Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə59/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   111
Mountains):  dəniz,  çay,  okean,  kanal,  mehmanxana,  restoran, 
kinoteatr, muzey, kitabxana, gəmi, qəzet adlan müəyyən artikl ilə 
işlənir. Ümumi isim kimi işlənən xüsusi isimlər də var: Məsələn, 
ailənin  üzvü,  müəyyən  bir  müəssisənin  məhsulu  (a  Jones,  the 
Joneses,  tw>o  Cadillacs):  bir  kəs  kiməsə  oxşadıldıqda  (a 
Genghis Khan, a Napoleon). 
Bu  sadalanan  hallarda  müəyyən  qayda  var,  lakin  bəzən 
müəyyən artiklin işlənməsinə izahat tapmaq mümkün deyil. 
104 


məsələn; the Hagııe, the Ukraine, the Kremlin və s. Bu cür xüsusi 
isimləri  tərcümə  etdikdə  hökmən  izahlı  lüğətlərə  baxmaq 
lazımdır, orda həmin isimlərin işlənmə qaydası göstərilir. 
Cins kateqoriyası Azərbaycan və ingilis dillərinin hər ikisində 
leksik səciyyə daşıyır, yəni sözün formasından onun hansı cinsə 
aid olduğu bilinmir. Rus dilində isə əksinədir, я, я, ь hərfləri ilə 
bitən isimlər qadın cinsi (книга, молпя, день), о, ё 
İİƏ 
bitənlər 
(озеро, руэ/сьё, печение) orta cins, qalan hərflərlə bitənlər 
(город, поток, мусор və s.) kişi cinsinə aiddir. Burada da 
müstəsnalar var, lakin çox deyil, məsələn муэк:чина (kişi) ismi a 
ilə bitir, qaydaya görə qadın cinsinə məxsusdur. 
Azərbaycan dilində cins leksik yolla ifadə olunur: oğlan-qız, 
qoyun-qoç, erkək-dişi, toyuq-xoruz və s. İngilis dilində də belədir, 
lakin  nadir  hallarda  şəkilçi  vasitəsilə  kişi  cinsinə  məxsus  olan 
isimdən  qadın  cinsinə  məxsus  isim  düzəldilir,  məsələn: 
lion-lioness, tiger-tigress və s. 
Müasir  ingilis  dilində  ikinci  şəxsin  həm  təki,  həm  də  cəmi 
üçün  you  əvəzliyi  işlənir.  Rus  və  Azərbaycan  dillərində  bu  söz 
sən, siz, ты, вы əvəzliklərinin ifadə etdiyi mənanın olduğu kimi 
verməyə imkan verir. Məlumdur ki, rus və Azərbaycan dillərində 
bu sözlər yaxınlıq, rəsmiyyət ifadə edir, ingilis dilində isə you bu 
iki mətni ifadə edə bilmir. 
Cins kateqoriyasına görə şəxs əvəzlikləri arasında fərqlər var, 
belə ki, üçüncü şəxsin təkində hər cins üçün aynca əvəzlik var: he, 
she,  it.  Hər  üçü  o  kimi  tərcümə  olunsa,  cümlədə  qan-  şıqlıq 
yaranar,  məsələn:  she  gave  him  her  ÄooAr-(hərfən)  o  onun 
kitabını ona verdi. 
Bundan əlavə, ingilis dilində güclü heyvanlar kişi, gücsüzlər 
qadın cinsi kimi,  gəmi, vətən-qadın  cinsi,  dövlət-orta cins  kimi 
nəzərdə tutulur. 
ismin  tək  və  cəmi  də  müəyyən  çətinliklər  yaradır.  Belə  ki, 
ingilis dilində məzmunca toplum, formaca tək, eynilə də təki və 
cəmi formaca bir-birindən fərqlənən latın mənşəli sözlər var ki, 
onlar mütərcimi çaşdırır, mosoXorwpolitics, dynamics, status- 
105 


statas, data-datum, addenda-addendum və s. Bu cür isimlərin tək 
və cəmi bir qayda olaraq izahlı lüğətdə verilir. 
Felin zamanları da ingilis və Azərbaycan dillərində fərqlidir, 
belə  ki,  fəlsəfi  zaman  hər  iki  dildə  eyni  olsa  da,  qrammatik 
zamanlar  eyni  deyil,  ingilis  dilində  dörd  zaman  forması  var: 
qeyri-müəyyən zaman, davamedici zaman, bitmiş zaman və gə- 
ləcəkli keçmiş. Bunlarla müqayisədə Azərbaycan dilində indiki, 
keçmiş  və  gələcək  zamanlar  var.  Gələcəkli  keçmiş  zaman 
anlayışı, həmçinin budaq cümlə ilə baş cümlə arasında zamanca 
uzlaşma yoxdur. Məsələn: 
He said that he would come-Dedi ki, gələcək. 
He says that he will come-Deyir ki, gələcək. 
Yaxud keçmiş zamana baxaq.- 
Of dünən gəlib-He came yesterday. 
Of bugün gəlib-He has come today. 
Of qırx il əwəl gəlib-He came 40 years ago. 
Ancaq bu deyilənlər o demək deyil ki, bu iki dildən bir-birinə 
tərcümə  edərkən  məxəz  cümlədəki  zamanı  hədəf  dildə  ifadə 
etmək mümkün deyil. 
Felin şəkilləri də (mood) tərcümədə müəyyən çətinlik törədir, 
ona görə də dilin öyrənilməsi prosesində buna ciddi fikir vermək 
lazımdır. Fel şəkilçiləri içərisində conditional və subjunctive ən 
çətin  qavranılanıdır.  Bunlan  bir-birindən  fərqləndirməyə  və 
işlətməyə diqqət yetirmək gərəkdir. 
Məna  növlərindən  danışdıqda  intralinqvistik  mənanın  adını 
çəkdik və dedik ki, bu, qrammatik mənadır. Hər bir dilin özünə 
məxsus qrammatik quruluşu olduğu üçün bu mənanın tətcümədə 
transformasiyası  çətinlik  doğurmur.  Bu  zaman  biz  məxəz  və 
hədəf dillərdə morfoloji kateqoriyalara toxunduq. 
Məsələ  burasındadır  ki,  intralinqvistiq  mənaya  toxunduqda 
sintaktik  mənaya  da  toxunmamaq  olmaz.  Bu  məna  cümlə  ilə, 
onun  strukturu  ilə  bağlıdır,  yəni  eyni  məna  müxtəlif  sintaktik 
strukturlarla ifadə oluna bilər. 
106 


Dilçilikdə  geniş  yayılmış  fikir  bundan  ibarətdir  ki,  iki  növ 
sintaktik  struktur  var:  üst  struktur  {surface  structuré)  və  alt 
struktur  {deep  structuré).  Buna  üst  qat,  alt  qat  da  deyilir.  Bu 
konsepsiya  N.  Xomski  və  onun  tərəfdarlanmn  əsərlərində  öz 
geniş şərhini tapmışdır. N. Xomskiyə görə, alt qat cümlənin se- 
mantikasını,  anlamını,  üst  qat  isə  onun  səslənməsini,  onun  fo- 
netik  cəhətini  müəyyən  edir.  Başqa  sözlə,  cümlənin  alt  qatı 
cümlənin ifadə etdiyi semantik, məntiqi əlaqələrinin məcmuu, üst 
qat isə onun nitqdə kəsb etdiyi konkret formadır. 
N.Xomskinin  strukturalizmini  E.Nida  tərcüməyə  tətbiq 
edərək belə bir qənaətə gəlir ki, mütərcim tərcümə prosesində üst 
qatdan yox, alt qatdan çıxış edir, yəni məxəz cümlədəki üst qatı 
öyrənəndən  sonra  alt  qata  enir  və  alt  qatın  ifadə  etdiyi  mənanı 
hədəf mətndə anlamca ona yaxın bir mənada, formaca yeni bir üst 
qatda ifadə edir. Məsələn: the student passed the examination: the 
examination was passed by the student: the student having passed 
the  examination:  the  examination  having  been  passed  by  the 
student: the examination passed by the student: the student who 
passed the examination və s. kimi konstruksiyalar fərqli üst qata, 
təxminən  eyni  alt  qata  malikdir,  çünki  onlann  hamısında  eyni 
icraçı, eyni hərəkət, eyni fəaliyyət obyekti ifadə olunmuşdur. 
Bu misaldan belə nəticə çıxır ki, üst və alt qatlarda sintaktik 
əlaqələrin  xarakteri  fərqlidir,  üst  qatın  sintaksisində  tabelilik, 
tabesizlik,  predikativ  əlaqələr  var.  Bunlan  daha  da  incələyib 
tabelilik  əlaqəsini  idarə,  uzlaşma  və  yanaşma,  tabesizlik 
əlaqələrini  isə  bağlayıcılı,  bağlayıcısız  və  s.  kimi  əlaqələrə 
ayırmaq  olar.  Üst  qatda  sintaktik  əlaqənin  növünü 
müəyyənləşdirərkən  əsas  meyar  həmin  əlaqənin  formal  ifadə 
üsuludur. 
Alt qatda sintaktik əlaqələr ifadə formalanna görə deyil, se- 
mantikası ilə xarakterizə olunur. Belə demək olar ki, bu əlaqələr 
bütün dillər üçün eynidir, ancaq ayn-ayn dillərdə üst strukturda 
onlann ifadə forması fərqlidir. Bizim fikrimizcə, hərəkət- icraçı 
(the student is reading), hərəkət və hərəkətin obyekti 
107 


(the student is reading a book), hərəkət və hərəkətin ünvanlandığı 
şəxs (the student gave the book to his brother), təyin- edici əlaqə: 
substansiya  ilə  onun  arasındakı  əlaqə  (the  student  is  clever;  a 
clever student; (he) speaks loudly; a loud talk) vo s. alt qatdaki 
sintaktik  əlaqələrə  aiddir.  Bu  alt  qatdakı  sintaktik  əlaqələr 
daxilində digər əlaqə növləri də (temporal, lokal, səbəb-nəticə və 
s.) var. 
Bir də xatırladınq ki, alt qatdakı sintaktik əlaqə müxtəlif üst 
qatlarda özünü göstərə bilər. Məsələn: Tom gave Jane a book və 
A book was given to Jane by Tom müxtəlif üst struktura malikdir, 
ancaq  onlann  alt  qatdakı  sintaktik  əlaqələri  eynidir:  hə- 
rəkət-icraçı-obyekt-ünvan.  Eləcə  də  Having  passed  the 
examination  the  student  left  və  When  the  student  passed  the 
examination,  he  left  çümlələri  fərqli  üst,  eyni  alt  qata  malikdir. 
The fact that he was late made my blood boil və The fact of his 
being  late  made  my  blood  boil  kimi  cümlələr  ənənəvi 
qrammatikada qrammatik sinonim adlanır. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin