Mətn təhlili və tərcümə:
MƏXƏZ
mətnin
təhlili amilləri
Mətn üçün kommunikativ funksiya əsas meyardır. Mətnin
Semantik və sintaktik xüsusiyyətləri də məhz bu funksiyadan
asılıdır. Semantik vəhdəti və əlaqəsi, eləcə də lazımi formal və
sintaktik bağlılıq xüsusiyyətləri olan nitq o zaman mətn kimi
qəbul edilir ki, kommunikativ vəzifə yerinə yetirir. Tərcümə
zamanı mütərcimlər çox vaxt görürlər ki, məxəz mətn qüsurludur,
lakin formal kommunikativ funksiya yerinə yetirdiyi üçün
tərcümə olunur. Hər bir şəxs kimi mütərcim bu qüsurlan görməli
və onları həm mətnin dərki, həm də tərcümə prosesində
187
özünün dərketmə qabiliyyəti və ümumi fon bilikləri sayəsində
kompensasiya etməlidir.
Beləliklə, məxəz mətnin kommunikativ funksiyası mətn
təhlili üçün böyük əhəmiyyət daşıyır. Məxəz mətnin
kommunikativ funksiyası kommunikativ situasiya amilləri ilə
reallaşır. Məhz bu situasiyada məxəz mətn öz funksiyasını yerinə
yetirir. Bu amillər ekstratekstual, (mətndənxaric, mətndənkənar)
amillər adlanır ki, onlan intratekstual (mətndaxili) amillərlə
qarşı- qarşıya qoymaq olar, intratekstual amillər birbaşa mətnin
özü ilə bağlıdır. Bura həm də qeyri-verbal elementlər daxildir.
Ekstratekstual amillər mətndə verballaşa bilər. Bu halda biz
meta- kommunikativ nitqdən danışmış oluruq. Ekstratekstual və
intratekstual amillərin qarşılıqlı əlaqəsi aşağıdakı suallarla ifadə
olunmuş formulda öz əksini aydın şəkildə tapır.
Məlumatı ötürən kimdir?
Onu kimə ötürür?
Nə üçün?
Hansı vasitə ilə?
Harda?
Nə vaxt?
Hansı məqsədlə?
Mətnin funksiyası nədir?
Hansı mövzudadır?
Nədən bəhs edir?
Nədən bəhs etmir?
Hansı qaydada və ardıcıllıqla?
Hansı qeyri-verbal elementlərdən istifadə
etməklə?
Hansı sözlərlə?
Hansı növ cümlələrlə?
Hansı tonla?
Necə təsir doğurur?
Bu model 1170-ci ildə Metyu Vendomun bir şerindən
götürülmüş və amerikalı Harold Dvayt Lasvel tərəfindən 1948-ci
188
ildə who says-what-in which channel - to whom - with what effect,
sonra isə 1982-ci ildə Mentrup onu who does - what - when -
where - why - how -for whom - what for - with what effect kimi
formalaşdırmışdır(21:36).
Mətndəki kommunikativ situasiya və ya mətnin özündən asılı
olaraq bu suallar ekstratekstual, yaxud intratekstual təhlil
amillərinə şamil edilə bilər.
Müəllif, yaxud məlumatın ötürücüsü (kim), müəllifin
(ötürücünün) niyyəti (nə üçün), mətnin ünvanlandığı şəxs (kimə),
mətnin hansı yolla ötürülməsi {hansı yolla), harda, nə vaxt
yaranması və qəbulu, motivi (nə üçün) haqqında soruşmaqla
ekstratekstual amillər üzə çıxanlır. Bu yeddi ekstratekstual amil
haqqında məlumat mətnin funksiyasını müəyyənləşdirir.
intratekstual amillər isə nə barədə? nə deyilir? nə deyilmir?
Hansı qayda ilə? hansı qeyri-verbal vasitələrdən istifadə
etməklə? hansı sözlərlə? hansı cümlə formaları ilə? hansı tonla?
Suallanna cavab tapdıqdan sonra təhlil oluna bilər.
Ekstratekstual amillər mətn oxunmamışdan qabaq, sadəcə
olaraq mətnin işləndiyi situasiyanı müşahidə etməklə təhlil oluna
bilər. Bu yolla məlumatı qəbul edən şəxs mətnin intratekstual
xüsusiyyətləri haqqında öz fikrini formalaşdmr, ancaq mətni
oxuyandan sonra öz əvvəlki qənaəti ilə mətnin ona bağışladığı
təsiri müqayisə edir. Buna görə də hansı təsiri bağışlayır? sualı
qlobal səciyyə daşıyır, ekstratekstual və intratekstual amillərin
hamısının bir-birilə əlaqəsini və asılılığını göstərir.
Ünsiyyətin baş verdiyi situasiya tekstual ünsiyyətdən əvvəl
gəldiyi və intratekstual prosedurlan müəyyən etdiyindən, yaxşı
olar ki, əvvəlcə ekstratekstual amillərin təhlili apanisın, hərçənd
analitik addımlann rekursiv, dövri və qaydalılığı bu modelin
konstituentləri deyil. Yazılı ünsiyyət formasında situasiya heç də
həmişə mətn mühiti (yəni ünsiyyət başlığı, bioqrafik məlumat,
müəllifin adı, nəşrin yeri, ili, tirajı və s.) kimi qəbul
189
edilmir. Əgər mətn mühitindən ekstratekstual amillər barədə
məlumat əldə etmək mümkün deyilsə, (məsələn, köhnə
mətnlərdə nəşrin yeri, zamanı bəlli deyilsə, qeyri-müəyyənsə),
re- kursiv qaydada mətnin daxili amilləri bu barədə müəyyən
məlumat verir. Mütərcim bundan mətnin işləndiyi situasiya
haqqında inandıncı məlumat əldə edə bilər.
Bu modeldən istifadə göstərir ki, hər iki proseduradan
birlikdə istifadə olunması modelin rekursiv xarakterini bir daha
təsdiq edir.
Bundan sonra mətnin ekstratekstual ölçüləri nəzərdən
keçirilir, sonra isə tərcüməyönümlü mətn təhlilinin intratekstual
ölçülərinə nəzər yetirilir. Daha sonra nümunələr göstərməklə
bütün amillərin qarşılıqlı əlaqə və asılılığı diaqram şəklində
təqdim olunur.
Bununla belə, tərcümə baxımından mətn təhlilinin hazırki
vəziyyətini göstərmək üçün bu sahədəki mütəxəssislərin
fikirlərinə nəzər yetirmək vacibdir.
Ekstratekstual amillər
Hər şeydən əvvəl, deməliyik ki, tədqiqatçılar incəliklərə
varmasalar da, onların hamısı situasiya amillərini (xüsusilə
müəllif, onun məqsədi, mətnin funksiyası, reseptor) nəzərə
alırlar. Məsələn, bir sıra tədqiqatçılar həmişə mətnin funksiya və
növünə, digərləri müəllif və reseptor arasındakı əlaqə, bu iki
iştirakçının sosial rolu, üçüncü bir qrup isə reseptorun xarakterini
onun praqmatik aspekti ilə məhdudlaşdınr. Kommunikativ
situasiya amilləri (bu sözün dar mənasında onlar ünsiyyətin yeri,
zamanı, bəzən isə motivinə aid olur) əksər hallarda təfərrüatı ilə
araşdınimır, situativ mülahizə kimi qələmə verilir. Bu da adətən
təkcə
məxəz
mətndəki
kommunikativ
situasiyanın
xüsusiyyətlərini yox, həm də müəllif və reseptorun
kommunikativ fonunun xüsusiyyətlərini əhatə edir.
Müəllif və onun niyyəti, məqsədi adətən eyni ölçülüdür.
Kristian Nord onlara ayn-ayn amillər kimi yanaşır. Bu zaman
onlann daxili amillərə təsiri aydın şəkildə özünü büruzə verir.
190
Digər tərəfdən, bir müəllifin yazdığı bir neçə, yaxud bütün
mətnlərdə müəllifin məqsədindən asılı olmayaraq bir sıra oxşar
cəhətlər özünü göstərir. Bu da müəllifin bioqrafiyası, cinsi, yaşı,
coğrafi və sosial mənşəyi, təhsil səviyyəsi və sairdən asılıdır.
Digər tərəfdən, müxtəlif müəlliflər eyni, yaxud oxşar ifadə
vasitələrindən istifadə etməklə mətndə eyni məqsədi ifadə etmək
istəyə bilərlər. Bu tərcümə üçün heç də əhəmiyyətsiz deyil, çünki
əksər hallarda hədəf mətnin reseptoru üçün oxşar cəhətlər
müəllifin məqsədi ilə bağlı xüsusiyyətlərdən daha az əhəmiyyət
kəsb edir, hərçənd ki, onlar tərcüməçi üçün mətni başa düşməyə
daha çox çətinlik törədə bilər.
Müəllifin məqsədini nəzərə almaq vacib olduğu üçün
oxucunun da mətndən nə gözlədiyini nəzərə almağı yaddan
çıxarmaq lazım deyil. Əgər oxucunun mətndən nə gözlədiyi
haqda ekstratekstual məlumat yoxsa, onda deyiləni üzə çıxarmaq
tərcüməçi üçün çətin olur. Məxəz mətndəki kommunikativ
situasiya zaman, məkan, mədəniyyət baxımından hədəf mətndəki
eyni kateqoriyalardan uzaq olduqca tərcümə işi daha da
çətinləşir. Bununla belə, mütərcim məxəz mətn reseptorunun
mətndən nə gözlədiyini təhlil etməyə, açıqlamağa çalışmalıdır,
çünki hədəf mətn reseptorunun gözlədikləri məhz onlann
əsasında formalaşır. Bu iki amili bir-birindən ayn götürmək
olmaz, çünki onlar sıx şəkildə reseptorun şəxsiyyəti ilə bağlıdır.
Dostları ilə paylaş: |