And whistled and roared in the winter alone,
Is gone, - and the brich in its stead, is grown,-
The Knight^s bones are dust.
And his good sword rust;- His soul is with the
saints, I trust
Sətri tərcüməsi:
Cəngavərin qəbri
Ser Artur O 'Kellinin qəbri hardadır?
O yaxşı insanın qəbri harda ola bilər?
Bir bulaq kənarında, Helvillin dağının döşündə,
Cavan bir tozağacının budaqları altında!
O palıd ki, yayda nəğməsini dinləmək şirin idi.
Payızda yarpaqlarını xışıldadardı.
Qışda gah canavartək ular, gah da şirtək nərildəyərdi.
Artıq yoxdur, tozağacı yerindədir, boy atmış-
Cəngavərin sümükləri çürüyüb torpağa qarışmış.
Haqq işi uğrunda döyüşən qılıncı paslanmış; -
Şübhəsiz, ruhu da müqəddəslərə qovuşmuş.
Artur O’Kellin
Artur və dəyirmi stol cəngavərləri haqqında
dastanlarda adlan çəkilən cəngavərlərdən biridir. Helvilin göllər
diyan Kamberlenddo bir dağ zirvəsidir.
Şeirin iki misrası sualdan ibarətdir. Sualın ünsi)
0
'ət prosesində
funksiyası nə haqdasa cavab almaqdır. Biri sual verir, digər tərəf
sualı cavablandınr. Lakin burada sualı da, cavabı da bir nəfər
verir, yəni sual öz qrammatik funksiyasından kənara çıxır, tam
ayrı məqsəd daşıyır. Müəllif sualı iki dəfə müxtəlif
şəkildə təkrar
etməklə oxucunu maraqlandınr, oxucu cavabın nə olacağını
gözləyir, onun intizan artır. Bu cür suallar əsasən təhkiyyədə
ortaya çıxan sual
{question in the narrative), sual ilə cavab
birlikdə
tərdid (suspense) adlanır.
Sualdan məlum olur ki, Artur O’Kellin o vaxtkı oxuculann
yaxşı tanıdığı bir şəxsdir. Ona görə də ikinci sualda o, yaxşı insan
{good man) kimi təqdim olunur. Bundan sonra suallara ca-
122
vab gəlir. Buradakı
dağın döşü, palıd ağacının şirin nəğməsi,
onun öz yarpaqlarını xışıldatması, qışda canavartək ulaması,
şirtək nərildəməsi, haqq, ədalət uğrunda vuruşan qılıncı kimi
ifadələr müxtəlif üslubi priyomlara nümunədir və motndəki
bədiiliyi təmin edir. Bunlardan əlavə, şer sərbəst şerdir, çünki
burda dəqiq bir vəzn yoxdur, misralardakı hecalann sayı
müxtəlifdir, qafiyə sistemi
abab ccdd eee-d^r. Bu, o deməkdir ki,
standart bənd növü də yoxdur. .
Mütərcim məxəz mətndə nəyin hansı məqsədlə işləndiyini
bilməlidir. Məsələn, ingilis dilindəki sabit söz sırası müəyyən
məqsəd üçün tez-tez pozulur. Şekspirin 130-cu sonetində dörd
misraya diqqət yetirək:
I have seen roses damask’d,
red and white,
But
no such roses see I in her cheeks.
In some perfumes
is there more delight Than in
the breath that from my mistress reeks.
Adi cümlədə belə deyilməli idi:
But I do not see such roses in
her cheeks. Şair qafıyələnməni təmin etmək üçün
{cheeks- reeks)
bu inversiyaya əl atmışdır. Şübhəsiz ki, bu sonetin tərcüməçiləri
(T.Əyyubov, S.Mustafa) üçün göstərilən inversiyanın özü yox,
onun effekti daha vacib olmuşdur.
Məxəz mətndə işlənmiş bütün üslubi priyomlann hədəf
mətndə transformasiyasından danışmaq mümkün deyil.
Ümumiyyətlə müqayisəli üslubiyyat bütün bunlara aydınlıq
gətirmiş olar.
Bəzən formanı üslub kimi qəbul edirlər. Alman filosofu
Johann Winckelmann göstərir ki, forma ancaq məna, məzmun
kəsb etdikdə üsluba çevrilə bilər. Forma seçimi təsadüfi xarakter
daşımır. Məsələn, qadın geyiminə baxın: qısa və uzun (mini və
maksi) yubkalar. Bunların hərəsinin öz məqsədi var. Qısa paltar
cavan qızın düz, qüsursuz qıçlannın gözəlliyini nümayiş
etdirməyə imkan verirsə, həmin paltar qıçlannda raxit, yaxud
digər qüsuru olan şəxsin eyiblərini daha da qabanqlaşdınr. Bu
123
na görə də belə qüsuru olanlar uzun paltar geyməyə üstünlük
verirlər. Yaxud saç düzümlərinə baxın: kimsə saçı alnının,
kimsə
üzünün, kimsə qulaqlannm üstünə salmaqla onlan kiçildir. Kimsə
boynunu örtür ki, boğazının uzunluğu nəzərə çarpmasm və s.
Formasız məzmun yoxdur, hər hansı bir məzmun müəyyən
bir formada təzahür edir. Formalann əksəriyyəti millidir, ona görə
bir sıra ədəbi janrlann tərcüməsi çətindir. Avropa xalqlan- nm
əksəriyyətində genetik və coğrafi yaxınlıq müştərək janrlardan
istifadəyə gətirmiş, bu da öz növbəsində tərcümə işinə kömək
etmişdir. Coğrafi və genetik uzaqlıq bu işi çətinləşdirir. Avropada
həttsuelə şer forması yaranmışdır ki, onlann tərcüməsi haqqında
danışmağa belə dəyməz. Məsələn, keçən əsrin iyirminci illərində
Avropa ədəbiyyatında dadaizm meydana gəldi. Bu cərəyanın
nümayəndələri qəbul olunmuş ideyalan rədd edir, qəribə və
gözlənilməz formalar, obrazlar təqdim etməklə cəmiyyəti
təəcübləndirmək məqsədi güdürdülər. Bədii ədəbiyyatda,
xüsusilə poeziyada bu öz əksini üçbucaq, romb, beşulduz, xaç
şəkilli və digər qəribə formalı şerlərin yaranmasına gətirdi. Luis
Karolun (Lewis Carroll) “Alice in Wonderland and through the
Looking Glass” əsərindən bunlara aşağıdakılan misal göstərmək
olar:
Dostları ilə paylaş: