Tələbə: Ülkər Feyzullayeva Qrup: 137.20 Fakültə: Geoloji Kəşfiyyat Fənn: Seysmik Kəşfiyyatı Müəllim: Əhmədov Tofiq MÖVZU:
Səthi Dalğalar
MÖVZU:
Səthi Dalğalar
PLAN
Lyav dalğası Stounli dalğası Boru dalğası Releyin səthi dalğası Səthi dalğalar anlayışı Yer səthi və buna yaxın olan səth boyunca yayılan dalğalara səthi dalğalar deyilir. Bu dalğalar seymik kəşfiyyatda maneedici dalğalar qrupuna aid edilir və adətən partlayışdan sonra, yer səthi boyunca yayılırlar Səthi dalğalar anlayışı Seysmologiyada isə bu dalğalar əsasən faydalı dalğalar hesab olunur. Səthi dalğalar həm həcmi, həm də forma (sürüşmə) deformasiyaları nəticəsində yaranır. Bu dalğalar partlayışdan sonra yer səthi boyunca yayılırlar və laya nüfuz etmirlər. Torpaq hissəcikləri elllipsvari trayektoriya ilə titrəyir və bu titrəyiş səth boyunca digər hissəciklərə ötürülür. Bu dalğaların sürəti eninə dalğaların sürətindən kiçikdir: sərhədsiz elastiki mühitdə yalnız uzununa və eninə dalğalar mövcud ola bilərlər. Zaman keçdikcə, onlar mənbədən bütün istiqamətlərdə böyük məsafələrə yayılırlar və mənbəni əhatə edən mühitin ixtiyari bir nöqtəsində müşahidə oluna bilərlər. Belə dalğalara həcmi dalğalar deyirlər. Əgər müxtəlif elastiki xassələrə malik mühitləri ayıran sərhəd varsa, həcmi dalğalardan başqa digər dalğaların – səthi dalğaların da yaranmasına şərait yaranır. Bu dalğaların əsas xüsusiyyəti burasındadır ki, yalnız onları doğuran səth (sərhəd) yaxınlığında müşahidə olunurlar.
Seysmik kəşfiyyat üçün ən maraqlı səthi dalğa Reley dalğalarıdır ki, onlar bərk mühitin sərbəst səthi üzrə yayılırlar. «Sərbəst» səth anlayışı vakuumla təması nəzərdə tutmasına baxmayaraq, havanın elastiklik sabitləri və sıxlığı süxurların müvafiq parametrlərindən o qədər kiçikdir ki, Yer səthini təqribən sərbəst səth hesab etmək olar. Seysmik kəşfiyyat materiallarını (yazılışlarını) mürəkkəbləşdirən səthi manedicilər əsasən Reley dalğalarından ibarətdirlər X oxunu Yer səthində yerləşdirib, Z oxunu şaquli istiqamətdə aşağıya doğru yönəldək. X oxu boyunca yayılan müstəvi Reley dalğası üçün müvafiq yerdəyişmə potensialları bərabərdir: Reley dalğalarının sürəti eninə dalğaların sürətindən də kiçikdir.
Reley dalğasının sürəti Vr tezlikdən asılı deyildir, bircins mühitin
Reley dalğaları dispersiyaya uğramırlar.
Reley dalğaları kiçik sürətlərə və aşağı tezliklərə malkdirlər, onların spektrlərində iti zirvələr yoxdur, deməli, dalğa uzunluqlarının geniş intervalı ilə xarakterizə olunurlar. Reley dalğalarının nüfuz etmə dərinliyi (şək.2.16,c) müxtəlif tezlik təşkilediciləri üçün geniş hüdudlarda dəyişir və enerjinin ən böyük hissəsi bir-iki dalğa uzunluğuna bərabər dərinlikdə müşahidə olunur. Yer səthinə yaxın, xüsusən KSZ-nin dabanında, elastiklik modulları böyük dəyişikliklərə uğrayırlar, ona görə də Reley dalğalarının sürəti dalğa uzunluğundan asılı olaraq dəyişir, dalğa dispersiya edir və dalğa qatarının forması da dəyişir.
LYAV DALĞASI Zəlzələlərin seysmoqramlarında bəzən Lyav dalğaları müşahidə olunurlar; bu dalğalar Yer səthinə paralel, SH tipli eninə sürüşmələrlə xarakterizə olunurlar. Seysmik kəşfiyyatda tətbiq olunan dalğa mənbələri adətən güclü Lyav dalğaları həyəcanlandırmırlar və buna görə də onlar, bir qayda olaraq, seysmik kəşfiyyatda mühüm rol oynamırlar. Uzununa dalğalarla aparılan seysmik kəşfiyyatda tətbiq olunan yalnız şaquli hərəkətlərin qeydiyyatını aparan qəbuledicilər təbii ki, Lyav dalğalarına reaksiya verməyəcəklər. Bütün bunlara baxmayaraq bəzi hallarda onlar maraq doğururlar (SH dalğalarla kəşfiyyat zamanı manedicilərin formalaşmasında iştirak edirlər). STOUNLİ DALĞASI Stounli dalğaları ümumiləşdirilmiş elə Reley dalğalarına deyirlər ki, onlar iki mühiti ayıran sərhəd boyunca yalnız müəyyən sürətlər daxilində yayılırlar. Stounli dalğası bərk və maye mühitlərin sərhədində həmişə yarana bilər və onun sürəti Reley dalğasının bərk mühitin sərbəst səthindəki sürətindən kiçikdir. Əgər qalınlığı h olan bərk səthi təbəqə digər bərk yarımfəzanı örtürsə, Stounli dalğası yalnız aşağıdakı şərtlər ödənildikdə yarana bilərlər: BORU DALĞALARI Maye ilə dolu quyunun oxu boyunca yayılan dalğalar (boru dalğaları) sürətlərin dərin quyularda öyrənilməsi və həmçinin quyuətrafı süxurların elastiklik xassələri haqqında informaıiya daşıya bilməsi ilə əlaqədar maraq doğururlar. mayenin sıxlığı Ro və həcmi modulu k məlumdursa, boru dalğalarının sürətlərini təyin edib quyuətrafı süxurlar üçün myu-nü hesablamaq olar. ƏDƏBİYYAT: ƏDƏBİYYAT:
Məmmədov P.Z., Əhmədov T.R., Yusubov N.P. Seysmik kəşfiyyat, Bakı, ELM, 2005.