hər bir yazıçı öz dilinin üslubi imkanlarından çıxış edərək əsərini
yazır. Bu o deməkdir ki, yazıçının istifadə etdiyi bədii material
fərqlidir. Mütərcim isə hədəf dilin imkanlanndan çıxış edir.
Üslubi kateqoriyalar təxminən bütün dillərdə eyni mahiyyət
daşısa da, həmin kateqoriyalar konkret hallarda məxəz və hədəf
mətnlərdə həmişə üst-üstə düşmür, məsələn: kalambur (söz
oyunu) həm ingilis, həm də Azərbaycan dilində var:
Seven days
without water makes one weak - Seven days without water makes
one week. Burda makes one
weik-insam zəiflədir, makes one
week-Z?/r
həftə edir kimi tərcümə olunur. Bu iki tərcümədə
mənaca və formaca üst-üstə düşən omonim, yaxud omofon sözlər
olmadığı üçün eyni kalamburun e
3
mi kalamburla tərcüməsi
mümkün deyil.
Eləcədə M. Arazın “O
kəsin ki yoxsa əgər vətən daşı.
Olmaz ondan o ölkənin vətəndaşı.^'
beytinin tərcüməsinə baxaq:
vətən daşı - the stone (rock) of the
motherland: vətəndaşı -
the citizen of a country. Bütövlükdə belə
bir sətri tərcümə verə bilərik:
İfa man has not his own patch of land in his own country He
cannot be the citizen of that country.
Göründüyü kimi, mənalı hər sözün tərcüməsi mümkündür,
lakin məxəz mətndəki hər bir üslubi priyomu eynilə çevirmək
mümkün deyil. Labüd itkilər məhz belə hallarda baş verir.
Ümumiyyətlə, mətnin dərki üçün onun təhlili lazımdır.
İ.R.Qalperin belə təhlili üslubi təhlil adlandınr(8) və o, beş
mərhələdə apanlır: 1) taksonomik mərhələ (mətnin funksiyası,
üslubu müəyyənləşdirilir); 2) məzmunun dərki mərhələsi (mətn
diqqətlə oxunulur); 3) semantik mərhələ (mətnin leksikası məna
baxımından nəzərdən keçirilir); 4) üslubi mərhələ (mətndəki
bütün üslubi elementlər araşdınlır); 5) funksional mərhələ
(əvvəlki mərhələlərdəki fikirlər sintez edilir və mətn
dəyərləndirilir). Kristian Nord isə tərcümə üçün
mətni mətnxarici
(extratextual) və mətndaxili (intratextual) amillər baxımından
təhlil edir.
109
\
Bəzən mətnin üslubunu onun forması ilə eyniləşdirirlər.
Burda müəyyən həqiqət var, çünki hər bir mətnin funksiyasından
asılı olaraq ayn-ayn dillərdə onun özünəməxsus formalan olur.
Məsələn, Azərbaycan dilində arayışın öz forması, diplomun öz
forması, qəzəlin öz forması, qoşmanın öz forması və s. var. Bu
cür mətnlər tərcümə edildikdə hədəf dildə ona müvafiq standart
forma seçilməlidir.
Mətndə, xüsusilə bədii mətndə üslubi elementlər daha çoxdur
və onlar mətnin səslənməsinə, sözün mənasına, cümlənin
anlamına, mətnin məzmununa çox böyük təsir göstərir. Buna
görə də onlann hər biri haqqında aynlıqda danışmaq lazımdır.
Dostları ilə paylaş: