Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə79/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   111
Adaptasiya (adaptation) tərcümənin ən sərbəst formasıdır. Bu 
tərcümə  üsulundan  daha  çox  pyes  (komediya)  və  poeziyanın 
tərcüməsində  istifadə  edilir.  Adaptasiyada  adətən  məxəz 
mətndəki  mövzu,  surətlər,  süjet  saxlanılır,  məxəz  mədəniyyət 
hədəf  dildəki  mədəniyyət  ilə  əvəzlənir,  mətn  sanki  yenidən 
yazılır. Belə bir  yanlış təcrübə var ki,  müəyyən  bir dram  əsəri, 
yaxud şer əvvəlcə hərfi tərcümə edilir, sonra isə dramaturq, ya 
166 


xud  şair  tərəfindən  yenidən  yazılır.  Bu  cür  tərcümələr  həmişə 
uğursuz  olmuşdur,  ancaq  əsl  adaptasiya  həmişə  uğurla 
nəticələnmişdir. 
Sərbəst  (free)  tərcümə  üsulundan  istifadə  etdikdə  müəllifin 
ifadə  tərzi  dəyişir,  orijinalın  məzmunu  transformasiya  olunur. 
Tərcüməni  oxuyan  şəxs  onun  formasından  narazı  qalır,  çünki 
tərcümə orijinaldan həcmcə həmişə böyük olur. Adi bir nümunə: 
bu  sətirlərin  müəllifi  vaxtilə  S.Rüstəmxanlınm  “Ömür  kitabı” 
əsərini  ingilis  dilinə  tərcümə  etmişdir.  Orijinalın  həcmi  20  çap 
vərəqi,  tərcüməninki  isə  23  çap  vərəqidir.  Buna  səbəb  ingilis 
mədəniyyətində  olmayan  bir  sıra  məfhumlann  mətndaxili  və 
mətnxarici  izahının  verilməsidir.  Bu  cür  tərcüməyə  dildaxili 
(intralingual)  tərcümə  də  deyilir.  Bu  tərcümə  əksər  hallarda 
çoxsözlü,  iddialı  və  pritensiozdur.  Bəzən  buna  heç  tərcümə  də 
demək olmaz. 
Idiomatik  (idiomatic)  tərcümə  üsulu  ilə  olan  tərcümədə  ori- 
jinaldakı  mesaj  transformasiya  edilir,  məxəz  mətndə  olmayan 
idiom  və  kolokvializmlər  işlətməklə  orijinalın  mənası  təhrif 
olunur. 
Servis  (service)  tərcümə  üsulundan  adi  danışıq  dilindən 
müəyyən məqsədlə digər dilə tərcümə üçün istifadə edilir. Bu üsul 
geniş yayılmamışdır, lakin əksər ölkələrdə ondan istifadə olunur. 
Məsələn,  turist  axını  çox  olan  ölkələrdə  qonaqlar  çox  vaxt 
mehmanxana  və  digər  yerlərdə  çalışan  və  xarici  dili  bilən 
insanlann  xidmətindən  istifadə  edirlər.  Xidməti  tərcümə  ilə  ser- 
vis  tərcüməsini  qanşdırmaq  lazım  deyil.  Xidməti  tərcümənin 
məqsədi müştərinin sifarişi əsasında müəyyən bir əsəri tam, yaxud 
onun  bir  hissəsini  tərcümə  etmək,  xülasəsini  çıxarmaqdır.  Bu 
sətirlərin  müəllifi  ölkə  prezidenti  üçün  C.  Henrinin  “Baku:  An 
Eventful History”, M. Əsədbəyin “Oil and Blood in the Orient”, 
T.  Field-in  “Privatization  of  the  Oil  Industry  and  the  Public 
Choice”,  F.  Hooper-in  “Management  of  the  Finances  of 
Transnational Oil Companies” və s. əsərləri tərcümə etmişdir. 
167 


Nəzmin nəsr ilə tərcüməsi (plain prose translation) üsulundan 
poeziyanın  nəsr  ilə  tərcüməsində  istifadə  olunur.  Bu  üsulla 
tərcümə etdikdə bəndlər (stanzas) abzasa çevrilir, nəsrə məxsus 
durğu işarələrindən istifadə edilir, orijinal metafora və məxəz dilə 
məxsus mədəni (cultral) terminlər olduğu kimi qalır, səs effekti 
(səs simvolizmi) tərcümədə öz əksini tapmır. Bu cür tərcümələr 
əksər  hallarda  orijinal  ilə  yan-yana  çap  edilir.  Azərbaycan 
ədəbiyyatında  Nizami,  Xaqani,  M.Ə.Sabir  və  s.  klassiklərin 
əsərləri  ilə  əlaqədar  tərcümələrdə  bu  üsuldan  geniş  istifadə 
edilmişdir. 
informativ  (informative)  tərcümə  üsulundan  müəyyən  bir 
əsərdəki informasiyanı sifarişçiyə çatdırmaq üçün istifadə olunur. 
Belə  əsərlər  tam  olmaya  da  bilər.  Tərcümə  zamanı  hər  şey 
məntiqi  ardıcıllıqla,  bəzən  də  xülasə  şəklində  verilir.  Məxəz 
mətndəki məlumat parafraz edilmir. 
Koqnitiv  (cognitive)  tərcümə  üsulu,  Cognize  dərk  etmək 
deməkdir.  Cognition,  cognitive  eyni  köklü  sözlərdir.  Bu  üsulla 
tərcümə  etdikdə  məxəz  dilin  qrammatik  quruluşu  hədəf  dilin 
müvafiq  qrammatik quruluşunda öz əksini tapır,  məxəz dildəki 
məcazilik  hədəf  dildə  neytrallaşır.  Semantik,  yaxud 
kommunikativ komponentlər əlavə edilir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin