Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə77/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   111
Estetik (aesthetic) funksiya o deməkdir ki, dil öz səslənməsi, 
forması,  mənası  və  təşbehləri  ilə  insan  hisslərinə  xoş  təsir 
göstərir.  Cümlədəki  ritm,  tarazlıq,  təzadlar,  budaq  cümlələr  və 
sözlərin  də  bu  prosesdə  öz  payı  var.  Onomatopiya,  assonans, 
alliterasiya, qafiyə uşaq şerində mühüm rol oynayır. Müvafiq dil 
vahidini tərcümə etmədən bir çox hallarda səs effektini tərcümədə 
vemıək mümkün deyil, səs effektini adətən kompensasiya etmək 
mümkündür.  Ekspressiv  mətnləri,  xüsusilə  poeziyanı  tərcümə 
edərkən  tez-tez  ekspressiv  və  estetik  (həqiqət  və  gözəllik;  . 
aksiyalar arasında bir ziddiyyət yaranır. Bunlar iki əks qütblərdir 
- hərfi tərcümə və sərbəst tərcümə. 
Hərəkət felləri hərəkətin tərzini təsvir etdiyi üçün onlarda səs 
effekti  yüksəkdir,  məsələn:  race,  rush,  scatter,  mumble,  gasp, 
grunt və s. Bunlan tərcümə etmək çətin deyil, lakin onla- nn ifadə 
etdiyi səs effektinin adekvatını eyni fellərin qarşılığı ilə yaratmaq 
çətindir. 
Mənasız  (nonsense)  poeziyada  şer  məna  üzərində  yox,  səs 
effekti  üzərində  qurulur,  məsələn:  a  ferret  nibbling  carrot  in  a 
garret - safsar (xəzli heyvan) çardaqda yerkökü yeyir; a weasel 
perched  on  an  easel  within  a  patch  of  teasel  -  dələ  (gəlincik) 
çobandarağı  bitmiş  əl  boyda  bir  yerdə  molbert  üzərində 
oturmuşdu.  Uşaq  şerində  və  XIX  əsrin  sonlannda  yaranmış  sə- 
nət-sənət-üçün  ədəbiyyatında  (art-for-art)  səs  effekti  həqiqəti 
üstələyir.  Digər  ekspressiv  mətnlərdə  ekspressivlik  estetik 
funksiyanı  üstələyir.  Belə  mətnlərin  tərcüməsində  əgər  kakofo- 
niya  (cacophony-ahəngsizlik,  səsin  qulağa  xoş  gəlməməsi) 
yaranırsa, onda mətnin məqsədi əhəmiyyətini itirir. 
Metafora  ekspressiv  və  estetik  funksiyalar  arasında  bir 
əlaqədir. Obrazlar vasitəsilə (obrazlar insanın beş hiss üzvündən 
163 


dördü  ilə  dilin  yeganə  əlaqə  vasitəsidir)  qoxu,  dad,  toxunma, 
görmə,  səs  rəmzləri  yaratmaqla  metafora  ekstralinqvistik 
gerçəkliklə  təxəyyül  aləmini  bir-birinə  bağlayır.  Ekspressiv  və 
estetik komponent kimi orijinal metafora tərcümədə olduğu kimi 
saxlanmalıdır. 
Ekspressiv,  informativ,  vokativ  və  estetik  funksiyalar 
əvvəldən  axıradək  mətndə  iştirak  etdiyi  halda,  fatik  və 
metalinqvis-  tik  funksiyalar  mətnin  ancaq  müəyyən  hissəsində 
işlənir. 
Fatik  (phatic)  funksiya  informasiya  ötürmək  üçün  işlənmir, 
reseptorla xoş münasibət yaratmaq məqsədi güdür. Bu funksiya 
özünü  təkcə  danışanın  səsinin  tonunda  yox.  Necəsiniz?, 
Bilirsiniz,  Yaxşısınızmı?,  Sizə  yaxşı  istirahət  arzulayıram!  Nuş 
olsun!  Sabaha  qədər!  Bayramı  yaxşımı  keçirdiniz?.  Nə  pis 
havadır.  İsti  deyilmi?  kimi  ayn-ayrı  cümlələrdə  özünü  büruzə 
verir. 
Yazılı  nitqdə  fatik  ifadələrdən  oxucunun  rəğbətini,  etibanm 
qazanmaq  üçün  istifadə  olunur.  Əllbəttə,  şübhəsiz,  təbii  ki, 
toxunmaq  yerinə  düşər,  məlumdur  ki,  və  s.  belələrindəndir. 
Şübhəsiz belələrini tərcümə etmək çətinlik doğurmur. 
Dilin  metalinqual  (metalingual)  funksiyası  dilin  öz-özünü 
izah  etmək,  adlandırmaq,  öz  xüsusiyyətlərini  tənqid  etmək 
qabiliyyətini  göstərir.  Bu  qabiliyyət  universal  keyfiyyət  kəsb 
edib,  bütün  dillərə  xas  olduqda  tərcümədə  problem  yaranmır. 
Məsələn,  bütün  dillərdə  cümlə,  qrammatika,  fel  və  s.  var.  Bu 
universallıqdır.  Ancaq  elə  ola  bilər  ki,  belə  dil  universalilən 
mövcud olmasın. Bu keyfiyyət şifahi, yəni başqa dillərlə əlaqəsi 
olmayan dillərə xasdır. Bununla belə, bu xüsusiyyətlər ancaq bir 
dilə məxsussa (məsələn, supine {supin - ingilis dilində məs- dərin 
həmişə to ilə işlənməsi), ablative {ablativ - təsirlik hal), illative (a 
word or phrase as therefore, as a conseqııence intro- ducing an 
inference),  optative  {optativ-Mm  arzu  şəkli)  və  s.),  onda  onlar 
müxtəlif  kontekstual  amillərə  müvafiq  olaraq  tərcümə  edilir. 
Bəzən misallarla izah edilir, neytral bir terminlə verilir. 
164 


Nəzərə almaq lazımdır ki, strictly speaking (ciddi desək), in 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin