Parafraz məzmunun təhlili proseduru kimi Məzmun dedikdə
mətnin ekstralinqvistik reallıqdakı əşya və hadisələrə aidiyyəti,
əlaqəsi başa düşülür. Bunlar da real olduğu kimi uydurma bir
aləm də ola bilər. Bu əlaqə mətndə işlənən leksik və qrammatik
strukturlardakı {söz və ifadələr, cümlə növləri, zaman, növ və s.)
semantik informasiya vasitəsilə ifadə olunur. Bu strukturlar
bir-birini
tamamlayır,
bir-birindəki
qeyri-dəqiqliyi,
anlaşılmazlığı azaldır və birlikdə ardıcıl, əlaqəli bir kontekst
yaradır.
Buna görə də məzmunun təhlili tekst elementlərinin daşıdığı
informasiyadan başlanmalıdır. Bu tekst elementləri mətnin
səthində məntiqi bağlama, tema-rema münasibətləri, funksional
cümlə prespektivləri və s. mətn-linqvistik bağlama vasitələri ilə
bir-birinə bağlanır.
Bu mərhələdə kommunikativ situasiyanın zahiri təhlili
tamamlandığından ekstratekstual bilik süzgəcində olduğu kimi
mətnin mənasının nədən ibarət olduğu müəyyənləşir.
Sintaktik və semantik cəhətdən mürəkkəb mətnlərin
məzmununu təhlil edərkən mətndəki informasiyanın qəbulunu
sadə parafraz yolu asanlaşdırmaq, cümlələri sadələşdirmək olar.
218
Mətndə hər şey verbal şəkildə əks olunduğundan cümlələr
arasındakı məntiqi ardıcıllıq saxlanılmalıdır. Bu tərcüməçiyə
bilindiyi güman edilənləri və mətndəki qüsurlan müəyyən etməyə
imkan verir.
Parafraz
ehtiyatla
apanimalıdır.
Parafraz
olunmuş
informasiya formaca orijinala oxşamayan yeni bir mətndir.
Parafraz mürəkkəb cümlələri sadələşdirmək üçün apanlır. Leksik
paraf- razda konnotasiya da saxlanmalıdır.
Bağlama vasitələri (coherence). Mətndəki apafora, katafo- ra
(the use of an expression whiclı refers to or stands for a later
Word, or group of words)^ parafraz (eyni məzmunun ayrı
formada verilməsi), əvəzetmə, təkrar və s. məzmunun təhlili üçün
istifadə edilə bilər. Müxtəlif dillərdə bağlama vasitələri
bir-birindən fərqli ola bilər.
Konnotasiya, Mətndə verballaşan informasiyaya təkcə de-
notativ məna yox, konnotativ məna da daxildir. Konnotativ
mənaya ikinci dərəcəli məna da deyilir. Konnotasiya üslub
sahəsidir və üslubi dəyərlərlə əlaqəli öyrənilməlidir.
Daxili situasiya. Mətndəki məlumat reallığı əks etdirirsə,
həmin məlumat “faktual”, uydurma səciyyəlisə onda fıksional
(uydurma) adlanır.
Bilinəcəyi
öncədən
təxmin
edilən
informasiya
(presupposition). Mətndə reseptor tərəfindən bilinəcəyi öncədən
təxmin edilən informasiya {presupposition) nədir? Bu kateqoriya
haqqında birmənalı danışmaq mümkün deyil, çünki mətni
oxuyacaq müxtəlif reseptorlarla bağlıdır. Mətnin yazan
özlüyündə belə hesab edir ki, reseptor müəyyən bir şeyi bilir,
amma həqiqətdə elə alınır ki, hamı hər şeyi eyni dərəcədə bilmir.
Bilinəcəyi öncədən təxmin edilən informasiya reseptorun dünya
bilgisinə daxildir.
Çoxsözlülük. Əgər informasiya mətndə bir neçə dəfə verbal- 1
aşırsa, təkrarlanırsa, {izahat, təkrar, parafraz, xülasə, tavtalo-
giya və s.) onda biz çoxsözlülükdən {redundancy), yaxud situa-
tiv (situational) çoxsözlülükdən danışmış oluruq.
219
Mətnin kompozisiyası, Tiel (21) göstərir ki, mətnin
özünəməxsus informasional makrostrukturu {informasiya
vahidlərinin kompozisiyası və sırası) var. Bu makrostruktura bir
neçə mikrostrukturdan ibarətdir. Makrostrukturu təşkil edən
seqmentlər zamanlann davamlılığı, yaxud bitməsi ilə seçilir.
Mətnin makro və mikrostrukturlarının tərcüməyönümlü
təhlili üçün bir neçə mühüm səbəbi var:
1) Əgər mətn fərqli situasiyah müxtəlif mətn seqmentlərindən
ibarətdirsə, funksiyalarına uyğun olaraq bu mətnlər müxtəlif
tərcümə strategiyalan tələb edəcəkdir.
2) Mətnin başlanğıcı və sonu onun dərkində və şərhində
mühüm rol oynayır. Buna görə də bu hissələr təfərrüatı ilə
incələnməlidir ki, mətnin dərki, qəbulu və effekti məlum olsun.
3) Makro və mikrostrukturlarına görə yazıldığı dildən asılı
olmayaraq müəyyən mətn növlərinin standart fonrıalan olur. Bu
səbəbdən də mətnin kompozisiyasının təhlili mətnin növü və
onun funksiyası haqqında dəyərli məlumat verə bilər.
4) Çox mürəkkəb və əlaqəsiz mətndəki informasional mik-
rostrukturlann təhlili mətndəki əsas məlumatın nədən ibarət
olması, yaxud mətnin predmeti haqqında məlumatı əldə etməyə
imkan verər.
Məxəz mətn daha böyük bir mətnin bir hissəsi ola bilər.
Məsələn, antalogiyalardakı mətnlər böyük bir mətnin hissələridir.
Onlar bir mövzu ətrafında birləşir və daha böyük bir mətni təşkil
edir. Bu mətnlər ayn-ayn tərcüməçilər tərəfindən də çevrilə bilər.
Makrostruktura. A says (to B) (A B-yə deyir) tipli metakom-
munikativ cümlələr bütöv bir mətnin başlanğıcından xəbər verə
bilər. Bu siqnal ünsiyyətin müxtəlif səviyyələrini bir-birindən
ayınr. Tərcüməçi üçün bu çox vacibdir, çünki hər ünsiyyət
səviyyəsi özünün situasional təhlilini tələb edə bilər. Makrostruk-
turun təhlilində əsas məsələ mətndə submətn və daxili mətnlərin
{sııb-text, in-text) olub-olmadığını müəyyənləşdinnəkdir.
220
Mətndaxili mətnlərə çıxışlar, sitatlar, misallar daxildir. Mü-
tərcimin
vəzifəsi
mətndə
onlann
funksiyasını
müəyyənləşdirməkdir.
Mikrostruktura, Həm makro, həm də mikrostrukturda formal
və semantik (funksional) strukturları bir-birindən fərqləndirmək
lazımdır. Əgər mətndə ən yüksək səviyyə metakommu- nikasiya
isə; ikinci səviyyə makrostruktur vahidlər, fəsillər, abzaslar
(formal struktur), mətnin başlanğıcı, sonudur (funksional
struktur); üçüncü səviyyə isə sadə və mürəkkəb cümlələrdən
(formal struktur) ibarətdir.
Qeyri-verbal elementlər. Qeyri-verbal elementlərə üzbəsurət
(Jace to face) ünsiyyət zamanı istifadə olunan paralinqvistik
elementlər {mimika, jesthr, səsin (onu və s.) daxildir. Yazılı
ünsiyyətdə isə bu elementlərə foto, illüstrasiya, emblem, xüsusi
şriftlər daxildir. Durğu işarələri, böyük hərflə, kursivlə, qara
şriftlə yazılmalar supraseqmental xüsusiyyətləri təşkil edir.
Beləliklə, mətnin ekstratekstual amillərinə mətnin yazan
(ötürücüsü), niyyəti, reseptor, medium (ötürmə vasitəsi), zaman,
məkan, motiv, mətn funksiyası; intratekstual amillərinə isə
mətnin məzmunu, predmeti, bilinəcəyi təxmin edilən bilgi,
kommunikasiya,
qeyri-verbal
elementlər,
üslubi-mətn
elementləri (leksika, cümlə tipləri, supraseqmental xüsusiyyətlər)
daxildir.
Dostları ilə paylaş: |