məhz ekvivalent təsirdir. Oxucunun
keep off the grass (qazonu
(çəmənliyi) tapdalamayın), wet paint (oturmayın, yenicə boya
çəkilib) və s. bu kimi ifadələrə reaksiyası tərcümənin uğuru,
yaxud uğursuzluğunun göstəricisidir.
informativ mətnlərdə ancaq cüzi emosional təsir baxımından
ekvivalent təsir arzuolunandır. Məxəz və hədəf mədəniyyətlər
bir-birindən uzaqsa, ekvivalent effektə nail olmaq mümkün deyil,
çünki kultral komponentlər ya kultral baxımdan neytral, yaxud
ümumi
igeneric) xarakterli bir terminlə verilir; hədəf mətnin
məzmunu sadələşir, məxəz mətndəki anlaşılmaz, qaranlıq
məqamlar aydınlaşır. Hədəf mətnin oxucusu da məxəz mətnin
oxucusu kimi əsəri eyni maraqla oxuyur, ancaq təsirlər müxtəlif
olur. Buna baxmayaraq, məxəz mətndəki təsir hədəf mətndə öz
əksini tapmalıdır ki, eyni təsir, ekvivalent təsir əldə edilmiş olsun.
Semantik tərcümədə birinci problem ondan ibarətdir ki, bədii
ədəbiyyatın öz oxucusu var, hər əsər hamı üçün deyil, ikinci
problem isə odur ki, mütərcim oxucunu nəzərdən qaçırmamaq
şərtilə məxəz mətnin təsirini özü duymağa çalışır, onu oxucunun
öhdəsinə buraxmır. Şübhəsiz məxəz mətn ümumbəşəri olduqda
onun effektinin transformasiya dərəcəsi də çox olur, çünki bu
zaman məxəz mətndəki ideyalar bir millətin, bir mədəniyyətin
sərhədlərindən kənara çıxır, məsələn:
to be or not to be, that is the
question-olum, ya ölüm, budur məsələ- yaşamakmı, yoxsa
ölməkmi, mesele bunda-быть, wıu ue быть, вот в чем вопрос.
Çətin ki, mütərcimin transformasiya etmək istədiyi metalinqual
səs effekti hədəf mətnin oxucusuna təsir etsin, çünki məxəz və
hədəf dillərdə müxtəlif səs sistemləri var. Bununla belə, bu səs
effektini kompensə etmək mümkündür. Hər halda burda orijinala
reaksiya kultraldan, yaxud universaldan çox fərdi olacaq.
Bununla belə, məxəz mətn kultral, lokal, zaman və məkan
baxımından hədəf mətndən nə qədər uzaq olsa tərcümədə onun
ekvivalent təsiri o qədər az olacaq.
Ekvivalent təsir o zaman əl
171
iki ən çox işlənən tərcümə üsullanm
{semantik və
kommunikativ) üç mətn kateqoriyasına tətbiq etdikdən sonra belə
nəticəyə gəlmək olar ki, vokativ və informativ mətnlər daha çox
hər- fən, ekspressiv mətnlər isə heç də həmişə hərfən tərcümə edil
mir.
Dostları ilə paylaş: