Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə84/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   111
language  Science 
-  dilçilik, 
linqvistika 
(dilçilik elmi) 
2. Məxəz  dildəki  qısa  sözbirləşməsi  hədəf  dildə  genişlənir, 
məsələn:  turn-key  project-istismara  tam  hazır  vəziyyətdə  təhvil 
verilən layihə. 
Parafraz (paraphrase) mətndəki müəyyən bir seqmentin izah 
edilməsi,  yaxud  genişləndirilməsidir.  Bu  genişləndirmə  və  izah 
anonim şəkildə apanlır: əsasən zəif, qüsurlu mətnlərdə atılma və 
sətiraltı məna olduqda bu üsuldan istifadə olunur. 
Parafraz  sərbəst  tərcümə  üsulu  kimi  də  başa  düşülə  bilər, 
lakin,  o,  müəyyən  dolaşıq,  anlaşılmaz  cümləni  göstərdiyimiz 
şəkildə tərcümə və izah edərsə, onda o bizim yuxanda dediyimiz 
qaydada işlənir. 
Digər  üsullara  ekvivalentlik  və  adaptasiya  daxildir.  Ekviva- 
lentiik  dedikdə  məxəz  dildəki  sözə  hədəf  dildə  təxmini 
ekvivalentin tapılması nəzərdə tutulur. Bu zaman hər iki mətndə 
oxşar situasiya mövcuddur. Bu üsullardan klişe və digər standart 
ifadə  və  idiomlann  tərcüməsində  istifadə  olunur.  Adaptasiyada 
oxşar  situasiyalarda  kultral  ekvivalent  işlənir,  məsələn:  Bear 
Sir-hörmətli cənab. 
Kupletlər  (couplets).  Kuplet,  triplit,  kvodruplit  {couplet, 
triplet,  qıiardreplet-ikilik,  üçlük,  dördlük)  bir  sözün,  yaxud 
ifadənin tərcüməsi üçün irəlidə adı çəkilən üsullardan ikisi, üçü, 
yaxud  dördünün  eyni  zamanda  istifadə  olunmasıdır.  Kultral 
terminlərin  tərcüməsi  üçün  bu  adi  haldır.  Bu  zaman  çevirmə 
funksional və kultral ekvivalentlə müşayət olunur. 
178 


Kvodruplitdən  ancaq  metalinqval  sözlərin  tərcüməsində 
istifadə olunur. Məsələn,  the nominal-ing  clause  - a participial 
clause  which  occurs  in  the  subject  position.  Nominal-ing 
clause-un  az,  ya  çox  hərfi  tərcüməsindən  fərqli  olaraq,  onu  (a) 
çevirmək (transfer); (b) izah etmək (adjectival clause vasitəsilə, 
yəni indiki zaman feli sifəti ingilis dilində cerundun bir növü kimi 
işlənir); (c) tərcümə yarlığı yaratmaq; (d) hədəf dildə hər- fən və 
funksional tərcümə ilə vermək mümkündür. 
Qeyd,  alavə  və  izahat  (notes,  additions,  glosses).  Məxəz  və 
tərcümə  dilinin  aid  olduğu  mədəniyyətlər  fərqli  olduqda,  mətn 
texniki səciyyə daşıdıqda, məxəz mətnin dili anlaşılmaz olduqda 
qeyd, əlavə və izahatdan istifadə olunur. Ekspressiv mətnlərdə bu 
cür məlumatlar mətndən kənarda verilir. Oxucunun kiçik kultral 
incəlikləri  anlaması,  başa  düşməsi  üçün  mətndə  də  onlara  yer 
verilir.  Məsələn,  Hardan  gəlirsən?  Turaldan  -  where  are  you 
coming  from?  From  Tural.  Tərcümə  dilinin  oxucusu,  xüsusilə 
Bakı oxucusu üçün Tural ya şadlıq sarayıdır, ya da pivə barıdır. 
Ona  görə  də  tərcümə  zamanı  ya  Wedding  Palace,  ya  da  Pub 
mətnə  daxil  edilməlidir.  Vokativ  mətndə  məxəz  mətndəki 
məlumat  izah  edilmir,  yeni  bir  formada  məxəz  mətn-  dəki 
məlumat əvəz edilir, məsələn: you may pay for this TV set under a 
convenient  credit  purchase  scheme  əvəzinə  sadəcə  televizoru 
uzun müddətli kreditə götürə bilərsiniz deyilə bilər. 
Tərcümə  mətnində 
əlavə 
məlumat 
əsasən 
sözün 
tərcüməsindən sonra mötərizədə verilir, sait tax-duz vergisi (duz 
ticarətinə tətbiq edilən vergi); excise -aksiz (içki, siqaret, bəzək 
əşyaları, gön və s. üçün tutulan  vergi). Bu cür izahlar geniş və 
uzun olmamalıdır. Əks təqdirdə oxucu həmin izahatı məxəz mətn 
müəllifinin əlavəsi kimi qəbul edə bilər. 
Əlavə  izahat  səhifənin,  fəslin,  yaxud  kitabın  sonunda  verilə 
bilər. İzah səhifənin sonunda verildikdə izah edilən söz ya haşi- 
yələnməli,  ya  da  nömrələnməlidir  ki,  oxucu  onu  tapmaqda 
çətinlik çəkməsin, izahat fəslin, yaxud kitabın sonunda verildikdə 
179 


də  söz  nömrələnməli,  onun  işləndiyi  səhifə  və  fəsil 
göstərilməlidir. 
Mühüm  ədəbiyyatın  tərcüməsində  mütərcimin  ona 
müqəddimə  və  ya  öz  qeydlərini  yazması  da  geniş  yayılmış 
təcrübədir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin