Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə101/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   111
şirkətdə  Ford  şirkətinin  payını  artırmaq  imkanı  yoxdur.  Yapon 
şirkətinin yeni səhmlər buraxmaqla fondu artırmaq planı yoxdur 
(International Herald Tribune, January 9, 1990). 
Əgər  mətnin  predmeti  sərlövhədə,  yaxud  sərlövhə 
kontekstində verilmirsə, onda mətn xülasələşdirilir və bu xülasə 
mətnin predmetini təşkil edir. Mətni sıxmaq və xülasələşdirmək 
heç  də  hər  zaman  bütün  mətnlərdə  əsl  predmeti  üzə  çıxarmağa 
imkan  vermir,  çünki  bəzi  hallarda  yalançı,  saxta  predmetin 
qabaqda  gəlməsi  buna  imkan  vermir.  Belə  olduqda  digər 
intratekstual 
215 


amillər  {xüsusilə  mətnin  leksikası)  tədqiq  olunmalıdır.  Bu  çox 
asanlıqla mətnin predmetini üzə çıxarmağa imkan verər. 
Leksik  vahidlər  səviyyəsində  mətnin  predmetinin  təhlilində 
başlıca  məfhum  izotopiyada  olduğu  kimidir.  Mətndəki  sözlər 
semalardan ibarətdir. Bu semalar, izotoplarda olduğu kimi, mətn 
boyu  bir-biri  ilə  əlaqələnir  və  mətn  boyu  bir  izotopik  zəncir 
yaradır. Semalann bu cür bir-birilə bağlantısına izotopik səviyyə 
deyilir.  Bu  bağlantı  mətnin  predmetini  müəyyən  edir.  Mətndə 
müxtəlif  izotopik  səviyyələr  ola  bilər.  Onlar  bir-birini 
tamamlaya, ya da ierarxiya qaydasında bir-birinə tabe ola bilər. 
Mətnin  predmetini  tematik  məfhumlan  bir-birindən 
ayırmaqla,  onlann  mətndəki  distribusiyası  və  sıxlığını 
öyrənməklə də müəyyənləşdirmək olar. 
İzotopik  strukturlar  bir  semantik  əlaqələr  şəbəkəsi  yaradır, 
onlar  mətndəki  əlaqə  və  ardıcıllığı  nümayiş  etdirir.  Bəzi 
tədqiqatçılara  görə  izotopiya  invariantlığı  izomorfıya  adlanır. 
Onlar təklif edirlər ki, tərcümədə ənənəvi ekvivalentlik anlayışı 
izotopiya invariantlığı ilə əvəzlənsin(21). 
Mətnin predmetinin müəyyən edilməsində dili bilməyin rolu. 
Mətndəki əlaqələri (coherence) öyrənmək heç də həmişə mətnin 
predmetini  müəyyənləşdirmək  üçün  kifayət  deyil.  Coherence 
mətnin elementləri arasındakı əlaqələri izah etsə də, mətnlə onun 
aid olduğu ekstralinqvistik reallıq arasındakı əlaqələri izah etmir. 
Mətndə verballaşmış məlumatı ümumi, yaxud xüsusi bir reallığın 
təzahürü ilə əlaqələndirməklə mətni anlamaq mümkündür. Əgər 
mətnin  oxucusu  onu  başa  düşmək  istəyirsə,  o,  mətndə  verilən 
yeni 
məlumatla 
özünün 
yaddaşmdakı 
fon 
biliyini 
əlaqələndirməlidir. 
Bu necə baş verir? Şemer oxucunun mətni başa düşməsi üçün 
dörd  əsas  amil  göstərir:  a)  yazar  ilə  reseptorun  bilik  səviyyəsi, 
yəni  onların  yaddaşında  toplanmış  bilik;  b)  dil  bilgisi,  yəni 
onlann dili bilmə dərəcəsi; 
c)  kommunikativ  situasiya,  yəni  ünsiyyətin  baş  verdiyi 
situasiya (zaman, məkan və s.), bu situasiya yazar və reseptor tə 
216 


rəfindən  eyni  cür  dərk  edilməlidir;  d)  kontekst,  yəni  haqqında 
danışılan elementin işləndiyi dil mühiti, dil konteksti(21). 
Dil  bilgisi  və  dili  bilmək  səviyyəsi  mətni  anlamağa  necə 
kömək edir? Bunu aşağıdakı misalla nümayiş etdirmək olar: 
A man comes  to Vienna  on  business  for  the first  time in  his 
life, and in the evening he wants to go to see a play at the famous 
Burg Theatre. So he asks the lady in the booking office: '"What is 
on tonight?” And she answers: '‘Twelfth Night or what you will”. 
"Oh well, ” says he, 1 would prefer "The Blue Danube". 
Aldığı  məlumatı  başa  düşməsi  üçün  həmin  şəxsin  kifayət 
qədər dil bilgisi var. Ancaq onun yaddaşında belə bir bilik yoxdur 
ki,  “On  ikinci  gecə,  yaxud  hər  nə  istəyirsiniz”  Şekspirin  bir 
pyesinin  adıdır.  O,  həm  də  başa  düşmür  ki,  teatnn  repertuarını 
tamaşaçının müəyyən etmədiyini, onu da bilmir ki, Burq Teatrı 
operettalar  oynanılan  teatr  olmadığını  bilmir.  Mavi  Dunay  isə 
operettadır. 
Oxucu  dil  bilgisi  vasitəsilə  mətnin  leksik  və  sintaktik 
elementlərindən əldə etdiyi məlumatı yaddaşmdakı fon biliyi ilə 
birləşdirməklə mətnin məzmununu başa düşür. O, mətndəki yeni 
məlumatla öz empirik biliyinin bir hissəsi olan məlumat arasında 
analoqiya yaradır. Metafora və təşbehlər bu prosesə kömək edir. 
Beləliklə, yeni məlumatı mövcud biliklə birləşdirmək prinsipini 
həm bədii, həm də elmi mətnlərə tətbiq etmək olar. 
Bu  mülahizələrin  mütərcim  üçün  xüsusi  əhəmiyyəti  var. 
Çünki  fon bilikləri arasındakı fərqlər təkcə fərdi özəlliklə bağlı 
deyil,  o  həm  də  mədəniyyətlərdən  asılıdır.  Şemerin  (21) 
göstərdiyi  kimi,  mütərcim heç vaxt  maraqlı olmayan tərəf kimi 
çıxış edə bilməz; öz dünya biliyi sayəsində intuitiv şəkildə mətni 
başa  düşəndən  sonra  öz  intuitiv  dərkinə  intellektual  bir  haqq 
qazandırmağa çalışır. 
Məxəz mətni tərcümə edərkən onu anlamağa çətinlik törədən 
amillərdən  biri  mütərcimin  adekvat  dil  bilgisinə  malik 
olmamasıdır. 
217 


Məzmun.  Torcüməyönümlü  mətnlərin  müxtəlif  səpgili 
təhlilində indiyədək mətnin məzmununun təhlilinə kifayət qədər 
diqqət  yetirilməyib.  Məzmun,  məna,  anlam  {content,  meaning, 
sense)  anlayışlan  hələ  də  tam  anlaşılmaz  qalmaqdadır.  Mətnin 
məzmununun nədən ibarət olduğu haqqında çox az mülahizələr 
var. Məzmunun təhlili leksik vahidlər səviyyəsi ilə məhdudlaş- 
dınrlar.  Bu  haqda  xülasələrdə  müəyyən  məlumat  verilir,  ya  da 
mətn parafraz olunur. 
Tərcüməçi  məxəz  dili  yaxşı  bildikdə,  mətn  yaradıcılığı 
prinsipləri  və  normaları  ilə  tanış  olduqda,  mətnin  məzmununu 
müəyyənləşdirməkdə çətinlik çəkmir. Hətta belə olduqda da bu 
intuitiv anlamanı yoxlamaqdan ötrü bir neçə vasitəyə yiyələnmək 
yaxşı  olar.  Tərcüməçi  hazırlığı  üçün  bu  sahədə  müəyyən  töv- 
siyyələrin olması gərəkdir. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin