Tərcümə prosedurları
Prosedur əvəzinə üsul da yaza bilərdik, çünki onun bir mənası
da üsul deməkdir. Ancaq bu iki tərcümə hərəkəti arasında
müəyyən bir fərq var. Belə ki, tərcümə üsullan bütöv mətnlərə,
prosedurlar isə cümlə və daha kiçik dil vahidlərinə şamil edilir.
Beləliklə, tərcümə prosesində nələr baş verir?
Çevirmə (transference - loan word, transcription) zamanı
məxəz dildəki söz hədəf dildəki sözə çevrilir. Transliterasiya da
bura daxildir. Bu prosesdə bir əlifba digərini əvəz edir. Bu yolla
çevirilən söz alınma (loan) adlanır. Məsələn, dacha, de- marche,
samovar və s. Əgər bu söz müəyyən bir millətin mədəniyyəti,
məişəti ilə bağlı isə, onda söz transliterasiya, ya trans- kripsiya
olunur və hədəf dildə mənası verilir. Bu da tərcümə kupleti
(translation couplet) adlanır. Məxəz mətndəki bütün bu cür
əşyalann adı, ixtiralar, qurğu, proses və şairənin adı çox ehtiyatla
çevirilməlidir. Ncologizmlərə yaradıcı münasibət bəsləmək
lazımdır, təxəllüs və ayamalar tərcümə olunmalıdır. Məsələn, /
Pyotr - Peter I, Uzun Həsən - Long Hasan, Qaçaq Nəbi - Nabi, the
outlaw və s.
Tanınmış tərcümələri (recognized) olmadıqda bütün insan
adlan {Papa və bir neçə monarx istisna olmaqla), coğrafi və
topoqrafik, dövri mətbuat (qəzet, jurnal), tərcümə edilməmiş
bədii əsərlər, film, pyes, özəl şirkət və müəssisə, ictimai və milli
qurum, küçə və s. adlan bu yolla çevrilir. Bu üsul yerli, milli
kolorit yaratmağa kömək edir. Bu sadalanan hallarda
transliterasiya (transkripsiya) və tərcümədən sonra hədəf dildə
milli baxımdan tərcümədə üçüncü bir termin, yəni funksional
ek-vi-
173
valent də əlavə oluna bilər, məsələn: Milli Məclis - Milli Mej- lis -
Azerbaijani Parliament.
Yan-milli çalarlı (semi-cultural) sözlərin çevrilməsi də bəzən
problemlər doğurur. Bu sözlər hər xalqın tarixində müəyyən bir
dövrlə, şəxs və s. bağlıdır. Məsələn, romantizm, maarifçilik,
sufizm və s. Bu cür sözlər əvvəlcə tərcümə edilir, sonra isə
funksional ekvivalentlə mötərizədə müşayiət olunur. Bu hal o
qədər davam edir ki, artıq oxucu onu başa düşür və hər dəfə
funksional ekvivalent təkrar olunmur.
Təbiiləşdirmə məxəz dildəki sözün tələffüzünü hədəf dilin
normal tələffüz qaydalanna, sonra isə morfoloji normalanna
uyğunlaşdınr. Məsələn, Edinbourgh - Edinburq, escalation -
eskalasiya, humour-yumor və s.
Kultral ekvivalent üsulunda məxəz mətndəki milli çalarlı söz
hədəf dildə təxmini bir ekvivalent ilə tərcümə olunur, məsələn:
bachelor-bakalavr;
master
of
arts
(in
translation
studies)-tərcümə nəzəriyyəsi üzrə magistr dərəcəsi almış şəxs; He
has an MA degree-Onun magistr dərəcəsi var. Ancaq yadda
saxlamaq lazımdır ki, ingilis dilindəki magister bizim
işlətdiyimiz magistr mənasında işlənmir. İngilis dilində bu söz
arxaikləşib, elmlə məşğul olan adamın adının qarşısında hörmət
əlaməti olaraq titul kimi işlənir. Bu cür sözlər əksərən orijinalı
tam əks etdirmir, lakin məxəz mədəniyyətdən xəbərsiz oxucu və
ya dinləyicidə müəyyən təəssürat yaradır. Məsələn, Azərbaycan
dilində vaxtı ilə çox tez-tez işlənən mədəniyyət və istirahət parkı
termini var idi. Şübhəsiz ki, bunu ingilis dilinə Park of Culture
and Rest kimi tərcümə edirdik. Londonda Hyde Park, Green Park
kimi parklar var. ingilis şəhərlərindəki parklarda da istirahət,
əyləncə, yemək üçün hər cür imkanlar var, ancaq onlar bunu təbii
sayır və ordakı bütün elementləri ada daxil etmirlər. Digər bir
misal: Bakı bulvanm hazırda Milli Park (National Park)
adlandmrlar. Amerika variantında National Park milli qoruq
deməkdir.
174
|