uzaqda, səs keçirməyən köşkdə, zalda baş verənlərdən xəbərsiz
oturub qulağına çatanı avtomat kimi tərcümə edib ötürür.
Qorxur
ki, ara verən kimi ona qarşı bir inamsızlıq yaranacaq. Çünki
mütərcimin səsi kəsilən kimi zalda kimsə qulaqcığa əlini vurub
göstərir:
işləmir. Tərcüməçi belə şeyə reaksiya verməməlidir.
Mütərcim qorxu hissi altında özünü həddindən artıq sakit və
soyuqqanlı apardıqda da çox vaxt tərcümə yorucu olur.
Mütərcimin vurğudan çox istifadə etməsi yenə anlaşılmazlığa yol
verir. Mətn maraqsız olduqda vurğudan istifadə etməklə
mütərcim dinləyiciləri natiqin fikrinə doğru yönəldir.
Sinxronistin üzləşdiyi daha bir problem də var. Bu da ondan
ibarətdir ki, o, həmişə gözləmə mövqeyində olur, cümlənin nə
vaxt və necə qurtaracağını bilmədiyindən səsinin tonu heç vaxt
enmir. Bu da cümlənin tamamlanmadığı, davam edəcəyi
qənaətini yaradır. Ona görə də mütərcim yüksələn intonasiyadan
çox istifadə etməməli, natiqin sözünə fikir verərək çalışmalıdır ki,
cümlələri üst-üstə düşsün.
Sinxron tərcümədə çətinlik yaradanlardan biri də rəqəmlərdir.
Qanşıq salmamaq üçün on yaxşı yol onlan kağıza qeyd etmək,
sonra səsləndirməkdir.
Bəzən elə hallar olur ki, tərcüməçi ana dilindən xarici dilə
tərcümə
(retour) edir. Bu zaman tərcüməçi vəzifəsinin
öhdəsindən gəlmək üçün həmin dilin qrammatikasını və digər
incəliklərini dərindən bilməlidir.
Xarici dildən ana dilinə tərcümə etdikdə əsas məsələ fikri
anlamaqdır, bundan sonra tərcümə asandır, çünki tərcüməçi ana
dilinin bütün incəliklərini bilir və məna çalarlanm duyur. Ana
dilindən tərcümə etdikdə isə əsas məsələ fikri xarici dildə ifadə
etməkdir.
Bunun üçün mütərcim bir neçə məqamı yaddan
çıxarmamalıdır. Birincisi, ana dilində elə üslubi və məna çalarlan
var ki, onlan xarici dildə ifadə etmək mümkün deyil.
Tərcüməçinin vəzifəsi iki tərəf arasında ünsiyyəti təşkil etməkdir.
O,
diqqətini
155
anladığı fikirləri digər dildə danışanlara ötürmək üzərində
cəmləməlidir, özünü müxtəlif çətinliklərin tələsinə salıb tam
adekvat tərcüməyə nail olmağa çalışmamalıdır. Onsuz da tərcümə
prosesində itki qaçılmazdır.
Təsəvvür edək ki, kimsə ingilis dilində danışan natiqi tərcümə
edir. Natiq deyir:
It is rather a wry irony of fate that the country
which gave the world the General Theory of Employment, Interest
and Money should now be held up by the monetarist groupies of
the Chicago School as a model for neo-liberal practice,
Bu cümlə tipik ingilis frazası ilə başlayır ki, bu da onun
tərcüməsini çətinləşdirir. Wry (ironic) sözünün də çətinliyini bura
daxil etmək lazımdır. Mütərcim bütün incəlikləri tərcümə
etməkdən əl çəkib belə bir hərfi tərcümə ilə başlayır:
It is an irony
of history... Sonra yəqin ki, ana dilində
the General Theory-mn
dəqiq adını bilmir, ona görə də istəmir ki, həmin adı səhv
səsləndirsin və davam edir:
the country which gave the world
Dostları ilə paylaş: