Dərslik kimi təsdiq edilmişdir. Q. H. Bayramov 2008 Mənə tərcümənin əlifbasını öyrətmiş


Formal ekvivalent yönümlü tərcümə prinsipləri



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə107/111
tarix02.01.2022
ölçüsü1,63 Mb.
#40087
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   111
Formal ekvivalent yönümlü tərcümə prinsipləri 
Müxtəlif  növ  tərcümələrin  səciyyəvi  cəhətlərini  tam  dərk 
etmək  üçün  tərcümə  prosesində  formal  ekvivalentlərin 
tapılmasına  yönəlmiş  prinsipləri  təfərrüatı  ilə  təhlil  etmək 
lazımdır.  Formal  ekvivalent  yönümlü  tərcümələr  əsasən  məxəz 
yönümlüdür,  yəni  bu tərcümənin məqsədi  məxəz mətnin  forma 
və  məzmununun  əsas  cəhətlərini  tərcümədə  mümkün  qədər 
qabarıq  şəkildə  ifadə  etməkdir.  Mahiyyət  etibarilə  bu  semantik 
tərcümədir. 
233 


Belə  etdikdə  formal  ekvivalent  yönümlü  tərcümə  orijinal- 
dakı  bir  sıra  formal  elementləri,  o  cümlədən  (1)  qrammatik 
vahidləri,  (2)  sözlər  arasındakı  məntiqliyi,  (3)  leksik  mənaları 
saxlamağa çalışır. Qrammatik  vahidlərin tərcümədə saxlanması 
dedikdə  (a)  ismin  isimlə,  felin  fellə  və  s.  verilməsi,  (b)  bütün 
frazalarm,  cümlələrin  orijinalda  olduğu  kimi  (yəni  mürəkkəb, 
qarışıq cümlələr parçalanmır, ayrı şəkildə formalaşdırılmır), (c) 
bütün  formal  göstəricilərin  (məsələn,  durğu  işarələri,  abzaslar, 
pauzalar,  şerə  məxsus  formal  elementlər)  qarşılığını  tapıb 
tərcümədə verilməsini nəzərdə tutur. 
Orijinaldakı  sözlərin  ardıcıllığını,  məntiqi  əlaqəsini 
tərcümədə  əks  etdirməyə  cəhd  edərkən  formal  ekvivalent 
yönümlü  tərcümə  əksər  hallarda  terminologiya  uyğunluğunu 
təmin etməyə,  yəni məxəz dildəki terminə uyğun birisini hədəf 
dildə tapmağa çalışır. Belə təcrübə əksər hallarda cəfəng, məntiqi 
cəhətdən  əlaqəsiz  söz  düzümünə  aparıb  çıxara  bilər.  Bununla 
belə,  bir  sıra  tərcümələrdə  terminlərin,  müəyyən  məfhumların 
uyğunluğu  çox  vacibdir.  Məsələn,  Qurani-Kərimi  tərcümə 
edərkən  ona  məxsus  bir  sıra  dini  terminlərin  saxlanması, 
qarşılığının tapılması oxucuya Qurani-Kərimin mahiyyətini başa 
düşməyə  imkan  verir.  Formal  ekvivalent  yönümlü  tərcümədə 
bəzi  terminlərin  mənasının açılması üçün mütərcim dırnaqarası 
açıqlamalardan, aralıq cümlələrdən, hətta müəyyən sözləri xüsusi 
şriftlə  vermək  yolu  ilə  onları  digərlərindən  ayırır.  Beləliklə 
diqqəti  onların  üzərində  cəmləmək  üsulundan  da  istifadə  edir, 
orijinalın mahiyyətini daha aydın əks etdirmək üçün əlavələrə yer 
verir. 
Formal  ekvivalent  yönümlü  tərcümədə  məxəz  mətndəki 
sözlərin  qarşılığını  vermək  üçün  adətən  məxəz  mətndəki 
idiomlarda  dəyişiklik  edilmir.  Bu  cür  idiomlar  bu  və  ya  digər 
dərəcədə hərfən tərcümə olunur. Bu da oxucuya orijinal mətndəki 
ifadə tərzini, yerli, kultural elementləri olduğu kimi dərk etməyə 
imkan verir. 
234 


Bir  çox  hallarda  iso  tərcüməçi  sadəcə  olaraq  məxəz  mətn- 
dəki  müəyyən  elementləri  tərcümədə  verə  bilmir.  Aydındır  ki, 
cinas, xiazm, səs təqlidinin və təkrarın bəzi növlərinin tərcümədə 
münasib  ekvivalentini  tapmaq,  yaratmaq  mümkün  deyil. 
Məsələn,  Azərbaycan  bayatılarının,  demək  olar,  hamısı  cinas 
əsasında qurulmuşdur: 
Əzizi mən kimi gözhr. 
Tar çalan simi gözhr. 
Qaşın kimi qaş olmaz. 
Gözlərin kimi gözhr. 
Burada  göz  sözü  dörd  dəfə  işlənmişdir:  o,  iki  dəfə  göz 
sözünün cəmi, bir dəfə gözləmək, bir dəfə də ehtiyatlı dolan- maq 
mənalarında  işlənmişdir.  İngilis  dilində  eye  sözü  ilə  bu 
omonimləri yaratmaq mümkün deyil. Ona görə də mütərci- min 
bu  istiqamətdə  cəhdləri  uğursuzluğa  məhkumdur.  Belə  hallarda 
mütərcim  müəyyən  şərhlərdən  istifadə  edir,  həmin  ifadənin, 
priyomun mahiyyətini açıqlayır. Məsələn, ingilis dilində man və 
woman  sözləri  eyni  kökdəndir,  ancaq  qadın  və  kişi  sözləri 
Azərbaycan dilində eyni kökdən deyil. Bu sözləri şerdə heç cür 
qafiyə  halına  salmaq  mümkün  deyil.  Dillərdə  bu  cür  formal 
ekvivalentlər azdır, çünki dillər ümumiyyətlə forma və məzmun 
cəhətindən əsaslı şəkildə fərqlənir. 
Formal ekvivalent yönümlü tərcümələrdə bəzən elə məqamlar 
ola bilər ki, orta səviyyəli oxucu üçün anlaşılmaz olsun. Ona görə 
də belə tərcümələri həmişə şərhlərlə təchiz etmək lazımdır. Çünki 
müəyyən  formal  elementləri  adekvat  şəkildə  vermək  mümkün 
deyil;  həm  onların  mahiyyətinin  izahı,  həm  də  istifadə  olunan 
formal ekvivalentlərin mənasının açılması bunu tələb edir. 
Sırf  formal  ekvivalent  yönümlü  tərcümələrin  bəzi  növləri, 
məsələn, sətri tərcümə, tamamilə orijinalı sözbəsöz təkrar edən, 
yaxud  tam  izahedici  səciyyəli  tərcümələr  dəyərsiz  olsalar  da, 
bəziləri böyük əhəmiyyət kəsb edir. Məsələn, dilçilər 
235 


üçün  hazırlanmış  xarici  dil  mətnlərinin  tərcüməsi  çox  nadir 
hallarda orijinaldan uzaqlaşır. Formal elementlərin hər iki dildə 
əksər hallarda yaxınlığı belə tərcümələr üçün səciyyəvidir. Belə 
tərcümələrdə sözlər hərfən üst-üslə düşür, yəni tərcümə tamamilə 
hərfidir,  sözbəsözdür.  Hətta  seqmentlər  bəzən  elə  düzülür, 
nömrələnir ki, müvafiq dil vahidlərini asanlıqla müqayisə etmək, 
tutuşdurmaq  olur.  Məsələn,  Qurani-Kərimin  tərcüməsində 
mətnlər  yan-yana  qoyulmuşdur  ki,  bu  da  asanlıqla  müqayisə 
aparmağa imkan verir. 
Formal  ekvivalent  yönümlü  tərcümələr  haqqında  əvvəlki 
bölmələrdə müstəqim və qeyri-müstəqim deyilənlərdən bəlli olur 
ki,  bu  cür  tərcümələr  ciddi,  ölçülüb-biçilmiş  tərcümələrdir. 
Müəyyən  növ  mətnlər  və  reseptorlar  üçün  çox  məqbul 
tərcümələrdir.  Onların  müəyyən  kateqoriya  reseptorlar  üçün 
məqbulluğu  ilə  bağlı  ayrı  bir  məsələ  ortaya  çıxır  ki,  bu  da 
tərcümənin müxtəlif növlərinin səciyyəvi cəhətlərinin təsviri ilə 
qarışdırılmamalıdır.  Biz  onların  ancaq  mühüm  cəhətlərinə  fikir 
veririk, onların dəyərləndirilməsi ilə məşğul deyilik. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin