Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə69/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   111
edirəm.  Bu  gün  burda  belə  mötəbər  bir  forumda  çıxış  etmək 
mənimçün çox xoşdur və s. 
Mütərcim  cümlələri,  sözləri  deyil,  fikri  xarici  dildə 
səsləndirir,  buna  görə  də  məxəz  və  tərcümə  dilindəki  cümlələr 
forma, quruluş baxımından üst-üstə düşməyə bilər. Natiqin çıxışı 
özünün ilkin formasında yox, mütərcimin formalaşdırdığı şəkildə 
dinləyicilərə ötürülür. 
Məxəz mətnin yeni formada tərcümədə ötürülməsi labüddür, 
çünki  mütərcim  natiqdən  geridə  qalır.  Mütərcim  tərcüməni 
başlayan  kimi  onu  necə  qurtarmaq  haqqında  da  düşünür.  Bu  o 
deməkdir ki, bu iki mətn arasında fərq olacaq. 
Tərcümə  dilini  gözəl  bilən  və  geniş  məlumata  malik  olan 
mütərcim  məxəz  mətni  eyni  formada  asanlıqla  ötürə  bilir.  Be- 
ləki, o, mətbuatı daim izləyir ki, cari proses və hadisələrdən xəbər 
tutsun,  tibb,  informasiya,  tarix,  bədii  ədəbiyyat  sahəsindən 
müəyyən məlumatı olsun. 
146 


Sinxron tərcüməçi öz fikrini qısa, sadə cümlələrlə ifadə etməyi 
bacarmalıdır.  Natiqlər  isə  uzun,  mürəkkəb,  qanşıq  cümlələr  də 
işlədə  bilərlər.  Mütərcim  bu  cür  cümlələri  qısa,  sadə  cümlələrə 
parçalayır, sonra onlan özü üçün münasib formada əlaqələndirir və 
səsləndirir. Məsələn, aşağıdakı cümləyə diqqət yetirək: 
Japan, in the light of the ruling of the international panel, and 
following the non-payment of the compensation by the American 
steel-exporters, which the US authorities have not forced them to 
pay,  despite  their  legal  obligations  and  assurances  they  have 
given,  has  decided  to  act  unilaterally,  which  they  are  perfectly 
entitled  to  in  the  case  of  non-  compliance  with  an  international 
panel  ruling  -  and  that  is  the  case  here  -  by  imposing  punitive 
duties on the import of certain flat products, although long ones 
should remain unaffected, at least for the immediate future. 
Bu  cür canlı danışıq dilində olan cümlələrin  natiq tərəfindən 
səsləndirilməsi  adi  haldır.  Müəyyən  çətinliklərə  baxmayaraq 
mütərcimin dilindən yox, natiqin dilindən bu cümlələri eşidərkən 
zaldakılar  ümumi  kontekstdə  söhbətin  nədən  getdiyini  yaxşı 
anlayır.  Burda  qrammatik  cəhətdən  səhv  də  var;  baş  cümlənin 
mübtədası əsas feldən dörd sətir aralı düşüb; üçüncü və dördüncü 
sətirlərdə  ən  azı  bir  texniki  anlaşılmazlıq  var:  “which  the  US 
authorities  have  not  forced  them  to  pay,  despite  their  legal 
obligations ” and assurances they have given Aydındır ki, burda 
them  polad  ixracatçılanna  aiddir,  ancaq  sonrakı  their  legal 
obligations  and  assurances  they  have  given  kimə  aiddir? 
Qrammatik  cəhətdən  öz  hüquqi  öhdəlik  və  təminatlarını  yerinə 
yetirən  polad  ixracatçılandır,  əslində  isə  bu  ABŞ  dövləti, 
rəsmiləridir. Konteksti yaxşı bilən, sadəcə olaraq verilən məlumatı 
bir də yenidən eşidən dinləyici üçün bu, problem yaratmır. Ancaq 
bu  məlumatı  natiqlə  eyni  zamanda  səsləndirmək  və  cümlələri 
saf-çürük etmək tərcüməçi üçün çətinlik yaradır. Onda mütərcim 
nə etməlidir? O, uzun, qanşıq cümləni bir neçə qı 
147 


sa  və  sadə  cümləyə  parçalamalıdır.  Burada  cümlə  salami 
(kolbasa)  kimi  dilimlənir,  doğranır.  Ona  görə  də  peşəkarlar  bu 
prosesə  salami  (salami  technique)  metodu,  salami  texnikası 
deyirlər. 
Bu  üsulu  yuxarıdakı  mürəkkəb  cümləyə  tətbiq  etsək  onda 
gərək  natiq  international  panel-^  çatanda  mütərcim  tərcüməyə 
başlasın. Burada Yaponiya ilə başlamaq olmaz, çünki mütərcim 
bilmir ki, Yaponiya cümləyə necə daxil ediləcək. Yaxşı olar ki, 
mütərcim  belə  bir  cümlənin  tərcüməsi  ilə  başlasın:  The 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin