Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə105/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   111
dinamik  ekvivalentlik)  arasında  bir  sıra  üst-üstə  düşən,  bədii 
tərcümə  normalarının  müxtəlif  cür  qəbul  oluna  bilən  cəhətləri 
var. Son illərdə dinamik ekvivalentliyə əsaslanan tərcüməyə daha 
çox  yer  və  qiymət  verilir.  Naşir  və  peşəkar  tərcüməçilərin 
fikirlərindən tam bəlli olur ki, dinamik ekvivalentliyə doğru meyl 
həddindən artıqdır. 
İstər  formal,  istərsə  do  dinamik  ekvivalentdən  bəhs  etdikdə 
məlumatın ötürülməsi üçün istifadə edilən kodlar arasında dil və 
mədəniyyət  yaxınlığı  ilə  müəyyən  edilən  üç  cür  əlaqəni  yadda 
saxlamaq  lazımdır.  Çox  vaxt  tərcümə  bir-birinə  nisbətən  yaxın 
dillərdən  və  mədəniyyətlərdən  edilir.  Məsələn,  türk  dilindən 
Azərbaycana,  yaxud  ukrayna  dilindən  ruscaya.  Digər  tərəfdən, 
dillər  və  mədəniyyətlər  bir-birindən  çox  uzaq  ola  bilər.  Misal 
üçün, çin dilindən Azərbaycan dilinə, yaponcadan fars dilinə olan 
tərcümələr.  Bu  dillər  müxtəlif  dillər  ailəsinə  daxildir.  Bəzi 
hallarda dil fərqlərindən başqa, mədəniyyət fərqləri də tamamilə 
müxtəlif  olur.  Məsələn,  ingilis  dilindən  Azərbaycana,  koreya 
dilindən özbək dilinə tərcümələrdə bu amil özünü aydın şəkildə 
büruzə verə bilər. 
Məxəz  və  tərcümə  kodları  arasında  dil  və  mədəniyyət 
yaxınlığı çox olduqda tərcümədə ciddi problemlər yaranmır. 
227 


Lakin dillər lap yaxın olduqda oxşarlıqlar çox vaxt mütərci- mi 
aldadır vo nəticədə zəif tərcümə alınır. Məsələn, pəzəvəng sözünə 
düqqət yetirək: Azərbaycan dilində yekəpər, nataraz, sağlam, iri 
gövdəlidirsə, ingilis dilində pimpj procurer, fancy man, bastard, 
son  of  a  bitch,  scoundrel,  türk  dilində  sutener,  aradüzəldən, 
zinakar,  yaramaz,  qəddar,  itoğlu,  rus  dilində  сводник,  подлец, 
мерзавец, негодяй-д\х. Ən ciddi təhlükələrdən biri mütərcimin 
yalançı  dostları  sayılan,  alınma,  yaxud  eyni  kökdən  (dil 
qrupundan)  olan  sözlərdir.  Bu  sözlər  çox  vaxt  ilk  baxışda 
ekvivalent  təsiri  bağışlayır,  amma  həmişə  belə  olmur.  İngilis 
dilindəki  to  demand  (tələb  etmək)  sözü  ilə  fransız  dilindəki 
demander.(sormamaq, xahiş etmək), ingiliscə to ignore (etinasız 
yanaşmaq, saya salmamaq) ilə ispanca ignorai', ingiliscə virtue 
(yaxşılıq, comərdlik) ilə latınca virtus (kişilik), ingiliscə deacon 
(aşağı  dərəcəli  keşiş)  ilə  yunanca  diakonos  (xidmətçi,  Allaha 
ibadət edən) sözləri buna misal ola bilər. 
Mədəniyyətlər  yaxın,  dillər  uzaq  olduqda  mütərcim  çoxlu 
formal  dəyişikliklər  edir.  Bununla  belə,  mədəniyyətlərdəki 
oxşarlıq  belə  məqamlarda  mütərcümə  mətnin  məzmununda 
paralellər  axtarıb  tapmağa  imkan  verir.  Halbuki,  dillər  və 
mədəniyyətlər  tam  fərqli  olduqda  bu  cür  paralellər  aparmaq 
imkanı olmur. Əslində mədəniyyətlərdəki fərqlər mütərcim üçün 
dil fərqlərindən daha çox çətinlik yaradır. 
Tərcümə  haqqında,  onun  tərifi  haqqında  fikirlər  saysız- 
hesabsızdır.  Müxtəlif  fikirlərin  olması  təbiidir,  çünki  tərcümə 
edilən materialların müxtəlifliyi, tərcümənin məqsədi, oxucunun 
ehtiyacı  onun özündə bu haqda müxtəlif fikirlərin  yaranmasına 
gətirib çıxır. Bundan əlavə, canlı dillər daim dəyişir, inkişaf edir
üslubi qaydalarda müəyyən mo- difikasiyalar baş verir. Müəyyən 
bir  dövrdə  məqbul  sayılan  tərcümə  vaxt  keçdikcə  dəyərdən 
düşür, qeyri-məqbul hesab edilir. 
228 


Torcümo  haqqında  bir  sıra  mühüm  və  nisbətən  anlaşıqlı 
təriflər deyilmişdir. Prokazka (37) mütərcimdən tələb edir ki, (1) 
o,  məxəz  mətnin  sözünün  mənasını  və  üslubi  məziyyətlərini 
anlasın,  (2)  dillər  arasında  struktur  fərqləri  anlaya  bilsin,  (3) 
üslubi priyomların tərcümədə analoqunu yarada bilsin. 
Şer tərcüməsindən bəhs edən Cekson Metyuz (37) yazır: “Bir 
şey  aydındır  ki,  bir  şeri  bütövlükdə  tərcümə  etmək  yeni  şer 
yazmaqdır.  Həmin  tərcümə  bütövlükdə  orijinalın  məzmununa 
sadiq, onun formasına təxminən yaxın olacaq, lakin bu şerin öz 
həyatı,  öz  səsi  olacaq  ki,  bu  da  orijinal  müəllifinin  yox, 
mütərcimin  səsi  olacaq”.  Riçmond  Lattimer  (37)  də  şer 
tərcüməsindən  bəhs  edərək  yunan  poeziyasının  ingilis  dilinə 
tərcüməsindən  danışır.  O  göstərir  ki,  yunan  şerini  ingilis  dilinə 
tərcümə  etmək  ingilis  dilində  yeni  şer  yazmaq  deməkdir.  Əgər 
onun yunan dilindən tərcümə olduğu göstərilmirsə, heç kos onun 
tərcümə olduğuna inanmaz. 
Tərcüməyə  verilən  təriflərin  hamısında  bu  işin  çətinliyinə 
toxunulur. Xüsusilə şer tərcüməsində forma ilə məzmun, formal 
və dinamik ekvivalentlər arasında münasibətlər həmişə mübahisə 
doğurur. Bununla belə, ümumi fikir bundan ibarətdir ki, məxəz 
mətnin formal cəhətinə aludəçilik onun ruhunu öldürür. Götenin 
şerlərinin tərcüməsinə həsr olunmuş məqaləsində U. Kuper yazır: 
“Əgər orijinalın dilində tərcümə üçün çətinlik doğuran söz və söz 
birləşmələri varsa və onlar hədəf dildə anlaşılmazlıq doğurursa, 
onda şerin ruhuna uyğun olaraq ona hədəf dildə anlaşılmazlıq və 
namü-  nasiblikdən  uzaq  bir  don  geyindirmək  lazımdır.  Bu  cür 
tərcümə  bir  mədəniyyətdən  digər  bir  mədəniyyətə  torcümo 
adlanır” (37). 
Etiraf etmək lazımdır ki, şer tərcüməsində bir sıra problemlər 
var,  çünki  şerdəki  ifadə  tərzi  (ritm,  vəzn,  assonans  və  s.)  onun 
ruhunu  tərcümədə  vermək  üçün  vacibdir.  Nəzm,  yaxud 
nəsrliyindən asılı olmayaraq, bütün tərcümə növlərində oxucunun 
onu necə qəbul edəcəyini nəzərə almaq la 
229 


zımdır.  Çünki  hər  hansı  bir  tərcüməni  qiymətləndirdikdə  əsas 
amil tərcümənin oxucuya bağışladığı təsirdir. Leonard Forsterin 
tərcüməyə  verdiyi  tərifdə  deyilir:  “Yaxşı  tərcümə  o  tərcümədir 
ki,  yeni  bir  dildə  oxucuya  orijinalın  öz  oxucusuna  bağışladığı 
təsiri bağışlayır” (37). 
Şer tərcüməsində formanın olduğu kimi saxlanması getdikcə 
öz  yerini  təsirlərin  ekvivalentliyinə  nail  olmaq  prinsipinə 
verməyə  başlamışdır.  Bəziləri  tərcüməni  rəsm  əsərinə  bənzədir 
və  deyirlər  ki,  rəssam  mənzərəni  təsvir  edəndə  bütün  detalları 
vermir,  ancaq  Özünün  xoşuna  gələnləri  tabloya  köçürür. 
Tərcüməçi də belədir, o, orijinalın təkcə mənasını yox, ruhunu da 
verməyə çalışır. Bu fikri dəstəkləyənlərsə qeyd edirlər ki, oxucu 
tərcümədən  həqiqəti  gözləyir,  onun  istəyi  orijinalın  həqiqi 
duyğusunu  hiss  etməkdir.  Personajlar,  situasiyalar,  düşüncələr 
orijinal  müəllifinin  dediyi  kimi  yox,  düşündüyü,  duyduğu  kimi 
oxucuya çatdırılmalıdır. 
İstər  nəsr,  istər  şer  tərcüməsinin  ümumiləşdirilmiş  tərifini 
vermək  bir  şeydir,  adekvat  tərcümənin  mühüm  cəhətlərini 
təfərrüatı ilə təsvir etmək ayrı bir işdir. T.Savori (27) altı tezis və 
onların  anti-tezislərini  verməklə  tərcümənin  bir  çox  mühüm 
məsələlərini,  prinsiplərini  aydınlaşdırmağa  çalışır.  Onun  irəli 
sürdüyü  müddəalarda  müəyyən  ziddiyyətlər  olsa  da, 
nəzəriyyərilərin əksəriyyəti onun mühakimələri ilə razılaşırlar. 
Ezra Pound (37) yazır ki, tərcümədə əsas məsələ sintaksi- sin 
yox, mənanın verilməsidir. Hələ 1789-cu ildə Corc Ketr- bel (37) 
deyirdi ki, tərcümədə məna aydın olmalıdır. Eyni fikri E.Miliqan 
(37)  da  dəstəkləyərək  yazır  ki,  tərcümədə  sözü  yox,  mənanı 
vermək  lazımdır.  Əgər  tərcümə  oxucu  tərəfindən  anlaşılmazsa, 
onda belə bir tərcümə yoxdur. 
Ketrbel yazır ki, tərcümə orijinalın mənasından başqa, onun 
ruhunu  və  ifadə  tərzini  əks  etdirməlidir.  İncil  tərcüməçisi 
müxtəlif  həvarilər  tərəfindən  söylənilən  variantlar-  dakı  fərdi 
üslubu  da  mümkün  qədər  əks  etdirməlidir.  Rut  Underhil  (37) 
cənubi Arizonadakı Papaqa hindularının ca 
230 


dularının tərcüməsindən bəhs edir və göstərir ki, tərcümə məxəz 
mətnin  sözlərini  yox,  oradakı  ruhu,  effekti  yaratmağa 
çalışmalıdır.  Fransis  Stor  (37)  daha  irəli  gedərək  tərcüməçiləri 
hərfılik  və  spiritialist  (ruhçu)  kimi  qruplara  bölür,  həm  də  öz 
fikrini  İncil  tərcümələri  ilə  təsdiqləməyə  çalışır.  Onun  fikrincə 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin