Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş


bionic  computer-öuoHUK  KOMWomep



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə48/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   111
bionic  computer-öuoHUK  KOMWomep, 
communal 

KOMMyıta.1.
 
Hərfılik  səhvlər də doğura bilər. Texniki tərcümə sahəsində 
tanınmış  mütəxəssis  A.L.Pumyanski  göstərir  ki,  səhvlərin  baş 
verməsinə aşağıdakılar səbəb ola bilər: 1) mütər- cim beynəlmiləl 
söz,  yaxud  qrammatik  formanın  monose-  mantik  olduğuna 
inandıqda; 2) sözlər qrafik baxımından qarışdırıldıqda; 3) yanlış 
analoq  seçdikdə;  4) sözü malik  olduğu faktik mənasından daha 
konkret məna ilə tərcümə et 
83 


dikdə;  5)  lazımi  mənanı  seçə  bilmədikdə;  6.  texniki  mətnlərin 
ifadə formalarına bələd olmadıqda(71). 
Birinci  iki  səbəb  mütərcimin  beynəlmiləl  sözlərin 
xüsusiyyətlərinə yaxşı bələd olmaması ilə bağlıdır. 
Beynəlmiləl sözlərin mənalarında aşağıdakı fərqləri görmək 
olar. 
1)  məxəz dildəki söz hədəf dildəki sözə bütün mənalarda düz 
gəlmir,  bir-iki  mənada  uyğun  gəlir.  Məsələn,  ingilis  dilindəki 
satellite  sözü  Azərbaycan  dilində  ancaq  satellit  sözünə  uyğun 
gəlir:  satellit  (oyuncaq)  dövlət.  Ancaq  ingilis  dilindəki  satellite 
sözünün  peyk,  süni  peyk,  svita,  məiyyət  (böyük  bir  şəxsin 
müşayiətçiləri), əlaltı, həmfikir, tərəfdar, satellit ölkə, peyk şəhər, 
xromosom kimi mənaları da var. 
2)  Məxəz  sözün  bir  neçə  mənası  olduğu  halda  onlardan 
ancaq birinin hədəf dildə qarşılığı var. Məsələn, ingilis dilindəki 
auditorium sözünün: 1) a roomfor the gathering of an audience, 
as  in  a  school,  library,  etc.  2)  a  building  or  hall  for  speeches, 
concerts, etc.{32) mənalan var. Azərbaycan dilində isə onun: 1) 
ali  məktəbdə  dərs  otağı;  2)  mühazirə,  məruzə  dinləyənlər 
toplusunun  adı  (45)  mənalan  var.  Azərbaycan  dilində  oxucu 
auditoriyasının  ingilis  dilində  qarşılığı  the  readership,  the 
reading  audience,  the  readers-6\x.  Hətta  Kitabın  yaxşı  oxucu 
auditoriyası  var  cümləsi  The  book  has  a  good  market  kimi 
tərcümə olunur. 
3)  Görünüşcə  oxşar  olan  bəzi  sözlər  çox  vaxt  əsas 
mənalarına  görə  fərqlənir.  Mütərcim  belə  sözlərlə  ehtiyatlı 
davranmalı, əks təqdirdə yanlışlıq, xəta baş verə bilər. Məsələn, 
communal-kommunal  yox,  ictimai,  aspirant,  aspirant  yox, 
iddiaçı,  fabric-fabrik  yox,  toxunma  mal,  toxuculuq  məmulatı, 
adequate pressure - adekvat təzyiq yox, təzyiqin düzgün seçilməsi 
kimi verilməlidir. 
Mütərcimin  işini  yaxşılaşdırmaq  üçün  ikidilli  lüğətləri 
yenidən nəzərdən keçirmək, hansı mənanın hansı şəkildə lüğətdə 
öz əksini tapmasını dəqiqləşdirmək lazımdır. 
84 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin