Məlumatın ötürücüsü: Ötürücü və mətn yaradıcısı. Əvvəlki
səhifədə məlumatı ötürənlə mətnin yazarının rollanm
bir-birindən ayırdıq. Bir çox hallarda məlumatı ötürənlə mətnin
yazarı bir şəxsdə təcəssüm etsə də (məsələn, bədii əsərlər,
dərslik, qəzet şərhləri adətən bir müəllifin adı ilə çıxır), tərcümə
yönümlü mətn təhlilində bu fərq özünü aydın şəkildə büruzə
verir.
Bir çox mətnlərdə ümumiyyətlə heç bir müəllifin adı olmur.
Belələri adətən elanlar, qanunlar, nizamnamə, təlimat və sair
praktik məqsəd üçün tərtib edilmiş qeyri-bədii mətnlərdir.
Bununla
belə,
adı
açıqlanmasa
da,
ümumiyyətlə
müəyyənləşdirilə bilən bir şəxs olmalıdır ki, məlumatı ötürsün.
Məsələn, elanda məlumatı ötürən müəyyən əmtəənin satışı ilə
məşğul olan şirkətdir, qanunlarda məlumatı ötürən dövlətin
qanunvericilik orqanıdır. Mətn yazannm adının çəkilməməsi belə
bir nəticə hasil etməyə gətirib çıxarır ki, ya bir şəxs kimi onun bu
mətnə dəxli yoxdur, ya da bir sıra mətnlərdə olduğu kimi, o,
adının açıqlanmasını arzu etmir.
Əgər mətn həm məlumatı ötürənin, həm də yazann adını
daşıyırsa, yazann rolu adətən ikinci dərəcəlidir. Çünki o, Ö
2
iünün
heç bir kommunikativ niyyətini oxucuya təqdim etmir, deməli
mətndəki fikirlər onun deyil.
Mətni ötürən bir şəxs, yaxud təşkilatdır. O, müəyyən bir
məlumatı ötürmək üçün mətndən istifadə edir, mətnin yazan isə
mətni ötürənin göstərişi əsasında, müvafiq dil və mədəniyyət
normaları çərçivəsində mətni tərtib edir. Mətnin formal cəhəti,
yaxud formatı daha аул bir ekspert, bəzi hallarda isə daha аул
şəxslərin köməyi ilə ictimaiyyətə təqdim oluna bilər.
194
Məsələn, Azərbaycanda turistlər üçün bələdçi kitabının
arxasında yazılıb: “Compiled by the Ministry of Culture and
Tourism of the Republic of Azerbaijan. Text: by V.Gasımov”.
Turist məlumat mərkəzi səyyahlara məlumat vermək, şəhərin
görməli yerlərini təqdim etmək məqsədi güdür. Bu mərkəz
mətnin ötürücüsüdür. Mətnin yazan isə Qasımovdur. O, mətnin
üslubi xüsusiyyətləri üçün məsuliyyət daşıyır, mətni ötürənin
niyyəti üçün cavabdeh deyil. Kitabçanın ingilis, rus, Azərbaycan
variantlannda da həmin məlumat verilir. Məlumat mərkəzi mətn
ötürücüsü olsa da, burda mətnləri yazan аул şəxslərdir-
tərcüməçilərdir. Onlann da adı kitabçada göstərilməlidir.
Bu misal göstərir ki, ancaq mətn mühitindən (nəşr, istinad,
biblioqrafiya və s.) mətnin yazan ilə onu ötürən şəxsin eyni adam
olub olmaması bədii ədəbiyyatlli olur. Bir ad varsa, onda həmin
şəxs mətnin yazarıdır.
Məlumatın ötürücüsü haqqında nəyi bilmək lazımdır?
Tərcümə üçün məlumatın ötürücüsü haqqında nəyi bilmək
lazımdır? Bəziləri mətnin formalaşmasına müəllifin təsiri,
digərləri isə müəllifin reseptora və onun sosial rolu ilə əlaqəni,
sosioloji mühitin öyrənilməsini zəruri sayır. Rolu insan yox,
situasiya müəyyən etdiyindən yaxşı olardı ki, müəllifin məqsədi
öyrənilsin. Rol və statusu bir-birindən ayırmaq lazımdır. Zaman,
məkan, mədəniyyət və ünsiyyətin əsas fiınksiyalannın müəyyən
etdiyi çərçivədə tərcümə üçün ən mühüm olanı mesajı ötürənin
niyyəti, reseptorlar qrupunun mədəni zəmini, məkanı, zamanı,
mətn yaratmanın motivi, eləcə də intratekstual xüsusiyyətlər
(özünəməxsusluq, regional və sosial dialekt, zamanla bağlı
xüsusiyyətlər, biliklər) haqqında məlumatdır.
Məsələn: a) əgər mətn İspanca yazılıbsa, onda müəllifin
İspaniya, yaxud latın amerikasından olduğunu bilmək vacibdir,
çünki Avropa və Latın Amerikası ispanlanmn dilində mənaca
bir-birindən fərqlənən çoxlu sözlər var. Latın Amerikasından
olan ən tanınmış yazıçılar belə İspan qəzetində ispanlar üçün
yazırlarsa, şübhəsiz ki, amerikanizmlərdən istifadə edirlər, b)
195
İspaniyada nəşr olunan Kuba hekayələrində “Kubanizmlər”
ispanlar üçün çıxışda şərh olunur. Bunlan başa düşmək tərcüməçi
üçün vacibdir. Bunsuz nə tərcümə etmək, nə də orijinalın
effektini yaratmaq mümkündür.
Dostları ilə paylaş: |