yirəm; to be hopeful of a remedy-dərmana ümid bağlamaq: 2. çox
ümidlər verən; nikbin; he seems to be quite a hopeful pupil-0,
ÇOX ümidverici şagirdə bənzəyir; hopeful art student- ümidverici
gənc rəssam; hopeful prognosis-nikbin proq- noz{Sl).
Misallardan göründüyü kimi ingilis dilində hopeful sifət
olduğundan təyin və ismi xəbərin bir hissəsi kimi distributiv
xüsusiyyətləri var. Azərbaycan dilində tərcümədə isə təkcə sifət
kimi yox, isim kimi də işlənmişdir. Bunun kimi digər misallar da
göstərmək olar. Məsələn, happy sözünün birləşmələrinə baxaq:
happy news^ a happy events a happy voice - şad xəbər, xoş
hadisə, sevinc dolu səs.
Azərbaycan dilinin özündə şükür, şükrən, naşükür
sözlərinin distributiv xüsusiyyətlərinə baxaq: Allaha şükür;
filankəs naşükür adamdır deyildiyi halda ancaq filankəs şükrən
adamdır deyilmir, baxmayaraq ki, naşükür və şükrən ikisi də
sifətdir.
Ayrı bir misal: İngilislər bəzi müəssisə rəhbərləri haqqında
danışarkən onları sincere və successful kimi xarakterizə edirlər.
Bu sözlərin Azərbaycan dilində tərcüməsi səmimi və
müvəffəqiyyətlidir. İnsan haqqında səmimi demək mümkündür,
müvəffəqiyyətli isə yox. Rəhbər haqqında bacarıqlı, işində
müvəffəqiyyət, uğur qazanmış demək olar.
İngilis dilində zveqma (zeugma) adlı bir üslubi priyom var.
Burda bir fel bir neçə uyuşmaz sözü birləşdirir, həmin fel
birləşdirdiyi sözlərlə eyni qrammatik, müxtəlif semantik
əlaqələrdə bulunur. Məsələn:
Whether the Nymph
Shall stain her Honour or her new brocade,
Or lose her heart or necklace at a ball
(Pope)
Bu pəri balların birində
ya şərəfini ləkələyəcək
ya təzə zərxəra donunu,
Ya ürəyini itirəcək, ya da boyunbağısını.
(sətri tərcümə)
69
... And May^s mother always stood on her gentility^ and
Dot*s mother never stood on anything, but her active little feet,
... Meyin anası həmişə kübarlığını saxlayırdı, Dotun anası isə
heç nəyin üstündə dayanmırdı, ancaq balaca oynaq ayaqlarının
üstündə dururdu.
İngilis dilindəki bu misallarda qeyri-adi heç nə yoxdur, to
stand feli iki məna nümayiş etdirir, halbuki onun qrammatik
əlaqədə olduğu obyektlər arasında heç bir semantik əlaqə yoxdur.
Azərbaycan dilinə oxşar tərcümə etmək mümkündür, lakin
gülməli çıxır: kiibaritğmı saxlamaq, özünü ayaq üstə saxlamaq.
Əslində belə cümlələr dil mövzusunda lətifədən başqa bir şey
deyil. Buna ən yaxşı nümunə rus dilində belə bir misal göstərilir:
Шли три студента, один в кино, другой-в сером костюме, а
третий-в хорошом настроение!
(во)
Üç tələbə gedirdi, biri
kinoya, biri boz kostyumda, üçüncüsü şən əhval ruhiyyədə.
Sözlərin cümlədə belə uyuşmazlığı tərcümədə problemlər
yaradır. Buna görə də ekvivalent axtarışında sözün distributiv
xüsusiyyətləri mühüm rol oynayır.
Xüsusi adlar, institusional və mədəniyyət terminlərinin
tərcüməsi (translation of proper names, institusional and cultural
terms). Xüsusi adlar, institusional və mədəniyyət terminləri
bir-biri ilə sıx əlaqədədir. Bununla belə onları beş qrupa bölmək
olar: xüsusi isimlər, tarixi isntitusional terminlər, beynəlmiləl
institusional terminlər, milli institusional terminlər, mədəniyyət
terminləri.
Xüsusi isimlər və mədəniyyət terminləri insanlar, predmet-
lər, müəyyən bir etnik qrupa məxsus proseslərə aiddir, onların
arasında əsas fərq bundan ibarətdir ki, xüsusi isimlər tək, əlahiddə
götürülmüş insan, predmet və sair şəklində, mədəniyyət
terminləri isə sinif şəklində {class of entities) mövcuddur. Nəzəri
baxımdan ayrı-ayrı şəxslərin və predmetlərin adları dildən
kənardır, onları lüğətdə yox, ensiklopediyalarda axtarmaq
lazımdır, onların nə mənası, nə də konno-
70
tasiyası var, buna görə də onlar tərcümə olunmazdır və tərcümə
edilməməlidir. Prinsip bundan ibarətdir ki, xüsusi adların
əksəriyyətinin artıq qəbul edilmiş tərcümə variantı var, ancaq
onlar metaforalaşanda, şübhəsiz ki, şərhə ehtiyacları var.
Məsələn, Hacı Qam xəsislik rəmzidir, kiməsə ay Hacı Qam!
deyilirsə və bu cümlə ingilisə tərcümə olunacaqsa, onda şərhsiz
ötüşmək mümkün deyil.
Tarixi şəxsiyyətlərin adlarının tərcüməsi artıq bu cür müəyyən
olunmuşdur: Monarxların mənalı (translatable) xristian adları
olduqda və onlar məşhur olduqda, onların titulları və adları
Avropanın əsas ölkələrinin hamısında qarşılıqlı şəkildə tərcümə
olunur. Bu ənənə rus və Azərbaycan dillərinə də keçmişdir.
Məsələn, Richard the Lion Hearted - Richard Coeur de Lion -
Dostları ilə paylaş: |