international panel has made its ruling. Belə olduqda yuxan- dakı
uzun cümlə aşağıdakı şəkildə bölünərək formalaşdmlır:
The international panel has made its ruling. Compensation
has not been paid by the American steel-exporters. The US
authorities have not obliged them to pay, although they have legal
obligations and have given assurance in this respect. So Japan
has decided to react unilaterally. It is quite entitled to do so, as
the ruling of the international panel has not been respected. It
will impose punitive duties on imports of some flat products. Long
products shoidd not be immediately affected.
Tərcüməçi bir cümlədən yeddisini düzəldib. Beş cümlədə
yalnız bir budaq cümlə var. O biri iki cümlə daha mürəkkəbdir.
Mütərcimin formalaşdırdığı mətn orijinaldan nisbətən qısadır.
Cümlələr sadələşdirilərək müxtəlif və daha anlaşıqlı vasitələrlə
bir-birinə bağlanmışdır. Bu mətni tərcümə elmək və onun
dinləyici tərəfindən qəbulu əvvəlkinə nisbətən asandır.
Salami üsulu ilə uzun cümlələrə meylli dillərə, məsələn, rus
dilinə tərcümə etmək asandır, çünki burada budaq cümlələr daha
çoxdur və onlar müxtəlif əlaqələrlə bir-birinə bağlanır.
Tərcüməçinin başlıca vəzifələrindən biri ifadə tərzinin
səmərəliliyini təmin etməkdir. Vaxt onu həmişə sıxır. Natiq
sözünü nə ilə qurtaracağını bilir, mütərcimə məhəl qoymadan
nitqinə
davam
edir.
Mütərcim
onunla
ayaqlaşmaq
məcburiyyətindədir, o, natiqi həm dinləməli, həm də tərcümə
etməlidir. Buna görə də o özü müxtəlif üsullar düşünməlidir ki, ən
yığcam, ən
148
qısa ifadə tərzi seçə bilsin. Fikri yığcam ifadə etmək üçün bütün
dillərdə imkan var. ingilis dilindən Azərbaycan dilinə tərcümə
etmək nisbətən asandır, çünki ingilis dili yığcam dildir. Bir sıra
dillərdə çoxsözlülük var, orijinalı tərcümədə ifadə edərkən birin
bir tam onda beşə (1:1,5) nisbəti alınır.
Yığcamlıq əldə etməyin yollanndan biri əvvəlki natiqlərdən
hər hansı birisinin şərhinə toxunmaqdır. Məsələn, tutaq ki,
beynəlxalq konfransda Azərbaycan nümayəndəsi Dağlıq Qarabağ
münaqişəsinə toxunur və məsələnin mahiyyətini açıqlayır. Sonra
danışan natiq də eyni məsələyə toxunur və həmin fikri tam təkrar
edir. Belə olduqda mütərcim vaxta qənaət üçün həmin fikri tam
tərcümə etmir, yalnız onun xülasəsini verir. Kontekst məlum
olduqda mütərcim çox sayda ixtisarlara yol verir, ara sözlərindən
imtina edir, taftalogiya və təkrardan qaçır.
Çox vaxt mütərcim tam texniki bir nitqi tərcümə edir.
Şübhəsiz ki, belə çıxış sadələşdirilməlidir, çünki texniki nitqin
bütün detallanm əhatə etmək qeyri-mümkündür. Bu cür çıxışı
sadələşdirmək mümkün deyilsə, onda mütərcim ümumiləşdirmə
üsulundan istifadə edə bilər, məsələn, natiq deyir: İndi insanlar
istəyirlər ki, həm soyuducu, həm dondurucu, həm qabyuyan, həm
paltaryuyan, həm paltar qurudan, həm elektrik sobası, həm də
tozsoranları olsun. Mütərcim isə de
3
dr: İndi insanlar istəyirlər ki,
evlərində bütün məişət cihazları olsun. Ancaq bu əş- yalann hər
biri vacibsə, onda tərcüməçi ümumiləşdirmədən istifadə edə
bilməz.
Bəzən mətn çox çətin, natiq çox sürətli danışan olur, bəzən bu
iki amilin hər ikisinə eyni vaxtda rast gəlinir. Bu zaman nə
sadələşdirmə, nə də ümumiləşdirmə mümkün olmadıqda
mütərcim ixtisardan, atılmadan (omission) istifadə edir. Belə
hallarda mütərcim natiqin nitqindəki ən mühüm məqamlan
saxlayır, ikinci dərəcəliləri buraxır. Bunun üçün tərcüməçi
qüvvəsinin əsas hissəsini mətnin təhlili və başa düşülməsinə sərf
etməlidir. Ən çətin məqam budur ki, tərcüməçi hazırki sahə ilə
149
bağlı bildiklərini natiqin danışığından yadda saxladıqlan ilə
sintez edib dinləyicilərə ötürə bilsin.
Ardıcıl tərcümə zamanı mütərcim məxəz nitqdə yerli, milli,
institutsional terminlərə rast gəldikdə onlan müəyyən qədər izah
etməlidir. Buna imkan da var, çünki mütərcim öz sözünü deyib
qurtarandan sonra natiq nitqinə davam edir. Sinxron tərcümədə
isə buna vaxt və imkan yoxdur. Burda dinləyicilərin kimliyi də
vacibdir. Müəyyən bir sahəni bilən dinləyicilərə həmin sahədə
mütərcimə təzə görünən hər şeyi izah etməyə ehtiyac yoxdur.
Məlumdur ki, mütərcim natiqin dediklərinin tərcüməsinə
başlayarkən onun cümləsinin nə ilə bitəcəyini bilmir. Ona görə də
bu çətinliyi aradan qaldırmaq, vəziyyəti müəyyən qədər
j^ngülləşdirmək üçün mütərcim irəlini görməyi bacarmalı və
bunu öyrənməlidir. Konfransın ümumi konteksti, materiallann
əksəriyyəti ilə qabaqcadan tanışlıq mütərcimə nədən sonra nəyin
gələcəyini təxmin etməyə imkan verir.
Ola bilər ki, mütərcimin təxmini doğru çıxmasın. Bu cür
səhvlər mətn boyu baş verə bilər, məsələn: tərcüməçi sözü səhv
eşidə, yaxud nəyisə tamamilə eşitməyə, səhv başa düşə, tamamilə
başa düşməyə bilər.
Əgər xəta böyük deyilsə, çox böyük əhəmiyyət kəsb etmirsə
və dinləyicilər bunu hiss etməmişsə, mütərcim onun üstündən
ötüb keçir. Bəzən tərcüməçi əhəmiyyətli bir məsələdə yanlışlığa
yol verir, səhifələri qanşdınr, qeyri-məntiqi nəsə deyir. Əksər
hallarda dinləjdcilər mətndən xəbərdar olduqlan üçün buna
əhəmiyyət vermirlər, tərcüməçi də daha çox qanşıqlıq
yaratmamaq üçün düzəliş etmir. Ancaq məsələ çox vacibsə,
dinləyicinin rəğbət və etibannı qazanmaq üçün düzəliş
edilməlidir.
Mütərcim kobud səhvə yol verirsə, bu da nitqi başa düşməkdə
dinləyici üçün çətinlik, anlaşılmazlıq yaradırsa, onda tərcüməçi
öz qürurundan bir təhər vaz keçib düzəlişi aparmalı və
anlaşılmazlığı aradan qaldırmalıdır.
150
Danışığında natiq də səhvə yol verə bilər. Ancaq demək olar
ki, natiqlər çox az hallarda səhvə yol verirlər. Çox vaxt da mü-
tərcimin səviyyəsi çatmır ki, natiqin səhvini tutsun və onu öz
bildiyi çərçivədə dinləyicilərə çatdırsın. Elə hallar olur ki, mü-
tərcim natiqin nədəsə səhv etdiyi qərarına gəlir, ancaq axırda
yanıldığı üzə çıxır. Buna görə də mütərcim natiqin səhvinə çox
ehtiyatla yanaşmalıdır.
Bununla belə, elə hallar da olur ki, mütərcim natiqin doğrudan
da nəyinsə tarixində, hansısa səhifənin nömrəsində və s. səhv
etdiyini görür və buna yüz faiz inanır. Məsələn, natiq müəyyən bir
layihənin dəyərindən danışarkən beş yüz min əvəzinə, beş yüz əlli
Dostları ilə paylaş: |