showed the depth of the wound кость было обнажено, и было
видно насколько глубока рана; 5. фото, кино выдержка,
экспозиция; 6. геол. обналсение luiu выход пластов: exposure
case .мед. - пострадавший от атмосферных условий: -
exposure suit аварийный плавучий костю.м (для летчика);
exposure test спец. - испытание на действие внешней среды; -
meter фото экспонометр.
Bu sözün işlondiyi cümlələr konteksdən asılı olaraq, leksik
əvəzetmə vasitəsilə Azərbaycan dilinə tərcümə olunur. Bunun
üçün elə burda verilən misralara müraciət etmək kifayətdir: His
face was brown from exposure to weather - Açıq havada
gəzməkdən (qalmaqdan) sifəti qaralmımadı; He died of exposure
- О, soyuqdan (günvur madan) öldü, və s.
Neologizmhrin tərcüməsi. Neologizmlər tərcüməçilər üçün
həmişə problem yaradır, Neologizmlər yeni yaranmış sözlər,
yaxud yeni mənada işlənən köhnə və məcazi mənalı sözlər də ola
bilər. Mənası qaranlıq, anlaşılmaz olduğundan, qəribə
səsləndiyindən neologizmlər diqqəti tez cəlb edir. Neologizmlərə
daxil olan sözlərin bir qrupu yeni mənalı köhnə sözlərdir.
Neoelogizmlərə bundan əlavə yeni yaranmış, törəmə, ixtisarlar,
omonimlər, xüsusi isimdən, insan adlarından törənmiş sözlər,
məcazi mənalı sözlər (samizdaty nomenklatura^ apparatçik,
Addidas, sari, Levi, Wrangler),
64
akronimlər (UNESCO,UNICEF) və s. daxildir. Kompyuter və
kommunikasiya texnologiyalarının son illərdə sürətli inkişafı bu
sahələrdə termin səciyyəli neologizmlərin dilimizə axınına səbəb
olmuşdur.
Terminlərin tərcüməsində iki meyl var: dildə müvafiq termin
yaratmaq, termini olduğu kimi saxlamaq. Məsələn, kompyuter
çıxandan sonra biz onun adını eynilə saxladıq, türklər isə onun
üçün öz terminlərini {bilgisayar) təqdim etdilər.
Neologizm tərcümə dilinə təqdim edildikdə onun mənası
açıqlanmalıdır, əks təqdirdə anlaşılmazlıq yarada bilər. Məsələn,
1996-cı ildə Portuqaliyanın paytaxtı Lisabon şəhərində ATƏT
üzvü olan ölkə başçılannın zirvə toplantısı olmuşdu və orda
Qarabağ
münaqişəsini
nizamlamaq
barədə
prinsiplər
hazırlanmışdı. Ermənistandan başqa bütün dövlətlər bu
prinsiplərin qəbul edilməsinə səs vermişdi. Həmin dövrdə bəzi
adamlar bunu böyük qələbə kimi afişa edirdi, icra hakimiyyəti
başçı- lanndan biri sammit sözünü şəhər mənasında başa
düşdüyündən çıxışında belə bir cümlə işlətmişdi: Lisabonun
sammit şəhərində,,,{S%). Sonralar onun bu cümləsi savadsızlıq
nümunəsi kimi lağa qoyulurdu. Əvvəlki bölmədə перестройка,
гластностъ, ускорение terminləri haqqında “The Morning Star”
qəzetinin açıqlamasına toxunmuşduq. Neologizmlər əsasən
aşağıdakı üsullarla tərcümə olunur.
1.
Analoq üsulu. Bu üsulda məxəz söz və onun hədəf
ekvivalenti arasında təxmini yaxınlıq olur: şəhər icra hakimiyyəti
- mayoralty, şəhər icra hakimiyyətinin başçısı-m<3;^or, canlıq,
gödəkçə - vest;
2.
Transkripsiya, yaxud transliterasiya üsulu: sammit -
summit, killer - killer, manipulyasiya - manipula- tion, sanksiya -
sanction.
Ancaq təqdim olunmamışdan qabaq bu neologizmlərin izahı
verilməlidir, məsələn, sammit - dövlət başçılarının toplantısı,
zirvə toplantısı, killer-muzdlu qatil, pul müqabilində
65
kimi isə öldürən şəxs, manipulation -manipulyasiya, fırıldaq,
kələk;
3. Kalka üsulu: brain-drain - beyin axını, street people -
küçə adamları, paper tiger - yalançı əjdaha vo s.
Konnotativ (emotiv, ekspressiv, üslubi-connotative, emotive,
expressive -stylistic) məna. Konnotativ məna müstəqil məna
deyil. Sözün mənalarından danışarkən qeyd olunmuşdu ki,
referensial məna sözü müəyyən bir əşya, predmet, hərəkət və
şairəyə aid edir, denotasiya onu konteksdə konkretləşdirir.
Ümumiyyətlə danışdıqda məna haqqında üç konsepsiya var:
Birincisi words-things sözlər-əşyalar adlanır. Bu konsepsiyaya
görə söz əşyanı adlandırır (names), yaxud ona aid olur (refersy).
London, Bili, Braun və s. adlar buna bariz misaldır. Bu sözlər
mağazada mala yapışdırılmış yarlıq kimidir, ancaq elə sözlər də
var ki, nəyə aid olduğu bilinmir. Məsələn, to ask, to find felləri,
difficult, popular kimi sifətlər, consistency, tradition kimi
isimlərin nəyə aid olduğu bilinmir. Əslində, sözlərin bir çoxunu
heç cür nəyə isə aid etmək olmur.
İkinci konsepsiya words-concepts-things (söz-konsept- əşya)
əlaqələri üzərində qurulur. Bu konsepsiya sözlə əşyanın birbaşa
əlaqəsini inkar edir, bu cür əlaqə ancaq bizim beynimiz,
şüurumuz vasitəsilə yaradıla bilər. Çünki hər bir söz əlaqəli bir
məfhumdur. Bu əlaqə semiotik üçbucaq (semiotic triangle)
adlanır və üçbucaq şəklində təsvir edilir.
Thought
Symbol A Referent
Bu modeldə ən çətin şey məfhumun (concept) müəyyənləş-
dirilməsidir. Məsələn, tradition sözünün ifadə etdiyi məfhumun
başa düşülməsi asan deyil. Şübhəsiz ki, bəzi sözlərin ifadə etdiyi
məfhumu təsəvvür etmək mümkündür, lakin bunun özü də
müəyyən qədər fərdi xarakter daşıyır. Məsələn, mənim
anlamımdakı stol ilə sizin anlammızdakı stol arasında fərq ola
bilər.
66
Blumfild Language osorindo belo bir fikir irəli sürür ki, məna
nitqin işləndiyi situasiyam öyrənməkdən əldə edilir. Onun
fikrincə stimulus (s) kimisə danışdırır (r) və bu nitq müəyyən
cavab {response) doğurur. Onun təqdim etdiyi model belədir; S-r
................................... s-R
Blumfild belə misal nümayiş etdirir: Jill is hungry^ he sees an
apple (S) and asks Jack to get it for her (r); bu linqvistik stimul (s)
Ceki təhrik edir ki, almanı (R) götürsün. Blumfild iddia edir ki,
you can teli what the meaning of r.,.s must be by observing the
events that accompanied it{5).
Məsələ burasındadır ki, mənasını bilmək istədiyimiz sözün
referenti fiziki-maddi şəkildə mövcud olmadıqda, yaxud hadisələr
gözlənilən istiqamətdə inkişaf etmədikdə sözün mənasını
müəyyənləşdirmək çətinləşir. Konnotaliv məna
Dostları ilə paylaş: |