Imishli com saytı təqdim edir. QƏŞƏm nəCƏfzadə ŞerləR (Qısa şerlər)



Yüklə 85,5 Kb.
tarix03.02.2017
ölçüsü85,5 Kb.
#7501
Imishli.com saytı təqdim edir.

QƏŞƏM NƏCƏFZADƏ


ŞERLƏR (Qısa şerlər)

Məndən sənə vəsiyyət,


Həmişə etibarı kiçik şeylərdə ara.
Onsuz da ömrümüz o qədər kiçikdir ki,
Böyük şeylərə ehtiyac olmayacaq.



***


Ayaqlarını necə sevdiyimi 


unutmaram təkcə.
Ancaq o ayaqların 
Sahibi sən olduğunu biləndə
Buna da söz vermirəm.



***


Ayaqqabılar bir 


doğulsalar da
görüşə billmir,
Bu tay, o taya
xatirəsini 
danışa bilmir.



***

 


Sevgidə bütün sərhədləri keçdi,
İndi mərkəzdə dayanmış...
Özü də peşiman.



***


Həkimlər deyir,


Mənim bu günlərdə öləcəyimi.
Qarşında uzanmağıma görə 
Bağışlarsan!



***

 


Bəlkə də ömrümün sonuna az qalır,
kiçik bir zaman çərçivəsi.
Vaxt dar olduğundan,
Atılıb - düşməyimi
Anlamağa çalış.
 



***


Bir gün oyanmamağımdan,


divanım ağlar.
Hərə bir cür ağlar,
Ancaq Turalım bu cür ağlar:
“Ata dur get işinə”.



***

Gözlərim ürəyimin sahili,


Ürəyim döyünür...dəniz döyünür...
Ürəyimin ləpəsidir göz yaşım.



***


Mən bilirdim,


Bizi ölüm ayıra bilməz,
Ancaq xırda bir şeyin
ayıra biləcəyinə inanırdım.
O vaxt ki, sən mənimlə təklikdə
Həyacanlanıb, insanlar arasında
Sakit və həyacansız
Dayanmaq bacarığını biləndə.



***


Ağlamağımı,


Necə yazıq olmağımı
Sənə desəm,
Deyəcəyin bir cümlədən qorxuram:
“ Bu, hərdən səndə olur”.



***

 


Yadındadı, dağda top oynamağımız?
Vay... Bu da sənin yadında deyil.



***

Sevmək səhv eləməkdi,


Heç vaxt səhv eləmədin!



***


Bilirsən sən necəsən? 


Yasda ağlamayan göz
Bu gün deyilməyən,
Sabaha saxlanilan söz.



***


Saralan yarpaq kimi


Adım düşür üstümdən
Bir damcı səsindən ötəri.



***



Hə iş gördüm


Kimə nə dedim
Nəyi tərpətdim?
Neylədim, sən de,
Məndən sonra qalan
Bircə dəqiqəm.



***

Qucaqlamadım səni


Qucağım öldü acından.



***


Əllərini soyunmaq


istəyir əllərim,
Alovundan yuyunmaq 
istəyir əllərim!



***


Təkəm, evim elə genişdi ki,


Bu genişlik qədər acam,
Bu genişlik qədər yoxam.



***


Ay kişi, döymə arvadını,


ay əllərin qurusun
Heç bilirsən onu kim sevirdi?



***


Səni unutmaq üçün ağlayıram


Çıxırsan gözümdən yaş kimi
Çıxırsan ürəyimdən,
Bir az keçmiş yenə sənlə doluram
Tez durub ağlayıram.



***

 

Ay aman,


Bu qar topunu öpürəm
Üzümü qoyuram üstə.
Bu qar donmuş goz yaşidi
Gözümü qoyuram üstə.



***


O an yoxdu dünyada


O an itib yoxdu ki,
Deyəm sənə əlvida.



***


Saat ağlayır 


Saat hönkürür,
Vaxtı gözündən 
Yaş kimi tökür.



***


Səhərin ətəyi kimi


əlin qalıb əlimdə


***


Görəsən bu ağac nə yuxu görür?


Yadında qalırmı
Bu ümidsiz gəlişim,
Bu ümidsiz gedişim ?!
Qalırsa, qalırsa əgər, 
Onda bu ağacın mavi səması
Özünü atar yerə
Bir qucaq pambıq kimi.
Boş qalar, boş qalar eləcə göydə 
O mavi səmanın əlinin yeri.



***


Hamınız gəlin sabaha,


yadınızdan çıxmasın ha!



***


Sərçə ayaqları 


damır damımız üstə.
Körpə qızımın ayağı
damır dizimin üstə.



***


Bədbəxtlik onda doğulur ki,


Hec kəs əllərinin uçduğunu
Görmür.
 



***


Quşlar lələk saldı yolumun üstə 


məktub kimi,
Məni aldatmaq üçün.



***

 

Oyunları dodağımda donan,


anası köynəyini yumayan
qırış - qırış fikirli uşaq,
gəl mənmlə top oyna.



***


Ürəyini təmiz saxla, Qəşəm, 


Gəlirəm, ha gəlirəm!



***


Ay məni qəbrimdə gəzən qarışqa,


Sənə qan qalmadı məni bağışla.



***


Yaxşıdır şəhərdə pamidor satmaq,


Zülümdür bu kənddə müəllim olmaq.



***

 


Oğlum, sağ olsaydım,
Titrəyən dizinə qurban olardım.
Sənə dost olardım, həyan olardım.



***


Yüz dəfə ,min dəfə deyirdi belə,


Ancaq bilməyirdi televizor kordu.



***


Çiçək aparıram mənə toxunma,


Oy... yavaş əzilər bənövşələrim.



***


Qızının göyçəyin su satan alır,


Nə deyim nə deyim belə vətənə.



***


Mən özüm cəhənnəm balama hayıf,


Hamı bazar tikdi, mən şer yazdım.
 



***


Qəşəmin anası ölsün,


Qəşəm neyləsin?



***


Oy, yazıq ayaqlarım, oy


Mən öləndə
həsrətin yanıma sığışmayacaq.



***


Başa düşənəcən, anlayanacan,


Nə çəkdim, çatmadı əlim bir yerə.



***


Sentyabr ayı doludur sənlə,





***


Qulağımı tor kimi


atmışam sükuta
səs tuturam sükutdan.



***


Bir barmaqdan düşdü üzük,


Bir qola qolbaq dəymədi.



***


Qəribədi eey... ölüm


Bəlkə də mənə baxıb,
Gülməkdən ölür Əli Kərim.



***


Bahar qışın dəymiş vaxtdı,


Qış baharın kal vaxtıdır.



***


Balığıyam bu yağışın


Üzüb getmək istəyirəm 
Səni qoyub gəldiyim yerə.
Dönüb getmək istəyirəm
Aldanmağıma.



***


Dayan,
Qızlar məncə, 


barmaqlarından ibarətdir.



***


Qapını bağlamışam ki,


döyməyə bir şey olsun,
Hayıf deyil,
O səsə qədər yüyürüb yaşamaq...



***


İlk dəfə sevən qızın,


Sevgisi tez yayılar.



***


Səni şairliyim tutsun 


Məni nə tez unutdun.



***


Misralar sən üçün darıxdığından


İpə sapa yatmır, qafiyəsizdi.



***


Qolları o qızın qardaşı olar,


Yatarlar hərəsi bir tərəfində.



***


Gözünün üstündə gəzdirdiyinin 


Ayağı altında qalmaq olurmuş.



***


Bir üzük barmağın yaralamışdı


Olmur barağına başqa bir üzük



***


Əllərin balıqdı


bir gün yolda
Əllərimi tilov atıb
tutmaq istədim əllərini,
Tutamadım
Gördüm bir qızıl üzük udub əllərini.



***

 

O qızın əlləri solub.




www.imishli.com Bütün hüquqlar qorunur.








Yüklə 85,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin