MosDİon, tohkiyyoçi yalnız öz oxucu, vo ya dinləyicisini
əyləndirmək məqsədi güdür. Amma bu cür hekayələri tərcümə
etməyi qarşısına məqsəd qoymuş etnoqraf onları yaradan xalqın
mahiyyətinə nüfuz etməyə, ondakı özünəməxsusluğu üzə
çıxarmağa, qabartmağa çalışır. Tərcüməçi işinə başlayarkən öz
məqsədini aydınlaşdırmalı və buna müvafiq tərcümə növü
seçməlidir, çünki məqsəddən asılı olaraq hansı məlumatın daha
mühüm olması və tərcümədə öz əksini tapması məsələsi ortaya
çıxır.
Tərcümənin əsas məqsədi mətnin həm məzmun, həm də
formasının tərcümədə verilməsidir. İnformativ tərcümələrin əsas
məqsədi idraki səciyyə daşıyır. Etnoqrafın tərcüməsi, yaxud
müəyyən bir fəlsəfi əsərin tərcüməsi sırf informativ tərcümədir.
Digər tərəfdən, informativ tərcümə oxucu, və ya dinləyicidə
emosionallıq, hiss-həyəcan doğurmaq məqsədi də daşıya bilər.
Tərcüməçinin məqsədi informasiya verməkdən artıq da ola
bilər. O, tərcümə vasitəsi ilə müəyyən bir davranış tərzi aşılamaq
niyyəti güdə bilər. Belə hallarda tərcüməçi elə ağıllı, elə kiçik
manevrlər, dəyişikliklər aparır ki, oxucu onun nə demək
istədiyini anlayır. Tərcüməçi oxucusundan
necə də ağıllıdır yox,
Dostları ilə paylaş: