(1)
ekvivalenllik, yoni moxoz molno yaxınlıq; (2)
təbiilik, yəni
tərcümə dilinə məxsus təbiilik, axıcılıq; (3)
yaxınlıq, yəni iki
mətnin ən yüksək dərəcədə yaxınlığı əsasında tərcümədə iki
yönüm - məxəz və hədəf mətnlərin hər ikisinə orientasiya etməklə
onların bir-birinə bağlılığı.
Dinamik ekvivalentə əsaslanan tərcümə məxəz mətnin
formasının transformasiyasına yox, onun reseptorda doğurduğu
təsiri, təəssüratı yaratmağa doğru yönəlmişdir.
Buna görə də belə
tərcümələrdə
təbiilik sözünün hansı mənalarda işləndiyini
müəyyən etmək vacibdir.
Təbiilik sözü ünsiyyət prosesinin üç
sahəsinə tətbiq oluna bilər: (1) mətnin təbii şəkildə
transformasiyası hədəf dilə və mədəniyyətinə uyğunlaşdırılmalı,
(2) məxəz mətndəki müəyyən kontekstlər hədəf mətndəki
müəyyən kontekstlərə uyğun olmalı, (3) hədəf mətn reseptorun
anlamına uyğun gəlməlidir.
Məxəz mətnin reseptorun dilinə və mədəniyyətinə uyğun-
laşdırılması üslubi cəhətdən məqbul sayılan hər bir tərcümənin
əsas elementlərindən biridir. Əslində bu linqvistik uyğunluq
hədəf mətnlə məxəz mətn arasında uyğunluq olmaq- dıqda özünü
büruzə verir. Təbii, oxunaqlı tərcümədə üslubi və digər
uyğunluqlar olduqda onlar dərhal qabarıq şəkildə özünü büruzə
verir. C.H. Frer bu məsələyə toxunaraq yazır ki, tərcümənin dili
təmiz, asanlıqla başa düşülən, kələ kö- türlükdən uzaq olmalı,
hisslər və fikirlər bir-birini tamamlamalıdır. Bundan başqa
tərcüməyə heç nə lazım deyil. Təcü- mə
mənfi mənada heç nə ilə
diqqəti özünə cəlb etməməlidir, xarici dildən edilən bütün
idxallar dayandırılmalıdır. Hədəf dilə və mədəniyyətə bu cür
yanaşılması onunla nəticələnə bilər ki, hədəf mətndə əcnəbi
mənşədən heç bir iz qalmaz. G.A.Black yazır ki, Ceyms
Tompsonun Heynedən tərcümələri məhz bu cürdür. Belə
tərcümələr orijinalın reproduksiyasıdır, sanki Heynenin özü bu
şerləri gözəl ingilis dilində yazıb(37).
237
Təbii tərcümə adaptasiyanın iki mühüm sahəsini özündə
birləşdirir: qrammatika və leksika. Tərcümə zamanı qrammatik
modifıkasiyalar dil strukturları arasındakı fərqlərdən irəli gəlir və
bunsuz keçinmək qeyri-mümkündür. Buna görə də məcburuq ki,
tərcümədə söz sırasını dəyişək, fel əvəzinə isim yazaq, əvəzliyi
isimlə əvəz edək və s.:
1. He bought a book yesterday.
Mübtəda-Xəbər- Tamamlıq-Zaman zərfliyi
O dünən bir kitab aldı.
Mübtədä-Zaman Zərfliyi- Tamamlıq-Xəbər
2.
To import grain from other countries is not allowed.
Digər ölkələrdən taxıl
idxalına icazə verilmir.
3. He gave
her
his book.
Oğlan kitabını
qıza verdi və s.
Məxəz dilin leksik strukturu nisbətən asanlıqla hədəf dilin
semantik tələblərinə uyğunlaşır. Müəyyən qaydalara riayət
etməkdən başqa çoxlu alternativ imkanlar var. Ümumiyyətlə, üç
leksik səviyyəni nəzərə almaq lazımdır: (1) dillərdə qarşılığı çox
asanlıqla tapılan sözlər, məsələn,
river-
Dostları ilə paylaş: