yığcamlığa can atır. Kommunikativ tərcümə isə sosial
səciyyəlidir, diqqəti mətndəki məlumatın ötürülməsi üzərində
cəmləyir, hər şeyi tərcümə etmir
(under-translates), sadəliyə,
yığcamlığa, aydınlığa çalışır, üslubu təbii və yatımlı
(resourceful)
olur. Semantik tərcümə bütün parametrlərilə öz orijinalına çata
bilməz, səviyyəcə ondan aşağıdır, çünki tərcümə prosesində
koqnitiv və praqmatik itkilər baş verir. Kommunikativ tərcümə
öz orijinalından üstün olur, çünki lazım gəldikdə semantik
tərcümə müəyyən bir şeyi şərh edir
(interprets), kommunikativ
tərcümə isə onu izah edir.
Nəzəri baxımdan kommunikativ tərcümə üsulu heç də mü-
tərcimə semantik tərcümə üsulundan çox sərbəstlik vermir.
Əslində isə belə deyil, çünki kommunikativ tərcümədə mütərcim
xüsusi bir oxucu qrupuna yox, geniş oxucu kütləsinə xidmət edir.
Semantik tərcümədə isə mütərcim bir kəsə, yəni orijinalın
müəllifinə, onun maraqlanna xidmət edir. Elə hallar olur ki,
müəllif mütərcimdən müəyyən bir ifadəni, sözü olduğu kimi,
yaxud onun istədiyi kimi saxlamağı tələb edir.
Ekvivalent təsir
(equivalent effect). Tərcümə nəzəriyyəsində
bəzən belə bir fikrə rast gəlinir: Tərcümənin ən ümdə məqsədi
orijinalın öz oxucusuna göstərdiyi, bağışladığı təsirə bərabər bir
təsirə tərcümədə nail olmaqdır, yəni orijinal öz oxucusuna hansı
təsiri bağışlayırsa, tərcümə də öz oxucusuna eyni təsiri
bağışlamalıdır. Buna bəzən ekvivalent reaksiya
(equivalent
Dostları ilə paylaş: