informativ (informative) funksiyam zahiri
(external) situasiya,
müəyyən bir mövzunun faktlan, dildənkənar gerçəklik, o
cümlədən başqalan tərəfindən söylənilən ideya, yaxud
nəzəriyyələr təşkil edir. İnformativ mətnin standart forması var;
dərslik, texniki hesabat, dövri mətbuatda məqalə, elmi əsər, tezis,
iclas protokolu və s.
Bu cür mətnlər müasir, qeyri-regional, qeyri-sinfi, qeyri-
idiolektal
üslubda
olur.
Onlann
xarakter
əlamətləri
aşağıdakılardır: 1. formal, qeyri-emotiv, elmi əsərlərə məxsus
texniki üslub, xüsusi terminologiya, jarqon, məxsusi leksika,
şəxssiz cümlələr, məchul növ, təşbehsiz dil; 2. neytral üslub,
xüsusi terminlər, birinci şəxsin cəmi, indiki zaman, konseptual
metaforalar; 3. publistik və incəsənətə dair əsərlərə məxsus qeyri-
formal, ilıq üslub, sadə qrammatik struktur, populyar və sadə
leksika; 4. populyar jurnalistikaya xas olan tanış, aydın, qeyri-
texniki üslub,
təəccüb doğuran metaforalar, qısa cümlələr.
Vokativ funksiyanın əsasını oxucu, mətnin ünvanlandığı
auditoriya təşkil edir. Vokativ oxucunu hərəkət etmək,
düşünmək, hiss etmək, müəllifin istədiyi istiqamətdə reaksiya
verməyə sövq edir. Dilin bu funksiyasına konativ
(conative-iradi), instrumental, operativ, praqmatik funksiya da
deyilir. Hazırda vokativ mətnlər bir oxucuya deyil, oxucu
auditoriyasına ünvanlanır. Vokativ mətnlərə müxtəlif təlimatlar,
reklam, təşviqat materiallan, oxucunu inandırmağa yönəlmiş
yazılar (publisistika), populyar bədii ədəbiyyat daxildir.
Sonuncunun
məqsədi
əyləndirmək,
kitab
satışını
stimullaşdırmaqdır.
Bütün vokativ mətnlərdə birinci amil yazıçı və oxucu
auditoriyası arasındakı əlaqədir. Bu da müxtəlif vasitələrlə -
müraciət formalan, bərabərlik ifadə edən sözlər, əmr, xahiş,
inandırma və s. ilə həyata keçirilir.
İkinci amilə görə vokativ mətnlər oxucu üçün anlaşıqlı bir
dildə yazılmalıdır. Tərcümə etməmişdən qabaq məxəz mətnin
linqvistik və kultral səviyyəsi nəzərdən keçirilməli və həmin
səviyyə hədəf mətndəki səviyyəyə uyğunlaşdınimalıdır.
162
Tam ekspressiv, informativ, yaxud vokativ mətn yoxdur. Hər
bir mətndə bu üç funksiyanın hər üçü var, lakin biri digərindən
daha güclüdür. Bununla belə, vokativ və informativ mətnlərdə
ekspressivlik çox azdır. Ancaq ekspressiv mətndə də
informativlik mövcuddur.
Dostları ilə paylaş: