yox, onun qrammatik strukturunu, mənasım da öyrənir. Buna
görə də mütərcimi maraqlandıran mətnin leksikası, üslubu ilə
bağlı məsələlərdir, ingilis dilindən Azərbaycan dilinə tərcümə
edərkən də məhz bu məsələlər daha vacibdir. Ancaq istər-istəməz
Azərbaycan dilindən də ingilis dilinə tərcümə etməli oluruq. Bu
zaman çətinlik doğuran qrammatik kateqoriyalar aşağıdakılardır:
Müəyyən artiklin işlənməsi (əsasən xüsusi isimlərlə), cins
kateqoriyası, ismin tək və cəmi, felin zamanlan, felin şəkilləri.
Müəyyən və geyri-müəyyən artiklin işlənməsi haqqında
müxtəlif qrammatika kitablannda kifayət gədər məlumat var,
bunlar ümumi isimlərə aid olduqda ümumi bir prinsipdən çıxış
edilir. Lakin ingilis dilində xüsusi isimlərə aid olduqda həmişə
çətinliklər yaranır, çünki burda qaydalardan çox müstəsnalar var.
Məsələn, Longmanın
Grammar of Spoken and Written English
kitabında göstərilir ki, isimdə müəyyənləşdirici xüsusiyyət
olmadıqda artiklsiz, müəyyənləşdirici element olduqda müəyyən
artikl ilə işlədilir:
Tom, Alan, the National Australia Bank, the
Indian Ocean, the Congress Library və s.
Bir ictimai funksiya daşıyan şəxs və qurum adlan
(the Queen,
the President, lakin
Congress, Parliament)^ ictimai bina və
qurum adlan
(the Library of Congress, the British Library, the
University of Oxford, the Act on Human Rights): partiya adlan
(the Labour Party, the Republican Party); millət adları
(the
Swede, the Russian, the English) müəyyən artikl ilə işlədilir.
Cəmdə işlədilən coğrafi adlar
(the British Isles, the Great Smoky
Dostları ilə paylaş: