Hazırki təklif tarazlaşdırılmamışdır, o, əslində dörd sahənin
hamısını əhatə etməli olduğu halda ancaq üçünü əhatə edir.
Tərcüməçi isə özündən bir obraz uyduraraq bu qeyri-tarazlığı
dördüncü ayağı olmayan stola bənzədir və belə tərcümə edir:
Hazırki təklif tarazlaçdırılmayıb, bu dörd ayaqlı bir stola
bənzəyir, ancaq ayaqlardan biri yoxdur, ona görə də dörd
təklifdən ancaq üçü əhatə olunub. Bu bənzətmə ikinci natiqin
xoşuna gəlir, öz çıxışında bundan istifadə edərək deyir:
Əvvəlki
natiq bu təklifi dörd ayağından biri çatmayan stola bənzətdi.
Bunu eşidən birinci natiq isə çaşbaş qalır, axı, o belə söz
deməyib.
Əgər tərcümə eyni zamanda bir neçə dilə olunursa, onda daha
xoşagəlməz vəziyyət və variantlar yaranır. Bundan yaxa
qurtarmaq üçün mütərcimin zəngin lüğət ehtiyatı, ifadələri
olmalıdır ki, neytral variantlara daha çox müraciət etmiş olsun.
Dildə elə ifadələr, sözlər var ki, onlar hər bir münasibət üçün
yarayır. Məsələn, hardasa kiminsə haqqında biri deyir:
Filankəs
yaxşı adam idi. Allah rəhmət eləsin. Onu dinləyən müsahibini
təsdiqləyir:
Amin. Yaxud əksinə:
Çox pis adam idi, Allah lənət
eləsin. Cavabında:
Amin. Şifahi tərcümədə də belə məqam və
vəziyyətlər var, ona görə mütərcimin baqajında kifayət qədər bu
cür hazır ifadələr (pat phrases) olmalıdır. Çünki konfransdakı
nümayəndələr nəiləsə razılaşır, nəiləsə razılaşmır, nəyisə
dəstəkləyir, nəyəsə etiraz edir, nəyinsə aydınlaşdınlma- ğa
ehtiyacı var, nəsə mübahisə doğura bilər və s. Əgər mütər- cim
müəyyən bir sənədin müzakirəsi ilə bağlı tərcümədə iştirak
edirsə, burada
əlavə etmək, çıxarmaq, abzas, yarımabzas {add,
Dostları ilə paylaş: