Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə99/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   111
vasitə ilə (medium) ötürüləcək, yaxud reseptorun yönümü). Başqa 
xüsusiyyətlər  də  var,  onlan  sosial  normalar  (məsələn,  mətnin 
növü,  standart  Janrlar  və  s.)  diktə  edir.  Buna  görə  də  təhlil 
zamanı mütərcim daim artıq təhlil olunmuş amillərə qayıtmalıdır 
{rekursivlik  prinsip).  Nəhayət,  bir  xüsusiyyət  də  var  ki,  o  da 
alternativ ifadə vasitələrindən birini seçən mesaj 
211 


ötürücüsündən asılıdır.  Bu onun reseptora müəyyən təsir etmək 
niyyətidir. 
Üslub  mətndə  əsasən  leksik  elementlərlə  ötürülən  semantik 
informasiya  səviyyəsində  təhlil  olunmalıdır.  Bu  o  deməkdir  ki, 
ardıcıllıq  (coherence)  və  əlaqənin  (cohesion-koqeziya)  qlobal 
funksiyalarını  daxil  etməklə  aydın  olmayan,  dolaşıq  mətn 
elementləri  və  strukturlan  (verbal  və  qeyri-verbal  şəklində 
olanlar) asanlıqla aydınlaşdınla bilər. Bu yolla predmet (sub- ject 
matter),  məzmun  və  bilinəcəyi  güman  edilən  məlumat 
(presupposition) kateqoriyaları semantik informasiya daşıyıcısına 
çevrilir. 
Kompozisiya,  qeyri-verbal  elementlər,  leksika,  cümlə 
strukturu  və  superseqmental  xüsusiyyətlər  mətnin  formasının 
üslubi aspektinə aiddir. Buna görə üslub məfhumunun özünün də 
izahata ehtiyacı var. 
Mətnin  üslubu  informasiyanın  reseptora  hansı  tərzdə 
ötürülməsi  deməkdir.  Üslub  termini  burda  qiymətləndirici 
(evaluative)  mənada  işlənmir  (qiymətləndirici  mənada  gözəl, 
aydın üslub kimi işlədilir). Bizim anlamımızda bu termin üslubi, 
yaxud  ədəbi  normadan  kənara  çıxmaq  mənasında  da  işlənmir. 
Çünki  elə  olduqda  belə  çıxar  ki,  üslubdan  məhrum,  üslub-  suz 
mətnlər də var. Elə üslubi dəyərlər var ki, onlar normadan kənara 
çıxmaq nəticəsində yaranmır. 
Bizim  anlamımızda  üslub  təsviri  xarakter  daşıyır,  mətnin 
formal xarakteristikasına aiddir. Bu da norma və yazann niyyəti 
ilə  müəyyənləşir.  Hər  iki  halda  mətnin  üslubu  onun  yazan  və 
niyyəti haqqında nəsə deyir. Yazar reseptora mətnin necə və hansı 
funksiyada qəbul edilməsi barədə əvvəlcədən müəyyən siqnallar 
ötürür. Üslubi siqnalı, yaxud işarəni başa düşmək üçün reseptor 
da  yazar  kimi  üslubi  elementlər  və  onlann  işlənmə  funksiyalan 
barədə müəyyən biliyə malik olmalıdır. Bu bilik reseptorun mətn 
haqqında  biliyinin  bir  hissəsidir,  mətndəki  üslub  yazann 
niyyətini,  münasibətini  duymağa  imkan  verir.  Bu,  ona  görə 
belədir ki, bir çox ünsiyyət formaları, aktlan stan 
212 


dartlaşıb,  yazarlar  məhz  bu  standartlardan  birini  seçirlər.  Adi 
ünsiyyətdə üslubi elementlər haqqında intuitiv, qeyri-şüuri və ya 
passiv  bilik  mətni  dərk  etməyə  imkan  verir.  Ancaq  yazar  və 
tərcüməçinin hər ikisi bu ifadə tərzlərini məxəz və hədəf dillərdə 
aktiv  şəkildə  bilməsələr,  onlar  məxəz  mətndə  həmin  üslubi 
elementlərin  funksiyasını  təhlil  edə  bilməz,  hədəf  dildə  ona 
münasib variant seçmək, onu dəyişmək, adaptə etmək mümkün 
olmaz. 
Hazırda  işlənən  üslubi  priyomlann  böyük  bir  hissəsi  aktiv 
ritorikadan  və  müxtəlif  mədəniyyətlərdən  iqtibas  olunmuşdur. 
Düzdür, onlann aralannda müəyyən fərqlər də mövcuddur. 
Predmet  {subject  matter).  Mətnin  tərcümə  yönümlü  təhlili 
zamanı onun predmeti böyük əhəmiyyət daşıyır. Bəziləri mətnin 
predmeti və məzmununa belə bir sual verirlər: Yazar nə barədə 
danışır? Bu sual mətnin bədii tərtibatının mətnə əlavə etdiyi əlavə 
potensial əhəmiyyətini də əhatə edir. Reys (21) yazır ki, mətnin 
əsl predmeti metafora və təşbeh kimi üslubi vasitələrdə gizlənmiş 
ola bilər. 
Uils  (Wills)  mətnin  predmetini  praqmatik  kimi  təsnif  edir, 
lakin onu axıra qədər başa çatdırmır. Predmeti bir leytmotiv, əsas 
tema  {central  theme)  kimi  təsvir  etməklə  mətndəki  əlaqə 
vasitələrini  təhlil  edir.  Bununla  da  o,  intratekstual  amillərə 
əsaslanır  və  onlardan  çıxış  edir.  Kartcllieri  isə  mətnin  predme- 
tinin sosial aspektinə toxunur. 
Reysdən  fərqli  olaraq  Tiel  mətnin  predmetini  necə 
müəyyənləşdirmək  problemi  ilə  məşğul  olur.  O  göstərir  ki,  bir 
sıra  mətn  növlərinin  standart  forması  var,  onlann  predmeti 
sərlövhədə, yaxud hardasa bir yerdə göstərilir. 
Mətnin  predmetinin  təhlili  tərcüməçi  üçün  bir  neçə  səbəbə 
görə vacibdir: 
1. Əgər bir predmet mətndə dominantlıq təşkil edirsə, onda bu 
predmet məntiqi cəhətdən ardıcıllıqla qurulmuş bir mətndir. Əgər 
mətndə  bir  neçə  predmetdən  danışılırsa,  onda  söhbət  mətn 
kombinasiyasından, kombinə olunmuş mətndən (text 
213 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin