6. Tərcümənin mütərcimə məxsus üslubu olmalıdu'.
7. Tərcümə orijinalın müasiri kimi oxunmalıdır.
8. Tərcümə tərcümənin müasiri kimi oxunmalıdır.
9. Tərcümə orijinalda olmayan nəyisə əlavə edə, orda olan
nəyisə ata bilər.
10. Tərcümə orijinala nə əlavə edə, nə də ordan nəyisə ata
bilər.
11. Nəzm nəsrlə tərcümə olunmalıdır.
12. Nəzm nəzmlə tərcümə olunmalıdır(27).
Bura qədər deyilənlər bu prinsiplərin mahiyyətini
açıqlamağa, ümumiləşdirməyə imkan verir. Bu prinsiplərdə
ümumi cəhət orijinaldakı informasiyanı ötürmək, üslub və ifadə
tərzini saxlamaqdır. Dilin təbii, oxunaqlı, anlaşıqlı olması heç
vaxt mübahisə doğurmur, ancaq bəzi məsələlərdə həmin
prinsiplərin müəllifləri ilə mübahisə etmək mümkündür, məsələn:
orijinalın bütün b.)zlərinin tərcümədə saxlanması, tərcümənin
orijinalın zamanına uyğunlaşdınlması, əlavə və atılmanın
mümkünsüzlüyü və s. bu qəbildəndir.
Dostları ilə paylaş: