indi vərəmlər, qəzetə, jurnala bu küfrşiyəmlər necə cürətlə
rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə,
hər ölkədə, hər şəhərdə, dinaru dirəmlər saçılıb, məktəbi-nisvan
açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar,
fəzldə bahir olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə
on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-
təbabət, bilələr cümalə kitabət, edələr yazmağa adət, itə ismət,
bata iffət... aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu
nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah! Salıb aləmə pərxaş, bular
lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar,
nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə
olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə
yumaq, yun daramaq, don yamamaq, səhnü səranı süpürüb,
kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı,
ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki,
əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir,
iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki,
gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin
ki, ona söz deməyə etmiyə bir kimsə də cürət, biri də qaynı ilə
sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim_ ona dair edə hiylət
ki. beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət
ola təbdili-ədavət: biri, həm axırı, ən ümdəsi damdabacanın, həm
xoxunun, xortdanın adların bilməkdə gərək səy edə övrət, nə
qədər faidəsi var bu işin gər ola diqqət ki.
127
əgər ağlaya, yainki dəcəllik edə bir tijl, nəhayət anası söyləsə bu
adlan filfovr edər övladını rahət və qalar əqli səlamət, başı
çəkməz də məlamət...
Budur abmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir edə məhdud
Öz övladım insan!
Sən, əmma, həb qanma!
İnanmırsan, inanma!
Fərəhlən əməlindən.
Utanmırsan, utanma!..
Ən
çətin
tərcümə
olunan
əsərlərin
mükəmməli
Qurani-Kərimdir. Özünün və tərcüməsinin maraq doğuracağını,
dünyada Quran tərcüməsi ənənələrinin yarandığını nəzərə alaraq
onun Azərbaycan dilinə ən yaxşı tərcüməçisi V.Məmmədəliyevin
öz tərcüməsinə yazdığı müqəddiməni ixtisarla təqdim edirik.
'‘"'Quran sözünün mənası «oxumaq», «tələffüz etmək», daha
doğrusu Allahdan Məhəmməd əleyhissəlama nazil olan sözlərin
oxunması, tələffüz edilməsi deməkdir. Qurana, həmçinin müshəf
(səhifələnmiş kitab, lülə halında bükülmüş kağız), zikr
(xəbərdarlıq, xatırlatmaq, öyüd-nəsihət), fürqan (haqla nahaqqı
ayırd edən) və s. də deyilir.
Peyğəmbər əleyhissəlamdan rəvayət olun
2
in bir hədisdə bu
barədə deyilir: “Quranın zahiri və batini (daxili məzmunu) vardır.
Batinin bir batini, ondan sonra isə yeddiyə qədər batini vardır”.
Böyük türk şairi Cəlaləddin Rumi bu hədisi nəzmə çəkərək
yazmışdır: Quran sözünün (mənasının) zahiri olduğunu zənn
etmə. Zahirin altında çox çətin anlaşılan bir batin vardır. O
batinin altında daha bir batin, sonra isə üçüncü batin mövcuddur
ki, orada bütün ağıllar özünü itirib çaşbaş qalar...» Qurani-Kərim
səc-qafiyəli nəsr şəklində nazil olmuşdur. Qurandakı kəlmələr və
ifadələr, söz sırası, sövti tərkib, səs uyuşması baxımından
bir-birinə elə qaynaq edilmişdir ki, orada bir sözün ye-
128
rini dəyişmək, bir sözü, yaxud bir hecanı belə atmaq qeyri-
mümkündür. Qurani-Kərimdə tələffüz edilən səslər, işlədilən
sözlər, ifadə və tərkiblər klassik ərəb dilində işlənən səs, söz,
ifadə və tərkiblərdən ibarət olmasına baxmayaraq, Allah kəlamı
içində onlann seçilişi, düzülüşü, ardıcıllığı, lakonikliyi və tutumu
o qədər qeyri-adidir ki, həmin dövrdə söylənmiş xütbələrə,
yazılmış şerlərə əsla bənzəmir, oxunanda insana əsrarəngiz təsir
bağışlayır, dinlənəndə isə qulaqda tamam başqa cür, yeni ahənglə
səslənir. Xüsusilə Quran avazla oxunduqda bu səslər və sözlər
üzvi surətdə bir-birinə qovuşub ilahi bir həmahənglik yaradır.
islam aləmində Qurani-Kərimlə bağlı ən çətin məsələlərdən
biri də onun təfsiri və tərcüməsi məsələsidir.
Məlumdur ki, Allah kəlamının ayələrinin hər biri bu və ya
digər hadisə ilə əlaqədar nazil olmuşdur. Hər ayənin öz nazil
olma səbəbi vardır. Quranda işlənən qısa ayələrin, ayn-ayn
sözlərin hər biri özlüyündə geniş məna tutumuna malik olduğu,
bu və ya digər dini, şərti məsələyə, tarixi hadisəyə, müəyyən bir
əhvalata işarə etdiyi üçün onun nazil olma səbəbini bilmədən,
mahiyyətinə varmadan Allahın kəlamını doğru-düzgün başa
düşmək olmaz. Quran Peyğəmbərimizə nazil olduğu, Allahın
əmrilə Cəbrail tərəfindən yalnız ona oxunub izah edildiyi üçün,
təbii ki, onun ən doğru, ən düzgün mənasını bilən də məhz
Peyğəmbər özü olmuşdur. “Qurani-Kərimin mənasını yalnız
Məhəmməd əleyhissəlam anlayar” hədisi bunu açıq-aydın
bildirir. Əshabələrin əksəriyyəti öz ana dilini-ərəb dilini çox
gözəl bildiklərinə, gecə-gündüz peyğəmbər nurundan ziya-
landıqlanna baxmayaraq, yenə də Qurani-Kərimin bir çox
ayələrinin dəqiq mənasını anlaya bilməz, onlan Məhəmməd əley-
hissəlamdan soruşub öyrənərdilər. Peyğəmbərimiz onlann hər
birinə öz əqli səviyyəsinə müvafiq olaraq Allah kəlamlannm
mənalanm izah edərdi.
Məhəmməd əleyhissəlamın vəfatından sonra Əli ibn Əbu
Talib, Abdullah ibn Abbas, Mücahid, Qətadə, Müqatil, İbn Cü-
129
beyr kimi yaxın əshabələr bu işi davam etdirmiş, Allah kəlamını
Peyğəmbərdən eşidib bildikləri, ondan rəvayət olunan hədislər
əsasında təfsir etmiş, mənasını ümmətə çatdırmışlar. Əli ibn Əbu
Talibin “Nəhcül-bəlağə”si Qurani-Kərimi anlamaq, ilkin
islamdakı şəri və ictimai-iqtisadi məsələləri öyrənmək üçün
əvəzsiz qaynaqdır.
Sonrakı dövrlərdə Qurani-Kərimə müxtəlif məzhəb və
istiqamətlərdə saysız-hesabsız təfsirlər yazılmış, ayələrin zahiri
və rəmzi mənalan açıqlanmışdır.
Quran təfsiri islam aləmində ən çətin elm hesab olunur.
Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət
edə bilər. Qurani-Kərimi təfsir etməyə girişən müctəhid iyirmi
ana (əsas) elmi və ondan aynlan altmış qolu mükəmməl
bilməlidir ki, bunlann da məcmusu səksən elm təşkil edir. Həmin
elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri ya-
nmçıq, naqisdir ki, bu da böyük günah sayılır.
Qurani-Kərimə orta əsrlərdə yazılmış məşhur təfsirlər
içərisində Təbərinin, Əbu Həyyanm, Fəxrəddin Razinin,
Beyzavi- nin təfsirlərini, Zəməxşərinin “Kəşşaf*, Cəlaləddin
Məhəlli və Cəlaləddin Süyutmin “Təfsirəl-Cəlaleyn”, Şeyx
Təbərsinin
“Məcməəl-bəyan”
əsərlərini,
eləcə
də
“Təfsiri-Əbis-Səud”, “Təfsiri-Səfi” və başqalanm göstərmək
olar. Qurani-Kərimin sufi təfsirinə, rəmzi yozumuna həsr edilmiş
əsərlər içərisində Mühyiddin ibn Ərəbinin məşhur təfsiri,
həmçinin Cəlaləddin Ruminin Allah kəlamının batinini, daxili
mahiyyətini anlamaq üçün əvəzsiz qaynaq olan “Məsnəvi”si
xüsusi yer tutur.
Müasir dövrümüzdə ərəb məmləkətlərində, İranda,
Türkiyədə, Pakistanda və başqa müsəlman ölkələrində
Qurani-Kərimə elmin son nailiyyətlərinə əsaslanan bir çox
mükəmməl təfsirlər yazılmış və yazılmaqdadır ki, onlan burada
bir-bir sadalamağa və haqqında danışmağa imkan yoxdur.
Bir şeyi nəzərə almaq lazımdır ki, Qurani-Kərimin ilk təfsirini
sağlığında hədislərlə özü verən və vəfatından sonra dövrə,
zamana görə Allah kəlamına çoxlu təfsirlər yazılacağını gözəl
130
bilən Peyğəmbər əleyhissəlam Quran təfsirində nəqlə, yəni
hədislərə əsaslanmağı tövsiyə etmiş, yalnız ağıla, sərbəst
mühakiməyə və rəmzi yozumlara istinad edən təfsirlərin xətadan
xali olmayacağını, beləliklə də sahibinə günah qazandıracağını
xəbər vermişdi. Odur ki, bu işdə çox ehtiyatlı olmaq, yüz ölçüb,
bir biçmək, Quranın öz təbirilə desək, “elmdə qüvvətli, möhkəm
olduğunu” bildikdən, əhli-xibrə tərəfindən etiraf olunduğunu
yəqin etdikdən sonra təfsirə girişmək lazımdır. Peyğəmbər
əleyhissəlamm bu müqəddəs tövsiyəsi qulaqlarda sırğa edilərək
indinin özünə qədər islam aləmində nəqlə istinad edən, bu və ya
digər ayənin izahında nəqlə əsasən fikir və mülahizə yürüdülən
təfsirlərə üstünlük verilir.
Qurani-Kərimin hər hansı bir dilə tərcüməsinə gəldikdə isə,
bu, olduqca çətin, müşkül məsələdir. Hər şeydən əvvəl onu qeyd
etmək lazımdır ki. Quranın ərəb dilində təfsiri, sözün geniş
mənasında, Allah kəlamının eyni bir dildə başqa sözlərlə izahlı
tərcüməsini, şərhini vermək deməkdir. Lakin bu təfsirlər nə qədər
mükəmməl, fəsahət və bəlağətlə yazılsa da, Qurani- Kərimin
mətni ilə müqayisədə çox zəif, sönük görünür. Ümumiyyətlə, hər
hansı bir əsərin başqa dilə tərcüməsi, nə qədər qüvvətli olsa da,
əslin yerini verə bilməz, o ki qaldı Allah kəlamı ola!
Hər hansı bir mütərcim Qurani-Kərimi başqa dilə tərcümə
edərkən onu öz biliyi dairəsində, özü başa düşdüyü kimi tərcümə
edir. Qurandakı sözlərin mənası isə o qədər dərin, o qədər
kontekstualdır ki, onlan çox zaman bir sözlə vermək mümkün
olmur. İstər-istəməz əlavə sözlərə və ya mötərizədə verilən
izahatlara ehtiyac duyulur. Bəzən bu və ya digər sözün dəqiq
mənası bilinmir, ərəb təfsirlərinin özündə müxtəlif kəlmələrlə
ifadə olunur. Mütərcim bütün gücünü sərf edir ki. Quran ayələrini
başqa dilə, məhz Allah-təalanm istədiyi kimi dəqiq çatdırsın.
Lakin təəssüf ki, bu çox zaman mümkün olmur və tərcüməçi
istər-istəməz ayənin dəqiq tərcüməsindən daha çox onun
anlamını, ümumi məzmununu oxucuya çatdırmalı olur. Məhz
buna
131
görə də bəzi görkəmli müsəlman alimləri haqlı olaraq Qurani-
Kərimi heç bir dilə, hətta ərəbcənin özünə belə çevirməyin
mümkün olmadığını göstərmiş və onun tərcüməsini məsləhət
görməmişlər. Odur ki, Quranın digər dilə tərcüməsi dedikdə, onu
mütləq mənada deyil, şərti mənada başa düşmək lazımdır.
Burada əsas məqsəd ərəb dilini bilməyənləri Quran ayələrinin
ümumi məzmunu ilə tanış etmək, onlarda Allah kəlamının mətni
haqqında anlayış, təsəvvür yaratmaqdır. Qurani-Kərimin həqiqi
mənasını anlamaq, bilmək istəyənlər məşhur din alimlərinin
əsərlərini dərindən oxuyub öyrənməlidirlər. Bu əsərlərin də
əsasını yenə Quran və yalnız Quran təşkil edir. Sözümüzün
məğzi bundan ibarətdir ki, Qurani-Kərim peyğəmbər əleyhissə-
lama ərəb dilində nazil olduğu üçün ərəbcə oxunmalı, moizə
vaxtı, dini ayinlərin icrası zamanı onun ayələri ərəbcə deyilməli,
sonra onlann ümumi məzmunu, müyəssər olan mənası ərəbcə
bilməyənlərə izah edilməlidir. Allah kəlamının başqa dillərə olan
tərcümələrinə heç vaxt Quran deyilməz, onlara yalnız və yalnız
Quranın tərcüməsi və ya anlamı adı verilər. Bu tərcümələrin
hamısı Qurani-Kərimin əsli ilə müqayisədə qızılgül olmayan
yerdə onun ətrini gülabdan almaq kimi bir şeydir. Quranın özgə
dilə tərcüməsi bir yana dursun, ərəb dilinin özündə olan hər hansı
başqa bir çox fəsahətli və bəlağətli kəlam, sədə yazılmış qafiyəli
nəsr nümunəsi onu oxuyan və dinləyən üçün Allah kəlamının
əsrarəngiz ahəngini, müqəddəs harmoniyasını, fövqəlbəşər
gözəlliyini əvəz edə bilməz. Göründüyü kimi, Qurani- Kərimin
bütün hikməti ərəb dilində olduğu kimi, onun sehrli təsir qüvvəsi
də yalnız ərəb dilindədir.
Bütün bunları nəzərə alan Peyğəmbər əleyhissəlam Qurani-
Kərimi özünün ən böyük möcüzəsi adlandırmış, onun dünya
durduqca duracağını söyləmişdir. Məlumdur ki, hər peyğəmbərə
onun peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün Al-
lah-təala tərəfindən bir və bir neçə möcüzə verilmişdir. Məsələn,
Musa əsasını yerə atanda əjdahaya dönər, əlini qoynuna qoyub
çıxartdıqdan sonra o, parlaq nur saçıb baxanlan heyrətə
132
gətirərmiş. İsa peyğəmbər cüzam xəstəliyinə tutulanlan sağaldar,
nəfəsi ilə ölüləri dirildərmiş. Məhəmməd əleyhissəlam
barmağının hərəkəti ilə ayı iki bölərmiş. Bütün bu möcüzələr
həmin peyğəmbərlər həyatdan köçdükdən sonra kəsilər, rəvayət
şəklində nəsildən-nəslə keçərmiş. Məhəmməd əleyhissəlam son
peyğəmbər olduğuna görə ona dünyanın axınna, qiyamət gününə
qədər qalacaq bir möcüzə verilməli idi. Həmin möcüzə
Qurani-Kərimdir. Məhz bu möcüzənin nəticəsidir ki, bütün
böyük ərəb şair və nasirləri Quranın gözəlliyi qarşısında öz
heyrətlərini gizlədə bilməyib, onun fövqəlbəşər Kitab, ilahi
kəlam olduğunu etiraf etmişlər. Məhz bu möcüzənin nəticəsidir
ki, milyonlarla insan hər gün məsciddə, evdə, yaxud radio və
televiziya ilə Qurani-Kərimin oxunmasına diqqətlə qulaq asır,
onu dinləməkdən doymur. Quran onlara daim təzə və yeni
görünür.
Qurani-Kərimin özgə dilə tərcüməsi ilə əlaqədar yuxanda
deyilən çətinliklərlə yanaşı. Məhəmməd əleyhissəlam bütün
bəşəriyyətə
peyğəmbər
göndərildiyinə.
Quran
dünya
mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olduğuna görə
başqa dillərə tərcümə olunmalı və yayılmalıdır. Bu çox nəcib və
lazımlı bir işdir. Təsadüfi deyildir ki, islam dininin bir çox
başbilənləri, o cümlədən imam Buxari Qurani-Kərimin başqa dilə
tərcüməsini caiz bilmişdir.
Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini,
buyruqlanm təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri
öyrənməyi tövsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi
qeyri-ərəb sami xalqlara anlatmaq, onlann arasında yaymaq
məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu.
Səlmani-Farsi islam tarixində ilk dəfə ərəb dilini bilməyən
iranlılar üçün Fatihə surəsini fars dilinə izahlı tərcümə etmişdi.
Göründüyü kimi, Qurani-Kərimin tərcüməsi işinə islamın lap ilk
dövrlərində təşəbbüs göstərilmişdi.
Qurani-Kərim qədimdən bəri türk və fars dillərinə tərcümə
edilmişdir. Quranın elm aləminə məlum olan ilk türkcə tərcüməsi
XI yüzilliyə aiddir. Cığatay ləhcəsində olduğu ehtimal
133
edilən bu tərcümənin bir nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq
İnstitutunun kitabxanasında, digər nüsxəsi isə Mançestrdəki
Rilandz kitabxanasında saxlanılır. Allah kəlamının oğuz
ləhcəsində olan natamam bir tərcüməsi Britaniya muzeyində,
1338- ci ildə Elxanilər üçün həmin ləhcədə Şirazda yazılmış
başqa bir nüsxəsi isə Türkiyədədir. Hazırda türk dilində Quranın
yüzə yaxın tərcüməsi və təfsiri mövcuddur.
Avropada Qurani-Kərimin tərcüməsinə orta əsrlərdən bəri
böyük maraq göstərilmiş və indinin özündə də göstərilməkdədir.
Quran 1141-ci ildə latın, 1513-cü ildə italyan, 1616-cı ildə alman,
1647-ci ildə fransız, 1648-ci ildə ingilis dillərinə tərcümə
edilmişdir. Bu gün həmin dillərdə Quranın otuza qədər tərcüməsi
vardır.
Rusiyada Qurani-Kərimin tərcüməsinə XVIII əsrdə Böyük
Pyotrun təşəbbüsü ilə başlanmışdır. Dövrünün görkəmli
mədəniyyət xadimi P.Posnikov 1647-ci ildə Dyu Riyenin fransız
dilinə tərcüməsindən istifadə edərək Quranı ruscaya çevirmiş,
1716-cı ildə onu Peterburqda nəşr etdirmişdir. XVIIl əsrin ikinci
yansında yaşayıb yaratmış rus ədibi M.I.Veryovkin də həmin
fransız tərcüməsindən istifadə edərək, 1790-cı ildə Quranı rus
dilinə çevirib dərc etdirmişdir. Dahi rus şairi A.S.Puşkin özünün
“Qurana nəzirə” adlı şer silsiləsini M.İ.Veryovkinin bu
tərcüməsinə əsasən qələmə almışdır. Həmin tərcümədən iki il
sonra, 1792-ci ildə Peterburqda A.V.Kolmakovun tərcüməsi nəşr
olunmuşdur. Bu nəşr də Qurani-Kərimin əslindən deyil, ingilis
dilinə tərcüməsindən istifadə edilərək ruscaya çevrilmişdir.
XIX əsrin ikinci yarısında K.Nikolayevin yenə orijinaldan
deyil, A.B.Biberstcyn-Kazimirskinin fransız dilinə etdiyi
tərcümədən çevirdiyi Quran bir neçə dəfə (1864, 1865, 1876.
1880, 1901) Moskvada nəşr olunmuşdur. Qurani-Kərim rus
dilinə orijinaldan ilk dəfə general D.N.Boquslavski tərəfindən
1871- ci ildə tərcümə edilmiş, lakin əlyazması şəklində
qalmışdır. Daha sonra isə məşhur rus şərqşünası və missioneri
Q.S.Sablukov
134
tərəfindən 1878-ci ildə tərcümə edilib buraxılmışdır. Böyük rus
mütəfəkkiri N.Q.Çemışevskinin Saratov seminariyasında
müəllimi olmuş Q.S.Sablukovun bu tərcüməsi Quranın ərəbcə
mətni ilə birlikdə 1894-cü və 1907-ci illərdə daha iki dəfə nəşr
edilmişdir.
V.Belyayev
və
P.Qryazneviçin
akademik
İ.Y.Kraçkovskinin rus dilinə etdiyi Quran tərcüməsinin birinci
nəşrinə (Moskva, 1963) yazdıqlan ön sözdə yuxandakı
tərcümələrdən hər birinin məziyyətləri göstərilmiş və elmi
qiyməti verilmişdir.
Qurani-Kərimin ruscaya tərcümələrinin ən mükəmməli İ.Y.
Kraçkovskinm tərcüməsi hesab olunur. Görkəmli şərqşünas,
dünya şöhrətli alim bu nəcib işə 1921-ci ildə Petroqrad
Universitetinin tələbələrinə Qurandan xüsusi kurs oxuyarkən
başlamış, 1930-cu ildə onu başa çatdırmışdır. İ.Y.Kraçkovski,
yəqin ki, sonralar üzərində yenidən işləmək niyyətilə sağlığında
bu tərcüməni çap etdirməmişdi. Lakin ömür vəfa etmədiyindən
məşhur ərəbşünas bu niyyətini yerinə yetirə bilməmiş, həmin
tərcümə onun həyat yoldaşı və qədirbilən şagirdləri tərəfindən
çapa hazırlanıb 1963-cü ildə Moskvada nəşr edilmişdir. Əsər
ikinci dəfə 1986-cı ildə yenə Moskvada çapdan çıxmışdır.
İ.Y.Kraçkovski Qurani-Kərimi rus dilinə dəqiq hərfi tərcümə
etməyi qarşısına məqsəd qoymuş və buna, əsasən, nail olmuşdur.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, tərcümə zamanı ifrat
dərəcədə hərfiliyə və dəqiqliyə meyl göstərilməsi nəticəsində bir
sıra ayələrin mənası oxucu üçün qaranlıq qalır və mətləbin nədən
ibarət olduğu anlaşılmır.
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən
başlanmış, lakin təəssüf ki, bu tərcümələr əlyazma şəklində qalıb
nəşr edilməmişdir. Quranın Azərbaycan dilində ilk tərcümə və
təfsiri Bakı qazısı Mir Məhəmməd Kərim ağaya məxsusdur.
Mir Məhəmməd Kərim ağanın tərcümə-təfsiri çox qiymətli
əsər olub, həm də sözün əsl mənasında, sanballı bir tədqiqatdır.
f35
Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Movlazadə Şə-
kəvinin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbəəsində çap olunmuş
“Kitab əl-bə-yan fı təfsir əl-Quran” adlı ikicildlik tərcümə- təfsiri
də öz elmi siqləti və dəqiqliyi ilə nəzər-diqqəti cəlb edir.
Məhəmməd Həsən Movlazadə orijinal yolla gedərək Quran
ayələrinin tərcüməsini, əsasən, dırnaq içində, təfsirini isə
dırnaqdan kənarda vermişdir. Qeyd etmək lazımdır ki, bu
tərcümə-təfsir nəinki Zaqafqaziya müsəlmanlan, həm də Cənubi
Azərbaycan dindarlan arasında çox oxunan və bəyənilən
əsərlərdən
biridir.
Məhəmməd
Həsən
Movlazadənin
tərcümə-təfsi- rinin hicri tarixi ilə 1399-cu ildə ofset üsulu ilə
İranda çap edilməsi dediklərimizə canlı sübutdur. Sevindirici
haldır ki, bu qiymətli əsər Qafqaz Müsəlmanlan İdarəsinin nəcib
təşəbbüsü ilə 1990-cı ildə Bakıda yenidən nəşr edilib dindarlara
çatdmlmış- dır. Lakin təəssüf doğuran odur ki, həm Mir
Məhəmməd Kərim ağanın, həm də Məhəmməd Həsən
Movlazadənin mötəbər ərəb təfsirləri əsasında yazdıqlan bu iki
əsərin dili qəliz olduğuna görə onlan oxuyub başa düşmək ərəb
və fars dillərini bilməyən müasir Azərbaycan oxucusu üçün çox
çətindir.
Hazırki nəşrdən məqsəd Qurani-Kərimin müasir Azərbaycan
ədəbi dilinə müasir tərcüməsini oxuculara təqdim etməkdir.
Mütərcimlər Quran ayələrinin ana dilimizə imkan daxilində
dəqiq tərcüməsinə səy göstərmişlər. Yuxanda qeyd etdiyimiz
kimi, Qurani-Kərimin dili çoxmənalılıq, təşbeh, məcaz, kinayə,
eyham və rəmzlərlə o qədər zəngin, o qədər poetik və bədiidir ki,
hər hansı bir dilə tərcümə zamanı onun həm məna dəqiqliyini,
həm də üslub gözəlliyini saxlamaq əsla mümkün deyildir.
Qurani-Kərimi poetik tərcümə etmək istəyən ya Allah kəlamının
özündə olan qafiyə sistemini saxlamalı, ya da tərcümə etdiyi dilə
uyğun bir qafiyə sistemi taparaq onun həm məna dəqiqliyini, həm
də üslub gözəlliyini, poetikliyini qoruyub saxlamalıdır. Bu iki
ümdə məziyyətin hər ikisinə eyni dərəcədə müvəffəq olmaq, hər
ikisini bütün tərcümə boyu qoruyub saxlamaq imkan
xaricindədir. Beləliklə, poetik tərcümə - əgər buna
136
nail olmaq mümkündürsə - forma gözəlliyi ardınca qaçıb ərəb
dilini bilməyən oxucu üçün ən vacib olan mənanın arxa plana
keçməsinə səbəb olar. Zahirin çox oxunaqlı görünən bədii
tərcümə ərəb dilinə bələd olmadıqlan üçün Qurani-Kərimin əsl
gözəlliyini duymayanları Allah kəlamının özəlliyindən məhrum
edər. Dəqiq hərfi tərcümə isə Qurani-Kərimi anlaşılmaz edib
mütərcimi hörmətdən salar. Ümumiyyətlə, Quranı hərfi tərcümə
etmək ona qarşı hörmətsizlikdən başqa bir şey deyildir.
Zənnimizcə, izahlı ədəbi tərcümə ərəb dilini bilməyən oxuculara
Qurani-Kərimin mənasını imkan daxilində dəqiq anlatmaq üçün
ən əlverişli üsuldur.
Qurani-Kərimi türk dilinə tərcümə etmiş mütəxəssislər
«tərcümə» sözündən daha çox «məalı» istilahını işlədirlər. Məalı,
yəni anlam, bu və ya digər ayənin ümumi məzmununun mütərcim
tərəfindən başa düşüldüyü kimi verilməsi, sonra mötərizədə və ya
xüsusi izahatda onun mənasının açıqlanmasıdır. Fikrimizcə, bu
Qurani-Kərimin tərcüməsi üçün çox münasibdir.
Oxuculara təqdim etdiyimiz hazırkı nəşrdə geniş şərhə imkan
olmadığı üçün ayələrin tərcüməsi ilə yanaşı, lazım gələn yerlərdə
onlara mötərizə daxilində qısa izahat verilmişdir. Bu, tərcümənin
oxunuşunu zahirən müəyyən dərəcədə ağırlaşdırsa da, bir
tərəfdən mətləbin başa düşülməsini xeyli asanlaşdmr, digər
tərəfdən isə ayənin mənasının daha dəqiq, daha ətraflı əhatə
olunmasına xidmət edir.
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi zamanı nəzərə
alınmış aşağıdakı cəhətlərə diqqəti cəlb etmək istərdik:
1. Qurani-Kərim vəz, moizə kimi nazil olduğuna, əksərən
ucadan oxunduğuna görə mətn daxilində eyni bir söz - isim və ya
fel bəzən bir neçə dəfə təkrar olunur. Bu, hər şeydən əvvəl
dinləyicinin nəzər-diqqətini müəyyən bir fikrə cəlb etmək, onu
hər hansı bir işi görməyə sövq etmək, yaxud ondan çəkindirmək
üçündür. Buna görə də tərcümə zamanı Quranın həmin üslubuna
riayət edilmiş, təkrar sözlər saxlanmışdır, məsələn: De:
■137
“Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual
olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində
sorğu-sual olunmayacağıq” (XXXIV, 25).
2. Bəzən Quran mətninin özündə cümlə tam verilmədikdə,
yalnız buraxılmış hissə nəzərdə tutulduqda və onsuz ayə tam başa
düşülmədikdə həmin hissə bərpa edilib mötərizə içinə alınmışdır.
Mütərcimlər mötəbər ərəb təfsirlərinə əsaslanmış, onlann köməyi
ilə fikrin tamamlanmasına nail olmağa çalışmışlar, məsələn:
“Allah münafiq kişiləri və qadmlan, müşrik kişiləri və qadmlan
əzaba uğratsın, mömin kişilərin və qadınla- nn da tövbələrini
qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladma
tapşırdı)” (XXXI-II, 73).
3. Quranın hər hansı bir dilə, xüsusilə feli sifət və məsdər
tərkibləri çox işlənən Azərbaycan dilinə tərcüməsi zamanı
qarşıya çıxan çətinliklərdən biri də ayələrin sıra nömrələrinin
saxlanılmasıdır. Bəzi tərcümələrdə tez-tez bir neçə ayənin
birləşdirilib bir yerdə verilməsinə təsadüf edilir. Belə bir vəziyyət
mü- tərcimin işini, tərcümənin oxunuşunu asanlaşdırsa da,
orijinalın keyfiyyətinə xələl gətirir. Bu bir tərəfdən ayələrin
ardıcıllığının pozulmasına, digər tərəfdən isə hər bir ayənin
aynlıqda, müstəqil ifadə etdiyi mənanın təhrif olunmasına gətirib
çıxardır. Bu və ya digər ayədə konkret nə deyildiyi aydın olmur.
Mütərcimlər Quran ayələrinin dəqiq sıra nömrələrinin
saxlanılmasına xüsusi diqqət yetirmiş və demək olar ki, bu çətin
məsələnin öhdəsindən gəlmişlər. Bu işdə yenə mötəbər ərəb
təfsirlərinə müraciət edilmiş, ayələri bir-biri ilə əlaqələndirmək,
bir-birinə bağlamaq məqsədilə lazım olan izahedici söz, ifadə və
cümlələr mötərizə daxilində verilmişdir.
4. Bir sıra ayələr, söz və ifadələr məşhur ərəb alimləri
tərəfindən müxtəlif cür təfsir və izah olunduğu üçün tərcümənin
mətni daxilində əvvəlcə onlann ilkin mənası verilmiş, sonra
mötərizələrdə digər variantlar tərcümə edilmişdir. (Məsələn, Sad
surəsi, 32-35-ci ayələr). Əksər hallarda “yaxud”, “və ya”
sözlərindən istifadə olunmuşdur.
138
5. Tərcümənin mətnini yeknəsəq etməmək, dilimizin
zənginliyini nəzərə çarpdırmaq, oxucunu yormamaq məqsədilə
bəzi eyni ifadələr ekvivalentliyi saxlamaq şərtilə Azərbaycan
dilində müxtəlif sinonimlərlə verilmişdir. Hər hansı bir ayədə bu
və ya digər sinonim variantın verilinəsi kontekstlə müəyyən
olunmuş, onun məhz hansı mövqedə daha yaxşı səslənməsi
nəzərə alınmışdır.
6. Qurani-Kərimdə çox zaman Məhəmməd əleyhissəlamın
adı çəkilmədən ona müraciət olunur. Buna görə də Peyğəmbərə
Allah-təala tərəfindən müraciət edildikdə, ərəb təfsirlərində
olduğu kimi, “Ya Məhəmməd!”, “Ya Peyğəmbəri”, “Ya
Rəsulum!” xitablanndan istifadə olunmuş, qalan hallarda isə
“Məhəmməd əleyhissəlam”, “Peyğəmbər əleyhissəlam” ifadələri
işlədilmişdir.
7. Tərcümənin mətni içərisində verilmiş mötərizələrdəki söz,
ifadə və cümlələr aşağıdakı məqsədlərə xidmət edir: a) şəxs və
işarə əvəzliklərinin, eləcə də 111 şəxsdə işlədilmiş müb- tədasız
fellərin kimə, nəyə aid olması; b) elliptik, yanmçıq cümlələrin
tamamlanması; c) ayələrin bir-biri ilə əlaqələndirilməsi; ç) qısa
izahatlar. Bu və ya digər mötərizənin məhz hansı məqsədlə
işlədilməsi mətn daxilində öz-özünə aydın olur.
8. Bəzi söz və ifadələrin, tarixi-coğrafi adlann, şəxs adlan- nm
qısa izahı oxucunu çətinliyə salmamaq üçün mətnin daxilindəki
mötərizələrdə, müfəssəl izahı isə tərcümənin sonundakı şərhlərdə
verilmişdir.
9. Surələrin adları əvvəlcə ərəb dilində olduğu kimi, sonra isə
onlann Azərbaycan dilinə tərcüməsi verilmişdir.
10. Tərcümə əslin yerini vennədiyi. Quran məqamında işlənə
bilmədiyi üçün cüzlərə və hizblərə bölünməmişdir.
11. Qurani-Kərimin bu nəşri dilimizə orijinalın özündən
tərcümə edilmişdir. Tərcümə zamanı Təbərinin, Əbu Həyyanın,
Fəxrəddin Razinin, İbn Kəsirin, Beyzavinin təfsirlərindən, Zə-
məxşərinin “Kəşşaf’, Cəlaləddin Məhəlli və Cəlaləddin Süyuti-
nun “Təfsir əl-Cəlaleyn”, J|>eyx Təbərsinin “Məcməəl-bəyan”,
139
Məhəmməd Əli Sabuninin “Səf-vət ət-təfasir’\ Əbu Talib Mək-
kinin “Muşkilu irab əl-Quran” kitablarından, eləcə də İsmail
Fərrux əfəndinin türkcə “əl-Məvakib", Ömər Nəsuhi Bilmənin
“Qurani-Kərimin türkcə məali-alisi”, Mir Məhəmməd Kərim
ağanın “Kəşf əl-həqaiq ən nükət əl-ayati vəd-dəqaiq”.
Məhəmməd Həsən Movlazadə Şəkəvinin “Kitab əl-bəyan fı təfsir
əl- Quran” əsərlərindən, həmçinin son dövrlərdə ərəb ölkələrində
Quranın çətin ayələrinin izahına həsr olunmuş bir sıra xüsusi
tədqiqatlardan istifadə edilmişdir.
12. Cənnət, Cəhənnəm sözləri xüsusi isim kimi işlədildikdə
böyük hərflə, təyin kimi işlədildikdə isə kiçik hərflə verilmişdir.
Z.M.Bünyadovun tərcüməyə əlavə kimi Kitabın sonunda
verdiyi
şərhlərdə Tövratdan, İncildən, Quranın müxtəlif dillərdə olan
təfsirlərindən, bir sıra ərəb məxəzlərindən, Avropa alimlərinin
əsərlərindən, xüsusilə İ.Y. Kı*açkovskinin Quranın rusca
tərcüməsinə yazdığı şərhlərdən geniş istifadə olunmuşdur(55).
Tərcümə nəzəriyyəsi və praktikası baxımından Abdulla Yusif
Əlinin ingilis dilinə Quranın tərcüməsinə (The meaning of the
Holy Quran, Maryland, USA, 1989) yazdığı müqəddiməsinin də
maraq doğuracağını nəzərə alıb onu qısa ixtisarla veririk:
“Müsəlmanlann danışdığı dillərin, demək olar ki, hamısında
Dostları ilə paylaş: |