münasib, ekvivalent motn yaratmalıdır. Castin O’Breyn (37)
Raymond Tuerinə istinadən yazır ki, tərcümənin keyfiyyətinin ən
inandırıcı meyarı onun çətinliklə tərcümə olunmasıdır. Əgər heç
nə itirmədən əsər ayrı bir dilə asanlıqla tərcümə olunursa, onda
həmin əsərin ya heç bir mahiyyəti yoxdur, ya da həmin
mahiyyət
o qədər də nadir bir şey deyil.
Tərcümənin həddindən artıq çətinliklərinə baxmayaraq,
xüsusilə yüksək keyfiyyətli bədii əsərləri tərcümə etdikdə elə
oxunaqlı və təbii tərcümə üsulu seçilməlidir ki, əsərin orijinalının
məxəz oxucuda yaratdığı təəssüratı tərcümənin dilində do yarada
bilsin. Bu
ox^ar təəssürat prinsipinə bu və ya digər dərəcədə bir
çox mütəxəssislər istinad edir və onu dəstəkləyirlər.
Hətta Metyu
Arnold oxşar təəssürat prinsipini rədd etsə də, bu prinsipdən əl
çəkə bilmir və yazır ki, tərcümə də orijinal kimi oxucuya eyni
təsiri bağışlamalıdır. Başqalarının sərbəst tərcümələrinə etiraz
etməklə bərabər, M.Arnold hərfi tərcümə tərəfdarlarına da qarşı
çıxır, o
oxşar təəssürat anlayışına yaxınlaşaraq göstərir ki, ingilis
dilinə tərcümə
təkcə alimlər üçün deyil, hər bir savadlı şəxs üçün
idiomatik və maraqlı olmalıdır. Tərcüməçi oxucusunda orijinalın
doğurduğu təəssürata bərabər, yaxud ona yaxın bir təəssürat
yaratmağa çalışmalıdır.
Sauter mahiyyətcə həmin fikri dəstəkləyərək yazır;
“Tərcümədə bizim idealımız oxucuda orijinalın öz oxucusunda
yaratdığı təəsürata, təsirə mümkün olduqca yaxın bir təəssürat
yaratmaqdır” (37). Noks israr edir ki, tərcümə də orijinal kimi
maraqlı oxunmalı, oxucu ondan həzz almalıdır- (37).
Tərcüməyə əsasən dilçilik baxımından yanaşan Prokazka bu
fikrə tərəfdar çıxaraq tərcümənin də son nəticəsinin oxucuda
orijinalın bağışladığı təəssüratı doğurmaq olduğunu yazır(37).
Əgər tərcümə dörd əsas tələbə (mənalılıq, orijinalın ruhu və
ifadə tərzi, təbii və oxunaqlı ifadə forması, oxşar, yaxud eyni
təsiri doğurmaq) cavab verməli isə,
onda forma ilə
232
mozmun (məna ilə ifadə tərzi) arasında münaqişənin həllində bu
komponentlərdən biri üstünlük qazana bilər. Ümumiyyətlə,
mütərcimlər belə bir məsələdə həmrəydirlər ki, tərcümə
prosesində məna güzəştindən söhbət getmirsə, əsərin üslubu ilə
müqayisədə mənanın transformasiyasına üstünlük verilməlidir.
Tərcümədə məzmun və ifadə tərzinin vəhdət təşkil etməsi
vacibdir, çünki bunlar bir məfhumun ayrılmaz hissələridir.
Məzmuna aludəçilik, formaya etinasızlıq keyfiyyətsiz tərcümə ilə
nəticələnir, orijinalın ruhundan, cazibəsindən heç nə qalmır.
Digər tərəfdən, müəllifin üslubunu saxlamaq üçün mənanı qurban
vermək məlumatın düzgün ötürülməməsi ilə nəticələnə bilər.
Məzmunla müqayisədə forma radikal dəyişikliklərə məruz qalsa
da, öz təsiri baxımından orijinala ekvivalent olaraq qala bilər.
Məna ekvi- valentliyi, məna uyğunluğu üslubi uyğunluqdan
üstün tutulmalıdır. Bu iki elementdən hər hansı birinə üstünlük
mexaniki şəkildə verilməməlidir, çünki xüsusilə şer
tərcüməsində, əsərin tərcüməsi yox, yeni yaradılışı tələb olunur.
Tərcümə ilə bağlı fikirlərin nəzərdən keçirilməsi belə bir faktı
təsdiq edir ki, tərcüməyə verilən təriflər determenistik
qaydalardan yox, nisbilik prinsiplərindən çıxış edir. Ona görə də
bir sıra amilləri nəzərə almadan heç kəs hansı tərcümənin yaxşı,
yaxud pis olmasını deyə bilməz. Bu amillər də müxtəlif cür
götür-qoy ediləcək müxtəlif cür cavablar alma bilər.
Ona görə do
Bu yaxşı tərcümədirmi? sualına çoxlü sayda məqbul cavablar
almaq mümkündür.
Dostları ilə paylaş: