Keynes (həmin nəzəriyyənin müəllifi olan ingilis iqtisadçısı). Bu
qısa cümlə natiqin fikrini yaxşı çatdırır. Groupies sözünün
konnotasiyalarını vermək çətindir, çünki bu jarqondur və ola
bilsin ki, tərcümə dilində oxşan yoxdur. Buna görə də mütərcim
onun əvəzinə fans, supporters, partisans və s. sözlərdən deməklə
kifayətlənir (Webster:-« giri fan of rock groups or other popular
personalities, who follows them about, often in the hope of
achieving sexual intimacy){43). Beləliklə də, orijinaldakı çalar
itir. Bu hal təəssüf doğursa da, mütərcim ünsiyyət yaratmağa nail
olur.
ikincisi, ana dilindən tərcümə edən mütərcim öz üslubuna fikir
verməlidir, imkanlanndan kənara çıxmamalıdır. Əgər mütərcim
özünə inanırsa və vəziyyətə nəzarət edə bilirsə, onda o, bu
sahədəki ustalığından səmərəli istifadə edə bilər. Ancaq mütərcim
həddini aşmamalıdır, xüsusilə söz mənalarının üslubi çalanna fikir
verməlidir. Çünki səfir diplomat kimi, alim mütəxəssis kimi,
siyasətçi daha ümumi terminlər işlətməklə danışır.
156
Bu tələblər təkcə ana dilindən tərcüməyə deyil, bütün tərcümə
növlərinə aiddir. Ana dilindən tərcümədə mütərcim nə həddindən
artıq təmtəraqlı, nə də həddindən artıq sadə ifadə tərzinə, danışıq
dilinə meyilli olmalıdır.
Düzgün üslubi registri (register-ö variety of social language
at one period, characterized by a particular degree of formality,
emotional tone, difficulty, dialect and social class; occasionally
by other factors such as age and sex){\l) necə seçmək barədə
mütərcimə məsləhət vermək çətindir. Bununla belə, mütərcim
bilməlidir ki, o harda və nəyi tərcümə edəcək, çünki işçi dillərin
üslubi registrləri arasında fərqlər var.
Mütərcim mürəkkəb qrammatik formalar işlətməkdən
yayınmaqla öz işini yüngülləşdirə bilər. Xarici dilə tərcümə
etməyin çətinlikləri ana dilinə tərcümə etməkdən çoxdur. Buna
görə də itki baş verir. İtkini azaltmaq üçün şifahi tərcümədə
istifadə olunan bütün üsullardan, xüsusilə salami üsulundan
istifadə
olunmalıdır.
Salami
cümlələri
qısaltmağa,
sadələşdirməyə, qrammatik səhvlərin qarşısını almağa imkan
verir.
Çoxdilli beynəlxalq forumlarda bəzən bütün nümayəndələr öz
dillərinə və öz dillərindən tərcümə ilə təmin edilmir. Belə halda
işçi dillər siyahısı hazırlanır. Ancaq bu dillərə və bu dillərdən
tərcümə edilir. Məsələn, BMT-də səkkiz işçi dil var, amma bu
təşkilat üzvlərinin sayı qat-qat çoxdur. Belə hallarda kiminsə nitqi
işçi dillərdən birinə, sonra isə həmin tərcümədən (relay) digər
dillərə tərcümə olunur. Bu zaman birinci tərcümə sonrakı tərcümə
üçün məxəz mətn rolunu oynayır. Bu mətn tam aydın, məzmunu
anlaşıqlı və danışıq üslubunda olmalıdır ki, asanlıqla başa
düşülsün. Aydınlıq təkcə məzmunu yox, formanı da əhatə
etməlidir. Forma dedikdə qrammatik forma nəzərdə tutulur.
Düzgün qrammatika və aydın tələffüz təmin edilməlidir ki,
sonrakı tərcüməçi hətta hecalan bir-birindən ayıra bilsin.
Tərcümə zaman baxımından öz orijinalından çox da geri
qalmamalıdır. Əks təqdirdə son tərcümə variantı ilə birinci mə
157
xəz mətn arasında zaman boşluğu əmələ gələr. Buna görə də
mütərcim natiqdən, sonra isə birinci tərcüməçidən geridə qalmağı
minimuma endirməlidir.
Tərcümədən tərcümə edərkən mütərcim öz həmkarlannm
psixologiyasını da yaddan çıxarmamalıdır. Ona görə də təşəkkür
edirəm, cənab sədr! deyib sanki həmkarlanna xəbərdarlıq edir ki,
tərcüməyə başlasınlar. Bundan sonra sakit, mülayim tərzdə
tərcümə edir. Bu da ondan məxəz mətn kimi istifadə edən
həmkarlannda bir inam yaradır.
Məxəz
mətn
rolunu
oynayan
mütərcim
yaddan
çıxarmamalıdır ki, ona qulaq asan və tərcümə edən həmkan hədəf
dili, xüsusilə idiomatika və kultral terminləri yaxşı bilməyə bilər.
Buna görə də relay özü nə həddindən artıq sadə, nə də həddindən
artıq təmtəraqlı bir üslub seçməlidir; dili nə həddindən artıq
idiomatik, nə də idiomatikasız olmalıdır. Məsələn, ingilis
mütərcim fransız dilindən bir cümləni ingilis dilinə belə tərcümə
edir: If we add a further demand, not only will our whole
negotiating position will be thrown out by of kilter, but we risk
being hoist with our own petard {hitler danışıq dilinə məxsus
sözdür, əsasən out of hitler kimi işlənir, petard-partladıcı qurğu,
hoist with one's own petard-öz icad etdiyi silahla özünü
öldürmək: cümlə bütövlükdə.- Daha bir tələb irəli sürsək, onda
danışıqlardakı mövqeyimizi nəinki korlaya bilərik, hətta öz icad
etdiyimiz silahla özümüzü məhv edərik).
Yadda saxlamaq lazımdır ki, zaldakı nümayəndələrin
əksəriyyətinin ana dili oradakı tərcümənin dili deyil, ona görə də
o, ayrı-ayrı dillərin daşıyıcılarına müxtəlif təsir bağışlayacaq.
Mütərcim bunu bildiyindən öz üslubunu həmin dinləyicilərin
anlam və səviyyəsinə uyğunlaşdırmalıdır.
Rileydə işləyən mütərcim tərcümə dilinin dəyişdiyini
həmkarlanna bildirməlidir. Bu da şübhəsiz natiqin dəyişməsi ilə
bağlıdır. Bunu bildirmək üçün mütərcim natiqin hansı dövlətin
nümayəndəsi olduğunu mikrafonda səsləndirir, sonra isə
tərcüməyə başlayır.
158
Ola bilər natiq nitqinin müəyyən hissəsində dili dəyişsin.
Tutaq ki, sənəd ancaq fransız dilində mövcuddur. Rusiya
nümayəndəsi müəyyən şeyləri öz dilində izah edir, fransız mütər-
cim rus dilini bildiyindən bunu tərcümə edir, lakin italyan mü-
tərcim bunu edə bilmir. Bu zaman italyan fransız dilindən
tərcüməni riley kimi götürür.
Sinxron tərcüməçi yaxşı nəticə əldə etmək üçün orijinalın
formasını, hərfi məzmununu dəyişməyə belə hazır olmalı,
tərcüməsini təkcə natiqə yox, zaldakılann hamısına və konfransın
ümumi kontekstinə uyğunlaşdırmağı bacarmalıdır.
Dostları ilə paylaş: |