz hədəf dilə söz səviyyəsində, qalanları isə
sözbirləşməsi səviyyəsində transformasiya olunur. Məsələn:
The terrestorial globe -is a member - of the solar-system.
Yer kürəsi-günəş sistemindəki -planetlərdən biridir.
Bu iki cümlədə söz səviyyəsində aşağıdakı uyğunluğu
müəyyən edirik:
terrestorial-yer; globe-kürə; solar-günəş;
system-sistem; is a member of bütünlüklə sözbirləşməsi
səviyyəsində
planetlərdən biridir kimi tərcümə olunur.
L,jCiimlə səviyyəsində tərcümə. Bir çox hallarda hətta
sözbirləşməsi tərcümə vahidi kimi çıxış etmir, belə olduqda ek-
vivalentlik cümlə səviyyəsində qurulur. Bu zaman məxəz dildəki
cümlə anlam etibarilə idiomatik səciyyəli olur, yəni
25 u
cümlənin anlamı onu təşkil edən sözlərin mənasından asılı deyil.
Belələrinə atalar sözlərini misal göstərmək olar:
Don^t trouble trouble until trouble troubles you, - Dəymə
mənə, dəyməyim sənə; Birds of fine feather flock together, - Su
axar, çuxuru tapar.
Göründüyü kimi, bu misallarda bütöv cümlələr tərcümə
vahididir, məxəz və hədəf dillərdəki cümlələr anlam etibarilə
bir-birinə tam uyğundur, ancaq hər iki dildəki cümlələrdə
bir-birinə uyğun söz və sözbirləşmələri tapmaq mümkün deyil.
Bu cür tərcümə klişelərə, yol hərəkəti qaydalarına, xəbərdarlıq
bildirən sözlərə xasdır:
Happy birthday!-Ad günün mübarək! Ad
gününü təbrik edirəm! Slow, men at work!- Sürəti azalt, təmir
işləri gedir! to be led like a sheep - başına ip salıb ardınca
aparmaq; as hungry as a bear- qurd kimi ac; to swim like a
duck-baliq kimi üzmək və s.
uMətn səviyyəsində tərcümə. Tərcümə praktikasında elə
hallara da rast gəlinir ki, hətta cümlə də tərcümə vahidi olmur,
bütöv bir mətn, yəni, müəyyən əlaqələrlə bir-birinə bağlanmış
müstəqil cümlələr toplusu tərcümə vahidi kimi çıxış edir. Nəsr
tərcüməsində belə hallara nadir hallarda rast gəlinir, ancaq
poeziyada bu adi haldır, çünki elə poetik janrlar var ki, onlar kiçik
və yığcamdır. Bunlara sonet, rübai, bayatı və s. kimi janrları misal
göstərmək olar. Onlar oxucuya, dinləyiciyə bütöv şəkildə təqdim
olunur, əks təqdirdə onlar kommunikativliyini itirir. Məsələn:
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim, əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Sətri tərcüməsi:
Yesterday accidentally I dropped the jug on the stone.
I was drunk, it slipped off my hand.
The jug broke the spell and said I was also like you, therefore
I am in the same state like you.
26
Şekspirin 130-cu sonetinə və onun tərcüməsinə baxaq:
My mistress* eyes are nothing like the sun^
Coral is far more red than her lip
Dostları ilə paylaş: