(hərfən: süd dağılandan sonra onun üçün ağlamağın xeyri
yoxdur) frazeoloji vahid ölünü diriltmək olmaz, iş-işdən keçəndən
sonra heyfsilənməyə dəyməz kimi tərcümə oluna bilər.
J.Qolsuorsinin The Forsyte Saga (The Man of Property) əsərində
belə bir epizod var: Soums evə qayıdır, arvadı İreni evdə tapmır,
ancaq xəbəri var ki, arvadının sevgilisi memar Bosni qəza
nəticəsində həlak olub. Soums parka gedir, görür ki, arvadı
kədərli halda skamyada
87
oturub, ona müraciətlə deyir: The milk is spilt, let*s go home.
Belə situasiyada şübhəsiz ki, mütərcim öləni diriltmək olmaz,
olacağa çarə yoxdur və sair kimi variantlardan birini seçə bilər.
Frazeoloji vahidin tərcüməsində hərfi və məcazi mənalar
üst-üstə düşə bilər. Belə frazeoloji vahidin tərcüməsində kalka
üsulundan istifadə olunur, məsələn: to lay down the arms-silahı
yerə qoymaq, to hit below the belt- qurşaqdan aşağı zərbə
endirmək, və s.
Frazeoloji vahidin tərcüməsində ən mürəkkəb hal müəllifin
bilərəkdən onun komponentlərini lüğəti mənada işlətdiyi
məqamlardır. Məsələn, Bayronun “Don Juan” poemasında iki
belə hala rast gəlmişik. Bayron ruslarla türklərin savaşını təsvir
edərkən yazır:
The Turks, though hating the hog,
Still tried to save their bacon.
'İngilis dilində frazeoloji vahid belədir: to save one*s
bacon-qaçıb canını qurtarmaq (hərfən: özünə məxsus donuz ətini
xilas etmək): though hating the hog ifadəsini əlavə etməklə şair
bacon sözünün öz lüğəti mənasında işlənməsinə, beləliklə
frazeoloji vahidin parçalanmasına, ondakı frazeo- logizmin
itirilməsinə şərait yaratmışdır. Bu sözləri ilə Bayron həm də
türkləri təhqir etmişdir. Eyni əsərdə ayrı bir məqam: Gəmi qəzaya
uğrayandan sonra dalğalar Don Juanı sahilə atır, dəniz
quldurunun qızı onu tapır, bir mağarada rahatlayır. Şair oxucuya
müraciətlə yazır:
Now, my dear reader, I leave Don Juan safe, but not sound.
For the poor fellow was mortally wounded.
{indi
İSƏ,
əziz oxucu, Don Juanı tərk edirəm, sağ, amma
salamat yox, çünki yazıq ölümcül yaralanmışdı). Frazeoloji vahid
belədir: safe and sound - sağ-salamat. Burda da mortally
wounded (ölümcül yaralanmışdı) ifadəsini əlavə etməklə şair
həm frazeoloji vahidi parçalamış, həm də onun
88
komponentlərinin lüğəti mənada işlənməsinə şərait yaratmışdır.
Frazeoloji birləşmələrin böyük bir hissəsini atalar sözü və
zərb məsəllər təşkil edir. Onlar xalqın zəkasının məhsuludur.
Bunlardan ən barizi Dədə Qorqudun deyimləridir. Həmin
deyimlərdən ancaq “Kitabi-Dədə Qorqudun” proloqundakılan,
onlann rus dilinə (akademik V.V.Bartold), ingilis dilinə (Faruk
Sümer, Ahmet Uysal, Warren Walker və Jefri Luis) tərcümələrini
veririk.
Dədə Qorqud soylamış:
Allah-allah diməyincə işlər onmaz.
Qadir tənri verməyincə ər bayımaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vədə irməyincə kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can gerü gəlməz.
Bir yigidin qara tağ yumrısınca malı olsa,
Yığar-dərər; tələb eylər, nəsibindən artuğın yeyə bilməz.
Ulaşuban sular taşsa, dəniz tolmaz.
Təkəbbürük eyləyəni tənri sevməz.
Könlin yuca tutan ərdə dövlət olmaz.
Dostları ilə paylaş: |