Orijinala sadiq (faithful) tərcümə «sw/wndan istifadə etdikdə
mütərcim hədəf dilin qrammatik strukturu çərçivəsində məxəz
dildəki sözün dəqiq kontekstual mənasını verməyə cəhd edir.
Milli çalarlı
(cultral) sözlər transformasiya edilir, məxəz dilin
qrammatik və leksikasmdakı anormallığın (məxəz dilin
normalanndan kənara çıxılması) dərəcəsi saxlanılır. Məxəz dildə
yazıçının niyyəti və mətnin dərkinə tam sadiq qalmağa səy
göstərilir.
Semantik (semantic) tərcümə üsulu orijinala sadiq tərcümə
üsulundan fərqlənir, mətnin estetik dəyərinə (gözəlliyi və təbii
səslənməsinə) daha çox fikir verilir. Bu üsuldan istifadə etdikdə
məxəz dildəki sözün mənasının transformasiyasında müəyyən
güzəşt mümkündür, ancaq sözoyunu, assonans, təkrar və s. üslubi
priyomlann məxəz və hədəf mətndə uyğunsuzluğuna yol
verilmir. Çox da mühüm olmayan kultral sözlər ancaq kultral
terminlərlə yox, kultral cəhətdən neytral terminlərlə də tərcümə
edilə bilər. Oxucu üçün kiçik güzəştlər də mümkündür. Orijinala
sadiq tərcümə (OST) ilə semantik tərcümə arasındakı fərq ondan
ibarətdir ki, OST müəllif yönümlü və doqmatikdir. Semantik
tərcümə isə daha çevikdir.
Kommunikativ (communicative) tərcümə orijinalın dəqiq
kontekstual mənasını elə bir şəkildə çevirməyə cəhd edir ki,
orijinalın həm məzmunu, həm də dili oxucu tərəfindən asanlıqla
qəbul edilsin və başa düşülsün. Bu tərcümə üsuluna oxucu
yönümlü
(reader-oriented, reader-centered) tərcümə də deyilir.
Burda məqsəd tərcümənin oxucu tərəfindən daha asan qəbulu və
başa düşülməsidir.
Dostları ilə paylaş: