mətni ünvanladığı şəxs, yaxud şəxslər) ilə təsadüfi reseptoru
bir-birindən fərqləndirmək lazımdır. Ola bilsin ki, mətn
sonunculara ünvanlanmayıb, məsələn: kimlərsə təsadüfən
televiziya ilə parlament müzakirəsinə baxırlar. Belə hallarda
təsadüfi ad- resat ikinci dərəcəli adresatdır, məsələn: siyasətçi
müsahibə zamanı ona verilən sualı cavablandırdıqda, şübhəsiz ki,
onun cavabı müsahibəni götürənə yox, özünün seçicilərinə
ünvanlanmış olur.
Real adresatla təsadüfi adresatm mesajı dərki də müxtəlif ola
bilər. Bunun ünsiyyət iştirakçılan üçün də, xüsusilə tərcümədən
danışdıqda, nəticəsi müxtəlif ola bilər. Onda mütərcim mətnin bu
iki qrupdan hansına ünvanlandığını müəyyən etməlidir.
Elə bir məqam yarana bilər ki, mütərcim özü təsadüfi rcsep-
tor ola bilər. Əgər məxəz dil daşıyıcısı şifahi tərcümə zamanı
hədəf dili passiv şəkildə bilirsə, yaxud əgər tərcümə orijinal ilə
birlikdə yan-yana çap olunubsa, məxəz dil daşıyıcısı, yaxud
məxəz dili müəyyən qədər bilən iştirakçı tərcümə ilə orijinalı
müqayisə edir. Beləliklə o, ikinci dərəcəli reseptor olur. O, təkcə
məlumatın özü ilə yox, onun hansı yolla, hansı tərzdə tərcümənin
oxucusuna ötürülməsi ilə də maraqlanır. Bu cür resep- torlann
olacağı təqdirdə yaxşısı budur ki, mütərcim əsərin girişində öz
tərcümə strategiyasını açıqlasın.
Dostları ilə paylaş: