Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə30/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   111
bilməlidir?  sualına  cavab  verənlər  deyir  ki,  məxəz  və  hədəf 
dillərdən başqa, o, ölkənin tarixini, mədəniyyətini, coğrafiyasını, 
siyasi  quruluşunu,  adət-ənənələrini,  tərcümə  etdiyi  mövzunu 
bilməlidir. Bunun ən yaxşı nü 
49 


munəsini  abolitionist  misalı  ilə  irəlidə  verdik.  Məlum  oldu  ki, 
lüğətdə  abolition  belə  izah  olunur:  a)  the  act  of  abolishing 
something:  the  fact  or  state  of  being  abolished:  destruction:  b) 
abolition  of  slave  trade,  capital  punishment,  convict 
transportation. 
Beləliklə,  tərcümə  prosesində  çoxmənalılığın  aradan 
qaldırılması və ekvivalentin seçilməsi bir sıra amillərdən - dar və 
geniş  kontekstdən,  ekstralinqvistik  situasiyadan  asılıdır.  Bu 
amjiləri  nəzərə  almadan  mətni  anlamaq  və  tərcümə  etmək 
mümkün  deyil.  Buna  görə  tərcümə  nəzəriyyəsi  mətn 
dilçiliyindən,  dilin  makrolinqvistik  təsvirindən  çıxış  edərək  dil 
sisteminin ekstralinqvistik amillərlə əlaqəsini nəzərə alır, bunlar 
birlikdə  tərcümənin  predmetini,  quruluşunu  və  obyektini 
müəyyən edir. 
^  Tərcümədə  sinonimlərin  seçilməsi.  Tərcümə  zamanı  məxəz 
rhətndəki  söz  mənaca  hədəf  dildə  bir  neçə  sinonim  sözə  uyğun 
gələ bilər. Onlardan hansı birisinin seçilməsi sözün mənasındakı 
fərqlərdən və mətnin üslubi xüsusiyyətlərindən asılıdır. Məsələn, 
ingilis  dilində  to  die  felinə  sinonim  olan  to  pass  away,  to  stop 
living, to be no more, to be taken, to breath one’s last, to cease to 
exist, to conk, to croak, to decease, to demise, to depart, to drop, 
to drop off to drown, to expire, to finish, to give up the ghost, to go 
away of all flesh, to kick the bucket, to perish, to relinquish life, to 
rest in peace, to succumb, to suffocate (25) sözlərinin hamısında 
ölmək mənası olsa da, aralarında böyük üslubi fərqlər var, çünki 
onlarda  referensial  məna  ilə  birlikdə  praqmatik  məna  da  özünü 
qabarıq  göstərir.  Bu  sözlər  təkcə  ölmək  faktını  deyil,  həm  də 
danışanın ölənə münasibətini ifadə edir. 
Sözlər üslubi baxımdan təsnif edildikdə onların işlənmə yeri 
(üslubu)  hökmən  nəzərə  alınır.  Məsələn,  heart-souT  cordium. 
Bunlardan  biri  poetik  (soul),  biri  elmi  (cordium)  mətnlərdə 
işlənir,  heart  isə  neytraldır.  Azərbaycan  dilində  belə  misallar 
çoxdur;  zülf-saç,  dəniz-ümman,  şanə-daraq.  Rus  dilində: 
глаза-очи, лошадь-конь və s. 
50 V/ 


Şübhəsiz  ki,  məxəz  dildəki  sözə  ekvivalent  axtaranda 
lüğətlərə  müraciət  edirik.  Məsələn,  O.Musayev  öz  “İngiliscə- 
Azərbaycanca”  lüğətində  test  sözü  üçün  aşağıdakı  mənaları 
vermişdir L sınaq, sınama, yoxlama; 2. imtahan; yoxlama; 3. tib. 
Təhlil,  yoxlama,  analiz,  blood  test  -qan  analizi  (57).  Ancaq 
Nature is the test of dialectics cümləsində işlənmiş test sözü bu 
mənaların  heç  birinə  uyğun  gəlmir.  Bu  da  təbiidir  ki, 
leksikoqraflar lüğət tərtib edərkən ancaq rast gəldikləri mənaları 
qeyd edirlər. Ona görə də tam, mükəmməl lüğət yoxdur, onların 
daim  təzələnməyə  və  təkmilləşməyə  ehtiyacı  var.  Azərbaycan 
dilinin imkanlarından istifadə edərək həmin cümləni belə tərcümə 
edirik: Təbiət dialektikamn məhək daşıdır. 
Hazırda  texnologiyanın  inkişafı  lüğətləri  mütəmadi  olaraq 
təzələməyə  imkan  verir.  Bir  sıra  ölkələrdə  bu  iş  hər  il  aparılır. 
Terminoloji,  ikidilli,  çoxdilli  lüğətlər,  ensiklopediyalar  yazılır. 
Bununla  belə,  lüğətdə  mənası  tapılmayan  sözlər  (unfindable 
words) çoxdur. Bunlar əsasən neologizmlər, dialektizmlər, slenq, 
tabu,  yeni  və  köhnəlmiş  coğrafi  adlar,  kiçik  şəhər,  kənd,  küçə, 
dağ, çay adları, ayamalar, ixtira adları, rəmzlər, xırda müəsisələr, 
imlası səhv yazılmış sözlər, kod və başqalarıdır. 
i>Məcazi  mənalı  sözlərin  tərcüməsi.  Dilçilər  leksik  mənanın 
üç növündən bəhs edirlər: məntiqi, emotiv və nominativ. Məntiqi 
məna (buna həm də referensial məna deyilir) əşya, hərəkət, və s. 
adıdır;  nominativ  məna  xüsusi  isimlərdir,  oxşar  məfhumlar 
içərisindən  birisinin  seçilib  adlandırılmasıdır,  emotiv  məna  isə 
praqmatik  məna  kimi  subyektiv  münasibət  bildirir.  Sözlər 
kontekstdə bəzən elə məna kəsb edir ki, həmin məna lüğətdə öz 
əksini  tapmır.  Məcazi  məna  iki  leksik  mənanın  bir-birinə  təsiri 
nəticəsində  yaranır.  Bu  cür  qarışıq-  lı  təsir  iki  məntiqi  məna 
arasında {metafora, metanomiya, istehza), əsas və törəmə məntiqi 
mənalar  arasında  {zeugma,  puri),  məntiqi  və  emotiv  mənalar 
arasında  {epitet,  oksimo-  ron),  məntiqi  və  nominativ  mənalar 
arasında {antonomasi- 
51 


ya)  olur.  Bunların  da  noticosindo  leksik  üslubi  vasitolor  ortaya 
çıxır. 
Məxəz  mətndə  çox  vaxt  elə  sözlərə  rast  gəlirik  ki,  onlara 
hədəf dildə ekvivalent tapa bilmirik. Bu cür sözlər ekviva- İentsiz 
leksika  (mequivalented  lexical  units)  adlanır.  Bu  cür  sözlərə 
aşağıdakılar daxildir: 

/. Xüsusi isimhVy coğrafi adlary müəsisə, təşkilat, qəzet, gəmi 
adlan  və.s.  İngilis  dilindəki  xüsusi  adlar  içərisində  bizə  tanış 
olanları da, tanış olmayanları da var. Məsələn, London-London, 
the  Thames-Temza,  Trafalgar  Square-  Trafalqar  meydanı, 
Hyde-Park-Hayd-Park.  Scotland-Şot-  landiya,  Waics-Vels, 
Shakespeare-Şekspir, 
Chaucer-Çoser, 
Dickens-Dikens, 
Byron-Bayron və digər adlar dövri mətbuatda, dərsliklərdə tez-tez 
rast  gəlindiyindən  onların  Azərbaycan  dilində  ekvivalentləri 
sabitləşmişdir.  İngiltərə,  ABŞ,  Avstraliya  və  başqa  ingilisdilli 
ölkələrdə o qədər xüsusi, coğrafi, müəssisə, təşkilat və digər adlar 
var  ki,  onları  əsasən  ensiklopediya  və  izahlı  lüğətlərdə  tapmaq 
mümkündür.  Bunu  Azərbaycan  haqqında  da  demək  olar.  Bakı 
şəhərində və respublikada o qədər küçənin, rayonun, kəndin adı 
dəyişilib  ki,  bir  qədər  keçəndən  sonra  onlann  əvvəlki  adlannı 
tapmaq  üçün  əsl  tədqiqat  lazım  gələcək:  Şamxor  -  Şəmkir, 
Qutqaşen - Qəbələ, Vartaşen - Oğuz, Prişib - Göytəpə və s. 
12. Realilər (the so-called realia). Məxəz dildə bu qismə daxil 
olan  sözlər  elə  məfhum  və  situasiyaları  bildirir  ki,  onlar  hədəf 
dildə yoxdur. Bu sözlərin əksəriyyəti məxəz dildə danışan xalqın 
maddi  və  mənəvi  mədəniyyəti  ilə  bağlıdır.  Ümumiyyətlə,  digər 
xalqların mədəniyyəti, məişəti, fauna, florası və.s ilə bağlı sözlərə 
kultural  terminlər,  eqzotizimlər  də  deyilir.  Məsələn,  xörək, 
geyim, rəqs və s. adlan belələrindən- dir. Bir neçə ən tanınmışının 
adını  çəkək:  rus  dilində  -  щи,  борщ,  лапти,  уха,  рассольник, 
сарафан, душегрейка,  трепак,  частушка  (rəqs); Azərbaycan 
xörəkləri  -  dolma,  xəşil,  piti,  xingəl,  bozbaş:  sovet  dövründən 
qalma anlayışlar 
52 b 


-  təşviqat  məntəqəsi,  qırmızı  guşə,  zərbəçi,  дружинник,  əmək 
növbəsi;  ingilis  dilindəki  -  primaries  {namizədlərin  irəli 
sürülməsi üçün ilk iclas), casus (güzəştli qərar qəbul etmək üçün 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin