Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   111
And folly doctor-like controlling skill. 
And simple truth miscall’d simplicity. 
And captive good attending captain ill: 
Tired with all these, from these would I be gone. 
Save that, to die, I leave my love alone. 
Bu  sonet  bir  sintaktik  tamlıq  kimi  {syntactic  whole,  supra- 
phasal  unit)  səbəb-nəticə  əlaqəsi  üzərində  qurulmuşdur:  Şair 
ölmək  istəyir,  çünki  kasıb  doğulmuş  insanın  necə  əziyyət 
çəkdiyini,  varlıların  cah-cəlal  içində  yaşadığını,  sədaqətin  rədd 
edildiyini, 
şərəfin 
şərəfsizliklə, 
kamilliyin 
nadanlıqla 
əvəzləndiyini, 
bakirəliyin 
təhqir 
olunduğunu, 
gücün 
qandallandığını,  axmaqlarm  ağıllıları  idarə  etdiyini,  sadəliyin 
avamlıq  kimi  qələmə  verildiyini,  şərin  xeyrə  hakim  kəsildiyini 
görmək  istəmir.  On  misra  and  bağlayıcısı  bir-biri  ilə 
bağlanmışdır,  bu  bağlayicının  misranın  başında  gəlməsi  yamb 
vəzni  üçün  şərait  yaratmışdır.  İndi  isə  onun  iki  tərcüməsinə 
baxaq: 
Ölüm istəyirəm, dözmürəm artıq, 
Mən baxa bilmirəm bu puç varlığa. 
Nuru pəncəsində boğur qaranlıq. 
35 


Rəzalət yetişir bəxtiyarlığa. 
Şərəf dustaq olub şərəfsizliyə, 
Saflıq dərd içində göynəyir, əsir. 
Kütlük əqlə gülür, yalan düzlüyə, 
Gücün qollarına vurulub zəncir. 
Yumruqla tıxanır ilhamın ağzı. 
Əl açıb dilənir mənlik, ləyaqət. 
Nadanlıq geyinib müdrik libası. 
Hər yerdə saxtalıq, hər yerdə zillət. 
Ölüm istəyirəm, çarə budur, bax. 
Səni tək qoymağa qıymıram ancaq. 
(Sabir Mustafa) 
Cana doyub bu dünyadan dinc bir ölüm haraylaram: 
Dilənçilik edir indi çünki insan ləyaqəti; 
Yetər, dindi gərəksizlik gərəklitək, yetər tamam; 
Yetər, yasaq eylədilər yer üzündə sədaqəti; 
Yetər, şərəf paltarında şərəfsizlik daldalandı; 
Yetər, qızlıq bəkarəti təhqir oldu zaman-zaman; 
Yetər, yetər zəkalını zəkasızlar avam sandı; 
Yetər, gücü qandallayıb, gücsüz etdi axsaq dövran; 
Yetər, çəkib dilçəyini susdurdular istedadı; 
Yetər, elmə, kamala da alimciklər çıxdı yiyə; 
Yetər, təmiz sadəliyin sadəlövlük oldu adı; 
Yetər, düzlük əsir düşdü paxıllığa, əyriliyə. 
Cana doyub bu dünyadan, nə ölərdim! Ölmürəm mən. 
Ay sevgilim, qıymıram ki, bu dərdləri tək çəkəsən. 
(Ənvər Rza). 
Bu iki tərcüməni orijinalı ilə müqayisə etsək, nə qədər forma, 
məzmun,  məna  dəyişikliyinə  rast  gələrik.  Təcrübədə  bu 
transformasiya növlərinə heç də həmişə ayrılıqda rast  gəlinmir, 
eyni  cümlənin  tərcüməsində  transformasiya  növlərindən  bir 
neçəsi eyni zamanda istifadə olunur. 
İkinci  bir  misal:  Then  Mr.  Boffen...  sat  staring  at  a  little 
bookase of Law Practice and Law Reports, and at a window, and 
at an empty blue bag, and at a stick of sealing wax, and 
36 


at  a pen, and at an apple, and at  a writing-pad - all very dusty 
-and at a number of inky smears and blots, and at an imperfectly 
disguised gun-case pretending  to  be something legal,  and at  an 
iron box labeled "Harmon Estate", until Mr. Lightwood appeared 
(Dickens). 
Mister  Laytvud  gələnə  qədər  Mister  Boffin  gözünü  zilləyib 
kiçik şkafdakı qanunlar məcəlləsinə, pəncərəyə, mavi rəngli boş 
çantaya,  surğuc  üçün  muma,  qələmə,  möhürlərə,  almaya, 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin